Məhkəmə qərarları › İş №2(004)-31/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-31/2022

06.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-31/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi X18, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, 12 saylı Notariat Ofisinə və müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində iddiaçıların miras payının müəyyən edilməsi və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Prosesin gedişində iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanında yerləşən 7 nömrəli mənzilə dair ünvan 1bdeh Cavabdeh1 verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində iddiaçıların miras payının müəyyən edilməsi və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanında yerləşən 7 nömrəli mənzil mülkiyyət hüququ əsasında anaları Şəfiqə Hacıbaba qızına məxsus olmuşdur. X1 xx.xx.2018-ci il tarixdə, anaları Şəfiqə Hacıbaba qızı xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Analarının vəfatından sonra Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanında yerləşən 7 nömrəli mənzil onlara miras qalmışdır. Sonradan onların xəbəri olmadan qardaşları Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanında yerləşən 7 nömrəli mənzili miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və həmin mənzilə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı, xx.xx.2013cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi qət edilmişdir. Daha sonra Cavabdeh1 həmin qətnamədən istifadə edərək sözügedən daşınmaz əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2014-cü il tarixli, Seriya RX ******* nömrəli çıxarış əldə etmişdir. Bu qətnamə barəsində məlumatlı olduqdan dərhal sonra İddiaçı1 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3869/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4879/13 saylı qətnaməsi ləğv edilmiş və ərizəçi Cavabdeh1 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və digər tələblərinə dair” ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3869/2019 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin dönüşü barədə qərardad qəbul edilərək həmin qərardad icra olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3869/2019 saylı qərardadı icra olunaraq Cavabdeh1 admına verilmiş RX seriyalı, ******* nömrəli çıxarış xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Odur ki, hal-hazırda həmin mənzil mərhum anaları Şəfiqə Hacıbala qızının adına qeydiyyatdadır. Sözügedən mənzil iddiaçıların yaşayış yeri olmuş və onlar bu ünvanda pasport qeydiyyatında olmuşdur. Lakin iddiaçılar Cavabdeh1 tərəfindən məcburi şəkildə həmin mənzildən çıxarılmış və cavabdeh bir daha onlara bu mənzilə qayıtmağa imkan verməmişdir. Bu barədə dəfələrlə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə, 60 saylı Mənzil Kommunal İstismar Sahəsinə şikayət ərizələri ilə müraciətlər olunmuş, lakin bu şikayətlər də bir nəticə verməmiş, cavabdeh iddiaçıları mübahisəli mənzilə buraxmamışdır. Bununla yanaşı dəfələrlə mənzil üzərində miras paylarının qarşılıqlı razılıq əsasında müəyyən edilməsini Cavabdeh1 təklif edərək əlavə mübahisələrin meydana çıxmamasına çalışsalar da, o, bununla bağlı heç bir hərəkət etməmişdir. Bu isə onların hüquqlarının pozulmasına və kirayələrdə yaşamalarına səbəb olmuşdur. Hesab edirlər ki, mübahisələndirilən miras əmlakda digər vərəsələrlə bərabər pay hüquqları var. Cavabdeh könüllü şəkildə iddiaçıları onların da miras pay hüququ olduğu mənzildə yaşamağa imkan vermədiyindən bu barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdırlar. İş üzrə keçirilən məhkəmə iclaslarında Cavabdeh1 məhkəməyə məlumat verərək bildirmişdir ki, o, xx.xx.2014-cü il tarixli, Seriya RX ******* nömrəli çıxarışı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında deyil, Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən ona verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında əldə etmişdir. Hətta cavabdeh onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2014-cü il tarixli, Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsinin qanunsuz olduğunu əsas gətirərək ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyini bildirmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Odur ki, əgər həqiqətən də Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli, Seriya RX ******* nömrəli çıxarış Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdırsa, həmin şəhadətnamə etibarsız sənəddir. Ona görə ki, 2014-cü il tarixdə Cavabdeh1 notarius tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilərkən mərhum Şəfiqə Hacıbaba qızının ondan başqa digər vərəsələri də olmuşdur. Lakin Cavabdeh1 şəhadətnamə verən Bakı şəhəri 12 saylı Notariat Kontoru ondan başqa digər vərəsələrin olub-olmamasını, hətta həmin evdə pasport qeydiyyatında olan şəxslərin siyahısını yoxlamamış və ya bunu yoxlamaqda maraqlı olmamış, başqa sözlə vərəsələrin dairəsini dəqiq şəkildə müəyyən etmədən miras əmlaka dair şəhadətnamə vermişdir. Həmçinin əmlakla bağlı yalnız Cavabdeh1 '‘qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi onu deməyə əsas verir ki, o özü, Şəfiqə Hacıbaba qızının ondan başqa vərəsələrinin olmasını da notariusdan gizlətmiş, bu barədə notariusa məlumat verməmişdir. Bununla yanaşı miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin Cavabdeh1 tərəfindən ötürülməsinə baxmayaraq, belə bir vəziyyətdə notarius ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Belə ki, mərhum Şəfiqə Hacıbaba qızı xx.xx.2008-ci il tarixdə vəfat elmişdir. Cavabdeh1 o halda “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilə bilərdi ki, o xx.xx.2009-cu il tarixədək, yəni mərhumun ölümündən, başqa sözlə mirasın açıldığı gündən 6 ay ərzində mirasın qəbul edilməsi ilə bağlı ərizə ilə notariat kontoruna müraciət etmiş olardı. Halbuki, Cavabdeh1 belə bir ərizəsi olmadığı halda qanunla müəyyən edilmiş müddət xeyli ötürüldükdən sonra bu müddətin ötürülməsinin səbəblərini, Cavabdeh1 başqa digər vərəsələrin olub-olmamasını araşdırmadan 2014-cü il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontoru belə bir şəhadətnamə verməklə qanun pozuntusuna yol vermişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə anası Şəfiqə Hacıbaba qızı Bakı şəhərində vəfat etmiş, ünvan 3 saylı fərdi yaşayış evi miras qalmışdır. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması üçün Yasamal rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin 2(004)-4879/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi qət edilmişdir. Lakin həmin qətnamə əsasında Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən qanun üzrə şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında çıxarışın verilməsi qətnamənin icraya yönəldilməməsi səbəbindən icra edilməmişdir. Miras əmlaka sahiblik etdiyindən və həmin əmlak faktiki olaraq tərəfindən idarə edildiyinə görə, Bakı şəhəri 12 saylı notariat kontoruna ərizə ilə müraciət edilmiş və notariat kontoru tərəfindən 2V-256 nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş və reyestr xidməti tərəfindən RX № ******* nömrəli xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi təmin edilmişdir. Cavabdehlər İddiaçı1, X22, X11 və X23 qarşı "mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair" iddia ərizəsi Yasamal rayon məhkəməsinin 2(004)- 5498/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10243/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və İddiaçı1, X28, X19 və X29 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmışdılar. İddiaçı1 ona qarşı qanun üzrə şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası Yasamal rayon məhkəməsinin 2(004)-7140/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-445/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Nəticə etibarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum Şəfiqə Hacıbaba qızının vərəsəsi olsalar belə, qanunverici tərəfindən tənzimlənən imperativ xarakterli müddət çərçivəsindəki iddia və kəsici müddətlər kəsiyi ərzində öz hüquqlarından istifadə etməməsi səbəbilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən məhrum olmasına səbəb olur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Prosesin gedişində iddiaçıların vəsatəti təmin olunaraq, Bakı şəhəri 12 saylı Notariat Ofisi iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı1 və ddiaçı İddiaçı2 nümayəndəsi X30 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olinması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh 12 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh 12 saylı Notariat Ofisinin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, sözü gedən Ə.Hüseynzadə, dalan 5 ünvanına yerləşən 5 nömrəli evdə yaşayır. Belə ki, 1976-cı il tarixdə ailə həyatı qurmuş və həmin ünvana gəlin köçmüşdür. Cavabdehin həyat yoldaşı ilə münasibətləri yaxşı olmuş və qonşu kimi bir-biri ilə normal münasibət saxlamışlar. İş üzrə tərəflərin anaları 2008-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan sonra isə onlara gediş-gəlişi artmışdır. Belə ki, o həmin mənzildə cavabdehi, yoldaşını və onun uşaqlarını görmüşdür. Nə ondan öncə, nə də ondan sonra iddiaçıları həmin evdə yaşamasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, iş üzrə tərəflərin hər ikisini də tanıyır. O, anadan olandan sözü gedən mənzildə yaşamışdır. İddiaçıların anaları həmin mənzildə yaşamış və orada rəhmətə getmişdir. Sözü gedən mənzildə iddiaçılar ümumiyyətlə yaşamamış, yalnız arada analarının yanına gedib gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, hər iki tərəfi tanıyır və özü sözü gedən Ə.Hüseynzadə, dalan 5 ünvanına yerləşən 5 nömrəli evdə yaşayır. Elə həmin evdə də, dünyaya göz açmışdır. İddiaçıardan Gülarənin cavabdehin bacısı olduğunu bilir. Mübahisəli mənzildə cavabdeh, yoldaşı və onun uşaqları yaşamışdır. Belə ki, o cavabdehin uşaqları ilə həmyaşıddır. İddiaçıların Ə.Hüseynzadə, dalan 5 ünvanına yerləşən 7 saylı mənzildə nəinki qalmaqlarının, heç gəlib getmələrinin şahidi olmamışdır. Tərəflərin anaları 2008-ci il tarixdə həmin mənzildə vəfat etmiş, ataları isə səhv etmirsə 2018-ci il rəhmətə getmişdir. Sonuncunun yas mərasimi isə həmin mənzildə olmamışdır. Bundan başqa Gülarə və onun həyat yoldaşı Zaman onların yaşadıqları evdən bir iki tin aralıda kirayə ev tutaraq yaşamışdır. Nubalanın isə orada yaşamasını ümumiyyətlə görməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4879/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Cavabdeh1 ərizəsinin təmin edilməsi, ərizəçi Cavabdeh1 anası Şəfiqə Hacıbaba qızına məxsus ünvan 2 saylı evin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və onun həmin evə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci İ tarixli, 2(004)-5498/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X22, X11 və X23 qarşı “mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair” iddiası təmin edilərək, cavabdehlər İddiaçı1 və X20 ünvan 3 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdeh X21 azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X19 ilə birlikdə ünvan 3 ünvanına istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10243/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci İ tarixli, 2(004)-5498/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7140/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, şəhadətnamə əsasında cavabdehə verilmiş Hüquqların Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, mərhum Şəfiqə Hacıbaba qızından miras qalmış ünvan 3 ünvanında iddiaçının vərəsəlik hüququnun müəyyən olunması, miras payların bölünərək iddiaçıya çatası pay üzərində onun mülkiyyət hüququnun təsdiq olunması, dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-445/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7140/2018 saylı qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilməklə ərizəçi Cavabdeh1 hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi və.s tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, maraqlı şəxs İddiaçı1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilməsi barədə ərizəsi təmin edilərək, qətnamənin icrasına dönüş edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi dalan 5, ev 7 fərdi yaşayış evinə Cavabdeh1 adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********31 saylı məktubunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-655/2020 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 ƏMDK yanında DƏDXR-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın bərpa olunması tələbinə dair” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1860/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-655/2020 saylı qərarından iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, qərar ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6020/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 ƏMDK yanında DƏDXR-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın bərpa olunması tələbinə dair” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-425/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6020/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 834/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-425/2022 saylı qərarından iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********60 saylı məktubundan görünür ki, ünvan 2 saylı ev tarixsiz olaraq X35 və X16 adlarına ilkin qeydiyyatdan keçmişdir. Keçmiş Oktyabr rayon Xalq Məhkəməsinin 21,04.1944-cü il tarixli qərarına əsasən X17 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 5552 reyestr nömrəli xx.xx.1946-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 56927 reyestr nömrəli xx.xx.1948-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir. Keçmiş Oktyabr rayon Xalq Məhkəməsinin 16.11 1949-cu il tarixli qərarına əsasən Rüstəmova Səkinəxanım və X6 adlarına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 85385 reyestr nömrəli xx.xx.1950-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 46-k-17288 reyestr nömrəli xx.xx.1952-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 1592 reyestr nömrəli xx.xx.1958-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X37 adına qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 2V-01-256 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3869/2019 nörəli xx.xx.2019-cu il tarixli qərarına əsasən Cavabdeh1 adına aparılmış qeydiyyat ləğv edilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təqdim olunmuş və iş materiallaına əlavə edilmiş 2V-256 reyestr nömrəli notariat işində olan 12.09,2014-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 ərizə ilə notariat orqanına nüraciət edərək, xx.xx.2008ci il tarixdə vəfat etmiş anası X32 miras qalmış ünvan 2 saylı evə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin notariat işində olan xx.xx.2014-cü tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş Şəfiqə Hacıbaba qızının vərəsəsi oğlu Salayev ülbala Qurbanəli oğludur və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 162№li reyestr kitabının 6268 səhfəsindən xx.xx.1958-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın ivlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş l/226№-li arayışda göstərilən Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, dalan 5, 2İi fərdi yaşayış evindən ibarətdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayəti üzrə” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.” İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7140/2018 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, şəhadətnamə əsasında cavabdehə verilmiş Hüquqların Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, mərhum Şəfiqə Hacıbaba qızından miras qalmış ünvan 3 ünvanında iddiaçının vərəsəlik hüququnun müəyyən olunması, miras payların bölünərək iddiaçıya çatası pay üzərində onun mülkiyyət hüququnun təsdiq olunması, dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi tələbinə iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-445/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7140/2018 saylı qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlar nəzərə alınaraq, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-31/2022 saylı qərardadı ilə hazırki iddia ərizəsi üzrə icraata İddiaçı1 münasibətdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Cavabdeh1 verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində İddiaçı1 miras payının müəyyən edilməsi hissələrində xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.” Məhkəmə iclasında araşdırılmış sübutlarla və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 anası Şəfiqə Hacıbaba qızı xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bundan sonra İddiaçı2 tərəfindən miras əmlakın nə faktiki qəbulu, nə də ki, qanunvericliyin imperativ olaraq müəyyən etdiyi müddət ərizndə miras əmlakın formal qəbulu ilə bağlı hər hansı hərəkət icra edilməmişdir. İddiaçı qanunla müəyyən edilmiş müəyyən müddəti ötürmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı2 tərəfindən məhkəməyə müddətin ötürülməsinin üzrlü səbəbləri barədə heç bir mötəbər əsas təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda isə, məhkəmə hesab edir ki, İddiaçı2 iddia tələbi mübahisəli mənzil üzərində miras payının müəyyən edilməsi hissəsində əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Həmçinin, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh1 mərhum anası Şəfiqə Hacıbaba qızından miras qalmış ünvan 2 saylı fərdi yaşayış evinə dair 12 saylı DNK tərəfindən 2V-01-256 reyestr nömrəli xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə heç də iddiaçıların iddia ərizəsində göstərdikləri kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı xx.xx.2019cu il tarixli qərardadı ilə ləğv olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4879/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında deyil, iş üzrə Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələbinə uyğun olaraq notariat orqanına edilmiş müraciəti əsasında verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin şəhadətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bu barədə İddiaçı2 gətirdiyi dəlillər isə heç bir hüquqi əsasa söykənmir. Odur ki, İddiaçı2 iddia tələbi Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində də, əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Məhkəmə iddiaçıların mübahisəli fərdi yaşayış evinə köçürülmələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş üzrə iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanında yerləşən 7 nömrəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Birinci növbədə qeyd olunmalıdır ki, iddiaçıların hansı əsasla, istifadə hüququnun olması və ya mirasın qəbulu və payların müəyyən edilməsi nəticəsində mübahisəli mənzilə köçürülmələrini tələb etmələri anlaşılan deyil. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci iİ tarixli, 2(004)-5498/2018 saylı qətnaməsindən göründüyü kimi, cavabdeh İddiaçı1 ünvan 3 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmiş, həmin qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10243/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10243/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmçinin, İddiaçı1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində kompensasiya almaq hüququnun da olmadığı təsbit edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə İddiaçı2 münasibətdə də, əsassız olduğundan təmin edilməməlidir. İş materialları və eləcə də, şahid ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı2 mübahisəlin mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olaraq (2008-ci il tarixdə vəfat etmiş anası, Şəfiqə Hacıbaba qızının) xx.xx.1969-cu il tarixdən Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanında yerləşən 7 saylı mənzildə qeydiyyata düşərək orada yaşamış, lakin uzun illərdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk edərək öz ailə üzvləri ilə birlikdə özünə basqa yaşayış yeri seçmişdir. Belə ki, iş materiallarında olan 60 saylı mənzil kommunal sahəsinin arayışından görünür ki, Salayev X14 rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5 ünvanındakı 7 saylı fərdi yaşayış evində xx.xx.1969-cu il tarixdən qeydiyyatda olsa da, lakin yaşamır. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı2 adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, Goradil bağ massivi, 1066a saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi son illərədək sözü gedən mənzildə yaşamalarını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim etməmiş, bunun əksi olaraq iş materialları ilə İddiaçı2 uzun illərdir ki, mübahisəli mənzildə yaşamaması, oranı daimi əsaslarla tərk edərək özünə basqa yaşayış yeri seçməsi və hazırda da, mülkiyyətində, Binəqədi rayonu, Göradil kəndi, Goradil bağ massivi, 1066a saylı bağ evinin olması təsdiq edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda — müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda — həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda — hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə — həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə — onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə — bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə — bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə — orada olduğu bütün müddətdə; 7) həbs olunduqda — istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə — təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə görə isə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, «mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İcarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.». «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 nömrəli Qərarına əsasən kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar, kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi İddiaçı2 hazırda mübahisəli mənzilə hər hansı bir hüququ, o cümlədən də, istifadə hüququnun olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı1 mirasın qəbulu və payın müəyyən edilməsi barədə tələbinin rədd olunması barədə qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğunu, İddiaçı2 isə eyni məzmunda tələblərinin hazırki qətnamə ilə təmin olunmaması nəzərə alınaraq, vərəsə kim mənzilə köçürülmə üçün hüquqi zəmin olmadığından da, tələblər rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, 12 saylı Notariat Ofisinə və müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar