Məhkəmə qərarları › İş №2(004)-3075/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3075/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3075/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X11 ilə aralarındakı qohumluq faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəməyə müraciət edərək, nənəsinin bacısı X11 ilə aralarında olan qohumluq faktının müəyyən edilməsini xahiş etmişdir. Bu faktın müəyyən edilməsi miras hüququnun həyata keçirilməsi, vərəsəlik hüququnun təmin edilməsi sosial təminat məsələlərinin həlli rəsmi müqavilələr bağlamaq, notariat əməliyyatlar aparmaq və digər hüquqi tələblər baxımından mühüm əhəmiyyət kəsb edir. X4 övladı olmamışdır və bu səbəbdən onun qanuni vərəsəsi mövcud deyil. Onlar uzun illərdir birgə yaşayırlar, ona gündəlik qayğı göstərir, bütün ehtiyaclarını təmin edir. Qohumluq faktının rəsmi təsdiqi, onun hüquqi məsələlərinin həlli və mülkiyyətinin qanuni əsaslarla tənzimlənməsi üçün vacibdir. Bu faktın məhkəmə qaydasında təsdiqi, onun hüquqlarını həyata keçirməyi üçün əsas rol oynayır və Elmira Kərimovanın vərəsəlik, sosial və hüquqi məsələlərinin qanunvericiliyə uyğun həll olunmasına imkan yaradacaqdır. Bununla bağlı məhkəməyə müvafiq sübutlar təqdim edir və qohumluq faktının rəsmi şəkildə müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X21 onun nənəsinin bacısıdır. Sonuncu onun ailəsi ilə birlikdə yaşayır. Sonuncu ilə bağlı sənədləşmə işlərinin aparılması, həmçinin onun yaşlı və xəstə olduğundan məhkəmə proseslərində təmsil olunması, onun adından müəyyən sənədləşmə işlərinin aparılması məqsədi ilə hazırki ərizə ilə məhkəməyə müraciət edərək nənəsinin bacısının onun yaxın qohumu olması faktının təsdiq edilməsini xahiş edir. Ərizəyə əlavə edilmiş X-ЖГ 432759 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X18, anası isə X10r. AЗ 161689 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X19, anası isə X6r. AЗ 039234 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X24 və X12 1966-cı il tarixdə nikaha daxil olmuş, və nikahdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İİİ-ЖГ 260215 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Esmira Rahib qızı ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X19 və X8 xx.xx.1961-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra ərə Namazov, arvada Namazova soyadı verilmişdir. 3 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ölmüşdür. 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 23 iyul 1943-ü ildə doğulmuş X5 atası Məlikov İsa-Bala Nəcəf oğlu, anası isə X14r. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1940-cı ildə doğulmuş X2 atası Məlikov İsa-Bala Nəcəf oğlu, anası isə X14r. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin X11 ilə X9nın bacı olması, X7 X3 qızı olması və Ərizəçi X7 oğlu olması, nəticədə X4 Ərizəçi nənəsinin bacısı olması iş materiallarında olan sənədlərlə, habelə X15 özünün izahatı ilə təsdiq olunur. Bununla da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər, yəni həmin faktı təsdiq edən sənədlərin olmaması və həmin sənədləri başqa qaydada ala və ya bərpa edə bilməməsi istisna edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki tələbin mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar