Məhkəmə qərarları › İş №2(004)-3093/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3093/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3093/2020 16.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3rşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3rşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 2, mənzil 7 ünvanlı mənzildə X5 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə ünvan 2, mənzil 7 ünvanında yerləşən mənzili X9 alqı-satqı müqaviləsi ilə satın almış, bu barədə reyestrdə 4-Ə-071998 nömrəli qeyd edilmişdir. xx.xx.2014-cü il tarixdən AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bu yaxınlarda, mənzilini qızı X7 bağışlamaq istəyərkən, məlum olmuşdur ki, 1939-cü il təvəllüdlü X8 adlı bir şəxs onun mənzilində formal olaraq qeydiyyatdadır. Belə ki, o Çaşakuyeva Leyla adlı şəxs tanımır və mənzilin mülkiyyətçisi olduğu müddət də bir dəfə də olsun bu şəxsi görməmişdir. Eyni zamanda qeyd etmişdir ki, mənzili satın aldığı əvvəlki mülkiyyətçisi, X2 Leyla Mustafayevana adlı bir şəxsin məzildə qeydiyyatda olması barədə ona heç bir məlumat verilməmişdir. Göründüyü kimi, X1 mənzilində qeydiyyatda olması formal xarakter daşıyır və onun mülkiyyəti üzərində sərəncamvermə hüququnu əsasız olaraq məhdudlaşdırır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predimenti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs AR Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 091-42672-1220 saylı məktubdan görünür ki, İddiaçı mülki iş üzrə məhkəmə baxışı iclasına iştirakı olmadan baxılmasına və qərar çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, alıcı İddiaçı və satıcı X13 arasında xx xxxxxx 2013-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilədair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışından görünür ki, X10 və X8ünvan 2 ünvanında yerləşən 7 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli 08 saylı Arayışından görünür ki, X10 və X8 həmin evdə qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X15 RX, ******* nömrəli Çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X4 ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh X5 ünvan 2 ünvanında yerləşən 7 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar