Məhkəmə qərarları › İş №2(004)-3117/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3117/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3117/2023 13.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında olan borc müqaviləsi üzrə 2510 manat əsas borc, həmin borcu gecikdirdiyinə görə ona dəymiş ziyanın əvəzi olaraq 1000 manat olmaqla, cəmi 1173 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki səhvə yol verildiyini, ümumilikdə cavabdehdən 3510 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2022-ci ilin mart ayının əvvəllərində tanıdığı Cavabdeh sonuncu dəfə M.Cəfərov küçəsində 1020 manat olmaqla, cəmi 2510 manat pul vermişdir. Həmin pulu Neftçilər metrostansiyasının yaxınlığında yerləşən lombarddan götürmüşdür və gec qaytardığına görə 3683 manat pul ödəmişdir. Bununla bağlı lombard müqaviləsini iş materiallarına əlavə etmişdir. Gec qaytarmağına səbəb isə cavabdehin həmin pulu vaxtında qaytarmaması olmuşdur. Bununla bağlı Nəsimi RİP-ə müraciət etsə də, ərizəsi əsasında toplanan materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin iş üzrə toplanmış materialda da cavabdeh borcu olduğunu etiraf etmişdir. Qanunvericiliyin tələbinə görə həmin qərar borcun olub-olmaması hissəsində preyudisial əhəmiyyətə malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nəsimi RİP-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, aparılmış araşdırma zamanı izahatı alınan Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı 2021-ci ilin yay aylarından tanıyır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2021-ci ilin sentyabr-oktyabr aylarında ona pul lazım olduğu üçün İddiaçı 30 faizlə olmaqla ayrı-ayrı vaxtlarda 300, 400 və 600 ABŞ dolları borc almışdır. Sonradan Samirə hər dəfə hissə-hissə pulu qaytarmaq istəsə də, Samir pulu götürməkdən imtina etmiş və pulu ona bütöv şəkildə ödəməyini demişdir. O isə, hazırki vaxta kimi pulu düzəltmək istəsə də, pulu tam şəkildə düzəldə bilməmiş və Samir buna görə barəsində polisə şikayət etmişdir. İddiaçı izahatında yalan göstərmiş, onunla Samir arasında bu kimi söhbət olmamış, Samirdən ayrı-ayrı vaxtlarda 1300 ABŞ dollarını faizə almış, sonradan hissə-hissə qaytarmaq istəsə də, Samir pulu tam istədiyi üçün bu günə kimi pulu bütövləyib qaytara bilməmişdir. Onun Samirlə düşmənçiliyi yoxdur, lakin Samirin pulunu qaytarmadığı üçün sonuncu onunla düşmənçilik aparır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı tanıdığı Cavabdeh borc pul vermişdir. Daha sonra cavabdeh borc məbləğini iddiaçıya qaytarmadığından, İddiaçı Nəsimi RPİ-nə şikayətlə müraciət etmişdir. Nəsimi RPİ-də aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 2510 manat əsas borc məbləği və cavabdeh tərəfindən həmin borc məbləğinin gecikdirilməsinə görə ona dəymiş ziyana üçün 1000 manat olmaqla, ümumilikdə 3510 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh 1300 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə tərəfindən müəyyən olunan işin həqiqi halları və tədqiq olunmuş sübütlara əsasən Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə cavabdeh İddiaçı izahatında İddiaçı 1300 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddia cavabdehin etiraf etdiyi hissədə əsaslıdır və yalnız bu hissədə təmin olunmaldır. İddiçının idda ərisəzində iddia etdiyi digər hallar, yəni cavabdehə verilən borc məbləğinin lombarddan götürülməsi və borcun gecikdirilməsi səbəbəndən ona ziyan dəyməsi iş materialları ilə sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan 1300 (bir min üç yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 42.1 (qırx iki manat on qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar