Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3125/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu İddiaçı cavabdehlər Cavabdeh2 faktorinq şirkəti və Cavabdeh1 MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 faktorinq şirkəti və Cavabdeh1 MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə onun arasında bağlanmış və xitam edilmiş 40015835 saylı müqavilə üzrə borlcu olaraq əks etdirilməyinə dair məlumatların Cavabdeh2 faktorinq şirkəti və Cavabdeh1 MMC, eləcə də cavabdehlərin əməkdaşlıq etdiyi digər təşkilatların online və ya qeyri-online ödəmə sistemindən dərhal silinməsi və cavabdehlər tərəfindən istehlakçı hüquqlarının pozulması nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq ondan yazılı üzr istəmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla verildiyindən, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh2 faktorinq şirkətinin qeydiyyat ünvanı Xocalı prospekti, Dəmirçi Tover 17-ci mərtəbə və Cavabdeh1 MMC-nin qeydiyyat ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 120 ünvanıdır. Həmçinin iddia tələbində göstərilən mənəvi zərərin ödənilməsini xahiş etsə də, dəymiş mənəvi zərərin məbləği göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin tələbinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 faktorinq şirkəti və Cavabdeh1 MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbi ilə müraciət edərək Cavabdeh1 MMC ilə onun arasında bağlanmış və xitam edilmiş 40015835 saylı müqavilə üzrə borcu olaraq əks etdirilməyinə dair məlumatların Cavabdeh2 faktorinq şirkəti və Cavabdeh1 MMC, eləcə də cavabdehlərin əməkdaşlıq etdiyi digər təşkilatların online və ya qeyri-online ödəmə sistemindən dərhal silinməsini xahiş etsə də, hazırki tələb istehlakçıların hüquqları ilə bağlı olmadığından iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduqları ünvan üzrə verilməlidir. Həmçinin iddiaçı tələbində cavabdehlər tərəfindən istehlakçı hüquqlarının pozulması nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq ondan yazılı üzr istəmələrini xahiş etsə də, mənəvi borcun məbləği dəqiq göstərilməmişdir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2 faktorinq şirkəti və Cavabdeh1 MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduğu ünvanlar üzrə verilmədiyindən, həmçinin tələb dəqiq göstərilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 faktorinq şirkəti və Cavabdeh1 MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3125/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3125/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver