Məhkəmə qərarları › İş №2(004)-3122/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3122/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3122/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3351 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 2130 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, təxminən 10 ildir tanıdığı Cavabdeh ondan borc olaraq 3351 manat pul almışdır. Həmin vaxtdan dəfələrlə pulunu Emindən geri istəsə də sonuncu müxtəlif bahanələr gətirərək pulu geri qaytarmamışdır. Cavabdehlə sonradan 2 dəfə qarşılaşmış və pulunu geri ödəməsini tələb etmişdir. O isə İddiaçı öldürməklə hədələmişdir. Bununla bağlı 31.05.2021 -ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis bölməsinə şikayət etmişdir. Hazırda iddia tələbinin həcmini azaldaraq cavabdehdən 2130 manat məbləğində pulun tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlu iddia tələbinin həcminin azaldılmasına dair ərizəni müdafiə etdiyini və Cavabdeh 2130 manat məbləğində pulu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçı ilə aralarında olmuş WhatsApp yazışmaları mövcuddur. Həmin yazışmalarda cavabdeh öz borcunu etiraf edir. Eyni zamanda iddiaçıya göndərdiyi səsli mesajda da borcu olduğunu qəbul edir. Onlar həmin etirafı cavabdhedən yazılı surətdə də almaq istəyiblər, lakin yaranmış gərgin vəziyyət buna mane olmuşdur. İddiaçının nümaynədəsi həmçinin bildirmişdir ki, həmin səs yazıları cavabdehə məxsusdur, əgər cavabdeh əksini iddia edərsə, məhkəmə tərəfindən məhkəmə-fonoskapik ekpertizası təyin edilməklə səs yazılarının cavabdehə məxsus olubolmamasını müəyyənləşdirmək mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş diskdə iddiaçı ilə cavabdeh arasında olan WhatsApp yazışmalarına aid səs yazıları məhkəmə tərəfindən araşdırılmış və həmin səs yazılarında cavabdeh İddiaçı dedikləri öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün və iddiaçı tərəfindən təqdim edilmiş sübutları təkzib etmədiyi, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının ona aid olmaması barədə sübutları məhkəməyə təqdim etmədiyi üçün, cavabdeh tərəfindən sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmadığından məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında iş üçün əhəmiyyətli halları müəyyən olunmuş hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2130 (iki min yüz otuz) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar