Məhkəmə qərarları › İş №2(004)-3104/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3104/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3104/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 17648,14 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-348/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin 85 nömrəli mənzilin giriş qapısının açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabından içərisində ona məxsus hər birinin dəyəri 1000 manat olan 03 ədəd qızıl kulon, hər birinin dəyəri 500 manat olan 02 ədəd qızıl boyunbağı, 5000 manat dəyərində 01 ədəd qızıl boyunbağı, 300 manat dəyərində brilyant qaşlı 1 cüt sırğa, hər birinin dəyəri 200 manat olan 2 ədəd kəhrəba üzük, 300 manat dəyərində 1 cüt kəhrəba sırğa, hər birinin dəyəri 200 manat olan 02 ədəd kəhrəba üzük, 300 manat dəyərində brilyant qaşlı 1 cüt sırğa, 1500 manat dəyərində 1 ədəd sapfır-brilyant qaşlı üzük, 1300 manat dəyərində kulonu ilə birlikdə 1 ədəd qızıl boyunbağı, 400 manat dəyərində 1 ədəd qaşsız üzük, 1000 manat dəyərində 1 ədəd qadın nişan üzüyü, 1000 manat dəyərində 1 ədəd üzərində "Osman" sözləri yazılmış kişi üzüyü, hər birinin dəyəri 200 manat olan 2 ədəd kəmərsiz qol saatı, 500 manat dəyərində klonu ilə birlikdə 1 ədəd kəhrəba boyunbağı, 300 manat dəyərində 1 ədəd qızıl üzük, hər birinin dəyəri 800 manat olan 2 ədəd qızıl "onluq", 400 manat dəyərində 1 ədəd kişi qol saatı, 400 manat dəyərində gümüş bəzək əşyalar, 200 manat dəyərində mirvaridənələri, hər birinin dəyəri 160 manat olan 4 ədəd alman pul sikkələri, həmin dövr üzrə Azərbaycan Respublıkası Milli Bankının məzənnəsinə nisbətdə 510 manat təşkil etmiş 300 ABŞ dolları və həmin dövr üçün Azərbaycan Respublikası Milli Bankınınm məzənnəsinə nisbətdə 388,14 manat təşkil edən 200 evro pul əskinazları olän 60 manat dəyərində dəmir seyfi, içərisində 2000 manat pul olan 20 manat dəyərində qadın portmanatını və 20 manat dəyərində kişi portmanatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs kimi ona xeyli miqdarda, ümumilikdə 24.648,14 manat maddi ziyan vurmuş, məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxs tərəflndən 7000 manat ödənilmiş, 17.648,14 manat isə ödənilməmişdir.Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-348/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərəfindən qeyd edilən cinayət işi üzrə mülki iddia verilməmiş və ona görə də, məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilməklə yanaşı, eyni zamanda Cavabdeh xx.xx.2019-cu il tarixli hökmlə azadlıqdan məhrum etmək cəzasına məhkum edilməsini nəzərə alaraq, Cavabdeh çatdırılması üçün Bakı İstintaq Təcridxanasına biliriş göndərilmiş, cavabdeh tərəfindən iddiaya dair hər hansı etiraz və mülahizələr bildirilməmiş, həmçinin məhkəmə iclasında şəxsən iştirakı dair vəsatət daxil olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-348/2019 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh digər cinayətlərlə yanaşı, xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin 85 nömrəli mənzilinə daxil olaraq, yataq otağındakı paltar dolabından içərisində ona məxsus hər birinin dəyəri 1000 manat olan 03 ədəd qızıl kulon, hər birinin dəyəri 500 manat olan 02 ədəd qızıl boyunbağı, 5000 manat dəyərində 01 ədəd qızıl boyunbağı, 300 manat dəyərində brilyant qaşlı 1 cüt sırğa, hər birinin dəyəri 200 manat olan 2 ədəd kəhrəba üzük, 300 manat dəyərində 1 cüt kəhrəba sırğa, hər birinin dəyəri 200 manat olan 02 ədəd kəhrəba üzük, 300 manat dəyərində brilyant qaşlı 1 cüt sırğa, 1500 manat dəyərində 1 ədəd sapfır-brilyant qaşlı üzük, 1300 manat dəyərində kulonu ilə birlikdə 1 ədəd qızıl boyunbağı, 400 manat dəyərində 1 ədəd qaşsız üzük, 1000 manat dəyərində 1 ədəd qadın nişan üzüyü, 1000 manat dəyərində 1 ədəd üzərində "Osman" sözləri yazılmış kişi üzüyü, hər birinin dəyəri 200 manat olan 2 ədəd kəmərsiz qol saatı, 500 manat dəyərində klonu ilə birlikdə 1 ədəd kəhrəba boyunbağı, 300 manat dəyərində 1 ədəd qızıl üzük, hər birinin dəyəri 800 manat olan 2 ədəd qızıl "onluq", 400 manat dəyərində 1 ədəd kişi qol saatı, 400 manat dəyərində gümüş bəzək əşyalar, 200 manat dəyərində mirvari dənələri, hər birinin dəyəri 160 manat olan 4 ədəd alman pul sikkələri, həmin dövr üzrə Azərbaycan Respublıkası Milli Bankının məzənnəsinə nisbətdə 510 manat təşkil etmiş 300 ABŞ dolları və həmin dövr üçün Azərbaycan Respublikası Milli Bankınınm məzənnəsinə nisbətdə 388,14 manat təşkil edən 200 evro pul əskinazları olän 60 manat dəyərində dəmir seyfi, içərisində 2000 manat pul olan 20 manat dəyərində qadın portmanatını və 20 manat dəyərində kişi portmanatını gizli olaraq talaması, nəticədə, iddiaçıya xeyli miqdarda, ümumilikdə 24.648,14 manat maddi ziyan vurması, məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxs tərəflndən 7000 manatın ödənilməsi, 17.648,14 manatın isə ödənilməmiş qalması müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, həmin hökmlə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, lakin, onun tərəfindən mülki iddia verilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasəncinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin 85 nömrəli mənzilinə daxil olaraq oradan oğurluq etməsi, nəticədə iddiaçıya ümumilikdə 24.648,14 manat maddi ziyan vurması, təqsirləndirilən şəxs tərəflndən 7000 manatın ödənilməsi, 17.648,14 manatın isə ödənilməmiş qalması təsdiq edilmişdir. Ona görə də, iddia tələbi təmin edilməli, 17.648,14 manat məbləğində dəymiş ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyidən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh cinayət nəticəsində vurduğu maddi zərərə görə 17.648,14 (on yeddi min altı yüz qırx səkkiz manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar