Məhkəmə qərarları › İş №2(004)-3111/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3111/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3111/2024 09.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçı “Yasamal-11’’ MMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı "xidmət haqqının tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ‘”Yasamal-11’’ MMMC cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh4,Cavabdeh3 qarşı "xidmət haqqının tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov 26, 79 saylı mənzilin mülkiyyətçisi, Cavabdeh1 2015 (iki min on beş) manat borcu və 71.40 (yetmiş bir manat qırx qepik) manat məhkəmə rüsumunun "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi ,Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov 26, 171 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 770 (yeddi yüz yetmiş) manat borcu və 71.40 (yetmiş bir manat qırx qepik) manat məhkəmə rüsumunun "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi ,Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov 26, 90 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 Sadiq qızının 1935 (min doqquz yüz otuz, beş) manat borcu və 71.40 (yetmiş bir manat qırx qepik) manat məhkəmə rüsumunun "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi ,Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov 26 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh3 420 (dörd yüz iyirmi) manat borcu və 71.40 (yetmiş bir manat qırx qepik) manat məhkəmə rüsumunun İddiaçınə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 qarşı heç bir iddia tələbinin olmadığını bildirmişdir. İddiaçı ”Yasamal-11’’ MMMC cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixində, Cavabdeh4 Sadiq qızının nümayəndəsi Nümayəndə2 Sadiq qızı ilə isə xx.xx.2024-cü il tarixində barışıq sazişi imzalamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş,lakin tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş birinci tərəfdən Cavabdeh1 ilə ikinci tərəfdən‘’Yasamal-11’’ MMMC arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: 1 .İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, barışıq sazişi imzalanan anda cavabdeh 1980(bir min doqquz yüz səksən)manat, yaranmış borcdan 500 (beş yüz) manatını 2024-cü ilin iyun ayında, "xxxx"MMMC-yə ödəyir (məbləğ artıq ödənilib), qalan 1515(min dörd yüz səksən) manatı, isə hər ayın 5-nə qədər yəni xx.xx.2024 tarixinədək 500(beş yüz)manat, xx.xx.2024 tarixindək 500(beş yüz)manat, xx.xx.2024 tarixinədək 480(dörd yüz səksən) manat, "xxxx"MMMC-yə Ödəyir. xx.xx.2024 tarixinədək isə o dövrə qədər yaranmış 270(iki yüz yetmiş)manat (aylıq xidmət haqları: İyul, avqust, sentyabr ayları üçün), borcu "xxxx" MMMC-yə ödəyir, və növbəti aylar İddiaçı MMMC-nin xx.xx.2024 tarixli ümumi yığıncağın qərarına əsasən hər ayın 1-dən 5-nə qədər 90(doxsan) manat, "xxxx" MMMC-nin bank hesabına və ya nağd şəkildə ödəyir.

2. Cavabdeh tərəfindən saziş üzrə öhdəliklərin icra edilməməsi iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

3. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

4. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3(üç) əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikinci isə cavabdehdə saxlamhr. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim olunur. İş materiallarına əlavə edilmiş birinci tərəfdən Cavabdeh4 ilə ikinci tərəfdən ‘’Yasamal-11’’ MMMC arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir:

1. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, barışıq sazişinə görə cavabdeh iddiaçıya 1140(min yüz qırx) manat pul vəsaitini 2dəfəyə hissə-hissə ödəyəcəkdir. 570 ( beş yüz yetmiş) manat. xx.xx.2024-cü ilə qədər 570(beş yüz yetmiş) manatı isə 10 sentyabr 2024-cü ilə qədər ödəyəcəkdir. xx.xx.2024-cü il tarixindən hər ay "xxxx" MMMC-nə, "xxxx" MMMC-nin qərarına əsasən 99 (doxsan doqquz)manat ödəməyi öhdəsinə götürür

2. Cavabdeh tərəfindən saziş üzrə öhdəliklərin icra edilməməsi iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

3. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

4. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3(üç) əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikinci isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ‘’Yasamal-11’’ MMMC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh4 Sadiq qızına qarşı "xidmət haqqının tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2024-cü il,xx.xx.2024-cü il tarixli barışıq sazişləri qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, iddia ərizəsi verilərkən ödənilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 73 manat dövlət rüsumu iddiaçıya qaytarılmalı və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı ‘’Yasamal-11’’ MMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Sadiq qızına qarşı "xidmət haqqının tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişlərinin bağlanması ilə əlaqədar iş üzrə icraata xitam verilsin. İddiaçı ‘’Yasamal-11’’ MMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Sadiq qızına qarşı "xidmət haqqının tutulması" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli barışıq sazişləri təsdiq edilsin. ‘’Yasamal-11’’ MMMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: 1 .İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, barışıq sazişi imzalanan anda cavabdeh 1980(bir min doqquz yüz səksən)manat, yaranmış borcdan 500 (beş yüz) manatını 2024-cü ilin iyun ayında, "xxxx"MMMC-yə ödəyir (məbləğ artıq ödənilib), qalan 1515(min dörd yüz səksən) manatı, isə hər ayın 5-nə qədər yəni xx.xx.2024 tarixinədək 500(beş yüz)manat, xx.xx.2024 tarixindək 500(beş yüz)manat, xx.xx.2024 tarixinədək 480(dörd yüz səksən) manat, "xxxx"MMMC-yə Ödəyir. xx.xx.2024 tarixinədək isə o dövrə qədər yaranmış 270(iki yüz yetmiş)manat (aylıq xidmət haqları: İyul, avqust, sentyabr ayları üçün), borcu "xxxx" MMMC-yə ödəyir, və növbəti aylar İddiaçı MMMC-nin xx.xx.2024 tarixli ümumi yığıncağın qərarına əsasən hər ayın 1-dən 5-nə qədər 90(doxsan) manat, "xxxx" MMMC-nin bank hesabına və ya nağd şəkildə ödəyir.

2. Cavabdeh tərəfindən saziş üzrə öhdəliklərin icra edilməməsi iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

3. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

4. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3(üç) əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikinci isə cavabdehdə saxlamhr. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim olunur. “Yasamal-11’’ MMMC və Cavabdeh4 Sadiq qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, barışıq sazişinə görə cavabdeh iddiaçıya 1140(min yüz qırx) manat pul vəsaitini 2dəfəyə hissə-hissə ödəyəcəkdir. 570 ( beş yüz yetmiş) manat. xx.xx.2024-cü ilə qədər 570(beş yüz yetmiş) manatı isə 10 sentyabr 2024-cü ilə qədər ödəyəcəkdir. xx.xx.2024-cü il tarixindən hər ay "xxxx" MMMC-nə, "xxxx" MMMC-nin qərarına əsasən 99 (doxsan doqquz)manat ödəməyi öhdəsinə götürür

2. Cavabdeh tərəfindən saziş üzrə öhdəliklərin icra edilməməsi iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

3. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

4. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3(üç) əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikinci isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim olunur. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsi verilərkən ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumu iddiaçı “Yasamal-11’’ MMMC-yə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar