Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3132/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yazıçılar Poliklinikasına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X6 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmri ləğv edilməklə İddiaçı Şərafəddin qızının İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X7 kadırlar şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı – xx.xx.2022-ci il tarixdən hesablanmaqla işə bərpa olunma tarixindən əmək haqqı və 100 manat həcmində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 iyul 2011-ci il tarixli, 38№li əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X7 kadrlar şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Bundan əvvəl müxtəlif idarə və müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə əmək fəaliyyətində heç bir qanun pozuntusuna, inzibati xətaya yol verməmiş və bu səbəbdən də intizam məsuliyyətinə cəlb olunmamışdır. X8 kadrlar şöbəsinin müdiri işlədiyi 11 il ərzində hər hansı formada əmək qanunvericiliyinin pozulması, tutduğu vəzifəni layiqincə yerinə yetirməməsi, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və hər hansı inzibati xətaya yol verilməsi halları baş verməmişdir. İcbari Tibbi Sığorta üzrə X28 Ərazi Bölmələrini İdarəetmə X6 baş həkimi X18 xx.xx.2022-ci il tarixli 49 K-№li əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) tutuduğu vəzifədən azad edilmişdir. Müvafiq əmrlə razı deyil, əmr faktiki hallar və hüquqi asaslar baxımından əsasızdır və əmr baş həkimin qərəzli mövqeyini ifadə edir. Həmin əmrdə əsas: İ.Ş.Rəfıyevanın ərizəsi, sonra isə Baş Həkimin sərəncamı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə qeyd edilmişdir. Faktiki olaraq həmin əmr qeyd olunduğu kimi əmək funksiyasını və ya əmək müqaviləsi öhdəliklərini yerinə yetirmədiyinə görə deyil X5suz hərəkətlərindən İddiaçı Bakı şəhəri Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməsi olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə iddiaçı İ.Rəfıyevanın şikayət ərizəsi ilə əiaqədər X21 Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik idarəsinə dəvət olunub və iddiaçının şikayət ərizəsində göstərdiyi cinayət əməlləri ilə bağlı izahatı alınmışdır. Bundan sonra o, dərhal poliklinkaya gələn kimi iddiaçı İradə Rəfıyevadan “ərizə yaz işdən azad ol“ deyib işdən öz ərizəsi ilə azad olmasını tələb etmiş, İradə Rəfıyeva onun bu qanunsuz və əsassız tələbini qəbul etmədikdə dərhal formal olaraq guya həmkarlar komitəsinin iclasını çağırıb, xx.xx.2014-cü il tarixdən poliklinikanın Ginekologiya kabinetində tibb bacısı işləyən X14, digər tibb bacısı Qocayevanın işə qəbulu barədə əmrin olmamasını və poliklinikanın Fizioterapiya və tibbi bərba şöbəsinin Həkim-fizioterapevti X13 “Parenteral virus hepatitlərinin müalicəsi diaqnostikası və müalicəsi” üzrə ixtisaslaşdırma kursuna göndərilməməsi barədə əmrin olmaması və onun kursa göndərilməməsini əsas götürüb səhəri günü, yəni xx.xx.2022-ci il i 49-k № li əmrlə İradə Rəfıyevanın 70-ci maddənin “ç” bəndi ilə tutduğu vəzifədən qanunsuz və əsassız azad etmiş, həmçinin əmrdə əsas kimi ərizəsinidə qeyd etmişdir. Halbuki M.Əliyevanın, Qacayevanın işə qəbulu barədə 116 №li əmr və həmçinin Həkimfizioterapevti G.İsgəndərovanın kursa göndərilməsi barədə 190-K № li əmr vardır. Əgər tibb bacıları Əliyeva və Qacayevanın işə qəbul edilmələri barədə əmr yoxdursa, onların uzun müddət əmək haqqı almaları təəcüb doğurur. Həkim-fizioterapevti Günel İsgəndərovanın ixtisasartırma kursuna göndərilməsi barədə əmr xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu əmrdən sonra İ.Rəfıyevanın əri Vaqif Rəfıyev ürək xəstəliyindən əziyyət çəkdiyindən və xx.xx.2020-ci ildə öldüyündən və İddiaçı özü uzun müddət xəstə olduğundan SN seriyalı 00006, 815103, 813585, 813620, 813668, 914714, 937767 № li əmək qabiliyyətinin olmaması vərəqələri ilə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi, həmçinin 937811, **********56, 937897, 0218804, 0230102, 0230270, **********399 №li əmək qabiliyyətinin olmaması vəsiqələri ilə müəyyən tarixlərdə işdə olmaması təsdiq olunur. İradə Rəfıyevanın əmək qanunvericiliyin tələblərini pozmadan, əmək funksiyasını və əmək müqaviləsindən gələn öhdəlikləri layiqincə yerinə yetirməsi cavabdeh tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli 3№ li əmrlə təşəkkür elan edilməsində öz təsdiqini tapır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 30 oktyabr 2012-ci il tarixli 126№li əmrinin tələblərini pozaraq işə qəbul ilə məşğul olduğu üçün bu barədə xx.xx.2013-cü ildə ona yazılı bildirilmiş və cavabdeh də həmin sənəddə məsuliyyəti öz üzərinə götürməsi barədə imza etmişdir. Cavabdehin qərəzli mövqedən çıxış edərək Əmək Məcəlləsinə zidd olaraq işçiləri işdən azad etməsi xx.xx.2017-ci il tarixli əmrlə də təsdiq olunur. Belə ki, poliklinkada tibb bacısı işləyən X15 Əmək Məcəlləsinə zidd olaraq işdən azad edilməsi və sonra da işə bərpa edilməsi və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən X17-Cəfərovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi bunun əyani sübutudur. Baş həkim vəzifəsini icra edən sahə həkimi X10 xx.xx.2019-cu il tarixli müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi ilə bağlı tərtib edilmiş arayışla Yazıçılar Poliklinikasında baş həkim X17-Cəfərova tərəfindən ciddi qanun pozuntularına yol verildiyi aşkar edilir və xx.xx.2019-cu il tarixli 77-k №li əmrlə X17- Cəfərovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı tutduğu vəzifədən azad edilmə barədə əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü bəndləri həmçinin 80-ci maddənin 1 və 2-ci bəndlərinin müddəalarından irəli gələn tələblərə riayət edilməmişdir. Belə ki, işəgötürən həmkarlar ittifaqı qarşısında hər hansı təqdimatla çıxış etməmiş və belə bir təqdimata baxılmamışdır, eləcə də iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işə götürənin habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada zərər vurulmasını təsdiqləyən hər hansı əsaslandırmaya yer verilməmiş həmçinin bu kimi halları təsdiqləyən sənəd əlavə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, Yazıçılar poliklinkasının baş həkimi X18 xx.xx.2022-ci il tarixli 49-K № əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı tutuduğu vəzifədən azad edilmişdir. Müvafiq əmrlə razı deyillər, əmr faktiki hallar və hüquqi əsaslar baxımından əsasızdır və əmr baş həkimin qərəzli mövqeyini ifadə edir. Faktiki olaraq həmin əmr qeyd olunduğu kimi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə deyil X5suz hərəkətlərindən İddiaçı Bakı şəhəri, Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməsi olmuşdur. Cavabdeh iddiaçının şikayət ərizəsində göstərdiyi cinayət əməlləri ilə bağlı izahatı alındıqdan sonra poliklinkaya gələn kimi dərhal İddiaçı “ərizə yaz işdən azad ol” demişdir. İşdən öz ərizəsi ilə azad olmasını tələb etmişdir. İradə Rəfıyeva onun bu qanunsuz və əsassız tələbini qəbul etmədikdə dərhal formal olaraq guya həmkarlar komitəsinin iclasını çağırıb, xx.xx.2014-cü il tarixdən poliklinkanın Genekologiya kabinetində tibb bacısı işləyən X14, digər tibb bacısı Qocayevanın işə qəbulu barədə əmrin olmaması və poliklinkanın Fizioterapiya və tibbi bərba şöbəsinin Həkim-fizioterapevti X24 qizinin “Parenteral virus hepatitlərinin müalicəsi diaqnostikası və müalicəsi" üzrə ixtisaslaşdırma kursuna göndərilməməsi barədə əmrin olmamasını əsas götürüb. Səhəri günü, yəni xx.xx.2022-ci il tarixli 49-k №- li əmrlə İradə Rəfıyevanın 70-ci maddənin “ç” bəndi ilə tutduğu vəzifədən qanunsuz və əsassız azad etmiş, həmçinin əmrdə əsas kimi ərizəsinidə qeyd etmişdir. Halbuki, M.Əliyevanın və Qacayevanın işə qəbulu barədə 116 №-li əmr və həmçinin Həkim-fizioterapevti G. İsgəndərovanın kursa göndərilməsi barədə 190-K №-li əmr vardır. Əgər tibb bacıları Əliyeva və Qacayevanın işə qəbul edilmələri barədə əmr yoxdursa, onların uzun müddət əmək haqqı almaları təəcüb doğurur. Hal-hazırda İddiaçı şikayət ərizəsi üzrə X21 barəsində toplanmış materiallar Bakı şəhəri, Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsindən araşdırma aparılması üçün İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Cavabdehin qərəzli mövqeydən çıxış edərək Əmək Məcəlləsinə zidd olaraq işçiləri işdən azad etməsi xx.xx.2017-ci il tarixli əmrlə də təsdiq olunur. Belə ki, poliklinkada tibb bacısı işləyən X15 Əmək Məcəlləsinə zidd olaraq işdən azad edilməsi və sonrada işə bərpa edilməsi və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən X17- Cəfərovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi bunun əyanı sübutudur. Baş həkim vəzifəsini icra edən sahə həkimi X10 xx.xx.2019-cu il tarixli müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi ilə bağlı tərtib edilmiş arayışla Yazıçılar Poliklinkasında baş həkim X17 tərəfindən ciddi qanun pozuntularına yol verildiyi aşkar edilir və xx.xx.2019-cu il tarixli 77-k №- li əmrlə X2 xəbərdarlıqla şiddətli töhmət verilir. Vəkil sorğusu ilə həmkarlar təşkilatının iclas protokolu tələb edilsə də poliklinkanın baş həkimi Nərgiz Rüstəmxanlı iclas protokolunun vəkildə olduğunu bildirib və verməkdən imtina etmişdir. İlkin Mediasiya sesiyasında olarkən Nərgiz xanımın vəkilindən iclas protokolunu təqdim etməsini xahiş etmişlər. O, protokolu verməkdən imtina etmiş və bildirmişdir ki, iclasdan sonra onlar müəyyən etmişlər ki, guya İradə Rəfıyevanın diplomu saxtadır, onlar bu barədə də həmkarlar təşkilatının iclas protokoluna əlavələr edəcəklər. Belə çıxır ki, onlar İddiaçı iştirakı olmadan əmək qanunvericiliyinə zidd olaraq yenidən iclas keçirəcək və yaxud da sonradan istədiklərini protokola əlavə edəcəklər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilir. Mübahisələndirilən əmək müqaviləsinə işəgötürənin qərəzli mövqeyi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla əmək müqaviləsinin ləgv edilməsi həmin Məcəllədə təsbit edilmiş müvafiq əsaslarla və qaydalara riayət edilməsi ilə şərtləndirilmişdir. İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü bəndləri həmçinin 80-cı maddənin 1 və 2-ci bəndlərinin müddəalarından irəli gələn tələblərə riayət edilməmişdir. Belə ki, işəgötürən həmkarlar ittifaqı qarşısıda hər hansı təqdimatla çıxış etməmiş və belə bir təqdimata baxılmamışdır. Eləcə də iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada zərər vurulmasını təsdiqləyən hər hansı əsaslandırmaya yer verilməmiş həmçinin bu kimi halları təsdiqləyən sənəd əlavə olunmamışdır. Ona görə də xahiş edirlər ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilsin. Belə ki, Bakı Baş Polis İdarəsinə yazılan şikayətin məğzi ondan ibarət olub ki, poliknikanın sədri İradə xanımın əli ilə 3 nəfərdən müxtəlif məbləğlər alıb ki, onları Bakı şəhəri ərazisində rəhbəri olmayan poliknikalara müdir təyin etsin. Bundan sonra uzun müddət çəkib və pul verən şəxslər pullarını İradə xanımdan geri tələb edib. İradə xanım da Nərgiz xanıma vətəndaşların pullarını geri istədiklərini bildirib. Nərgiz xanım da pulların bir qismini geri qaytarıb, lakin 39000 manatı geri qaytarmayıb və bildirib ki, həmin pulu geri qaytarmayacaq. Bundan sonra İradə xanım məcbur olub Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi yazıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, 2019-cu ildə Təbib yaradılmış və bəzi Səhiyyə müəsisələrindən başqa əksəriyyəti Təbibin tebçiliyinə verilmişdir. X19 Nazirliyindən çox Yazıçılar Birliyininin tabeliyində olan qurum olub və Yazıçılar Birliyinin üzvlərinə tibbi xidmət göstərib. Qarşı tərəf bildirir ki, Yazıçılar Poliknikasının baş həkiminə töhmət verilib və töhmət verilməsinə səbəb Nərgiz xanımın fəaliyyətində nöqsanlara yol verməsi olub. Belə ki, elə töhmətin alınmasına da səbəbkar iddiaçının özü olub. Çünki 2019-cu ilin yanvar ayında Yazıçılar Poliknikasının baş həkimi uşağının xəstəliyi ilə bağlı xaricə getməli olmuş və bununla da bağlı Səhiyyə Nazirliyinə ərizə ünvanlayıb. Bundan sonra iddiaçı 3 ay sonra dərhal akt hazırlayıb Səhiyyə Nazirliyinə göndərir ki, guya maaşlarını ala bilmirlər. Orada bəzi işçilər də var ki, onlar maaş ala bilməyib. Onların da maaş almamalarının səbəbkarı İradə xanım olub. 2019-cu ildə Nərgiz xanım ölkədə olmadığı müddətdə Səhiyyə Nazirliyi tərəfindən həmin poliknikaya müvəqqəti direktor vəzifəsini icra etmək üçün İradə Səbziyeva adında şəxs təyin olunur və həmin şəxs təyin olunandan sonra müəyyən yoxlamalar aparır. Yoxlamalar nəticəsində müəyyən olunur ki, İradə xanımın günahından 23 nəfər kursa gedə bilmədiyindən problemlər yaranıb və Səhiyyə Nazirliyi araşdırma aparıb ki, həqiqətəndə 23 nəfər həkim ixtisas artırma kursuna getmədiyindən həkim fəaliyyətləri dayandırılıb. Ona görə də onlara əmək haqqı yazılmayıb. 2020-ci ildə Nərgiz xanım ölkəyə qayıdır və öz direktor fəaliyyətini davam etdirir. Elə bu müddətdə də bu yaranmış hallar ortaya çıxır və ötən ilin sonlarında İradə xanımın bir neçə korrupsiya əməlləri də ortaya çıxır. Bu hallardan biri də tibb bacılarının Nərgiz xanıma İradə xanımın onlardan hər arayışa görə 5 manat, icazəyə görə 15 manat pul almasını bildirmələri olub. Bu məsələ ortaya çıxdığına görə baş həkim İradə xanımı çağırır və araşdırma aparılır. Hazırda onda bir akt var və o aktda göstərilir ki, bəzi həkimlərin əmək müqaviləsi jurnalında adları qeyd olunmayıb və bu dövr 2011-2022-ci illəri əhatə edir. 2011-ci ildən də kadrlar şöbəsinin müdiri kimi İradə xanım işə götürülmüşdür. Bu hallar üzə çıxandan sonra Nərgiz xanım onunla əlaqə saxlamış və onlar digər zəruri araşdırmalara başlamışlar. Araşdırma nəticəsində digər bir maraqlı məsələni aşkar etmişlər. İradə xanımın Yazıçılar Poliknikasına təqdim etdiyi öz ixtisasını sübuta yetirən diplomu var. Həmin o diplomla bağlı Təsil Nazirliyinə vəkil sorğusu vermiş və həmin o vəkil sorğusundan müəyyən olunmuşdur ki, 2009-cu ildə verilən həmin diplom saxtadır. Yəni İradə xanımın tutduğu vəzifədən heç anlayışı belə yoxdur. Bu günkü gündə İddiaçı ucbatından Yazıçılar Poliknikası hələ də əziyyət çəkir. Çünki tutduğu vəzifəsini düzgün icra etməyib və müəyyən qanun pozuntuları edib. Etdiyi qanun pozuntuları ilə də həmin müəsissənin adına da xələ gətirib. İradə xanım öz əmək funksiyalarını yerinə yetirə bilmədiyi üçün işdən azad olunub. Çünki işçilərin işə götürülüb və onların vaxtında ixtisas artırma kursuna göndərilməsi İradə xanımın səlahiyyətində olan məsələ olub. 3 nəfərin işə düzəlməsi ilə bağlı Nərgiz xanımın İradə xanımın əli ilə pul alması yalandır. Çünki qarşı tərəfin vəkili də bildirmişdir ki, guya Nərgiz xanım o vəsaiti alıb ki, vətəndaşları boş olan poliknikalara baş həkim vəzifəsinə qoyacaq. Belə ki, Nərgiz xanımın özü baş həkimdir. Əgər öz rəhbəri olduğu poliknikaya işə düzəldəcəm desəydi bu ağılabatan olaradı. Yoxsa ki, hansısa poliknikaya baş həkim düzəldəcəm deməsi absurtdur. Cünki o səlahiyyət Səhiyyə Nazirliyinin əlindədir və bunu İradə xanım da yaxşı bilir. Ola bilər ki, İradə xanım kimlərdənsə işə düzəltmək adı ilə pul alıb. Lakin bunun Nərgiz xanıma heç bir aidiyyatı olmayıb. İradə xanımın ucbatından kursa gedə bilməyən həkimlərin artıq 14-nün kursa getmə məsələləri həll olunub. Yəni bugünkü gündə hələ də Nərgiz xanım İradə xanımın etdiyi pozuntuları aradan qaldırmaqla məşğuldur. 2011-ci ildə İradə xanımı Kadrlar Şöbəsinin müdirü vəzifəsinə Nərgiz xanım təyin edib. Burada poliknikanın baş həkiminin səhvi ondan ibarət olub ki, təqdim olunan sənədləri lazımınca yoxlamayıb. 2019-cu ilə kimi Yazıçılar Poliknikası müstəqil idi. İşçini işə götürmək və ya işdən azad etmək məsələsində müstəqil idi. Çünki Səhiyyə Nazirliyinə bir başa tabe deyildi, Yazıçılar Birliyinə tabe idi və orada olan işçilərə tibbi xidmət göstərirdi. Yazıçılar Poliknikasının baş həkimini işə təyin edən Səhiyyə Nazirliyidir. İzahatında əlavə olaraq iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X6 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmrinə əsasən X9 şöbəsinin müdiri İddiaçı ilə bağlanmış 110 nömrəli Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Vəzifədən azad etməyə əsas kimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasının Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı 25 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı yol verdiyi nöqsanlara görə, həmin nöqsanları aradan qaldırmadığı üçün işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03 nömrəli Yazıçılar Poliklinikasının HİK-nin Protokolunun kserosurətinə əsasən, İddiaçı şiddətli töhmət ilə işdən azad edilməsinə qərar verilmişdir. Protokoldan görünür ki, protokol yalnızca HİK-nin sədri X22 tərəfindən imzalanmışdır. İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanladığı məktubda qeyd edilmişdir ki, İddiaçı Yazıçılar Birliyinin Poliklinikasının baş həkimi Rüstəmxanlı – X23 tərəfindən 39000 manat pulunun ələ keçirilməsi və digər qanunsuz hərəkətləri barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətə İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Müraciətdə göstərilən xüsusatlar üzrə zəruri prosessual araşdırma aparılması və aidiyyətli şəxsin əməlinə hüquqi qiymət verilməsinin təmini məqsədi ilə toplanmış material Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Yazıçılar Poliklinikasının baş həkim əvəzi Mətanət Məhərrəmova tərəfindən ünvanlanmış müraciət ilə bağlı həmin poliklinikada aparılan araşdırılmanın nəticəsinə dair xx.xx.2019-cu il tarixli Arayışda qeyd olunmuşdur ki, Yazıçılar Poliklinikasında aparılan yoxlama göstərir ki, poliklinikada əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur, xüsusən Əmək Məcəlləsinin işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına dair tələblərinə, işə qəbulu zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2013-cü il 18 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə müəssisələrində həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları”na riayət olunmur, əmək haqlarının hesablanmasında və ödənilməsində pozuntulara yol verilir, müəssisədə mövcud şərait sanitar-gigiyenik norma və tələblərə cavab vermir. Bundan əlavə poliklinikanın fəaliyyətində əvvəllər aşkar olunmuş kobud nöqsan və çatışmazlıqlar aradan qaldırılmamış, metodik tövsiyələrə riayət edilməmiş, əksinə eyni nöqsanlar təkrarlanmışdır. Ümumiyyətlə, həmin poliklinikanın fəaliyyəti normativ tələblərə uyğun təşkil olunmamışdır. İş materiallarında olan “Yazıçılar Poliklinikasının fəaliyyətində aşkar olunmuş nöqsanlar barədə” xx.xx.2017-ci il tarixli Əmrə əsasən, Yazıçılar Poliklinikasının işində yaranmış ciddi nöqsan və çatışmazlıqlara görə poliklinikanın baş həkimi X17-Cəfərovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, Yazıçılar Poliklinikasının baş həkimi N.Rüstəmxanlı-Cəfərovaya poliklinikanın tibb bacısı vəzifəsindən Əmək Məcəlləsinə zidd olaraq işdən azad olunan X16 işə bərpa olunması, qanunvericiliyə zidd olan işə qəbul hallarının və pozuntuların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün 1 ay müddətində zəruri tədbirlər görülərək nəticəsi barədə məlumat təqdim olunması tapşırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Əmrə əsasən, Əmək funksiyalarını yerinə yetirmədiyinə və intizam qaydalarını pozduğuna görə Yazıçılar Poliklinikasının baş həkimi X17-Cəfərova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Yazıçılar Poliklinikasının rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə əsasən onunla bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi müəyyən olunmuşdur. Əmək müqaviləsinə xitam verilərkən AR ƏM-nin 72-ci maddəsinin tələbləri nəzərə alınmamış, 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbləri də pozulmuş, son haqq-hesabının hesablanaraq ödənilmədiyi də müəyyən edilmiş və bununla da qanunvericiliyin tələblərinin pozulduğu aşkar olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Yazıçılar Poliklinikasının baş həkimi X17-Cəfərova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 14 iyun 2022-ci il tarixli MN0020544 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilir ki, son haqq-hesabının 10 gün ərzində hesablanaraq ödənilməsinin təmin edilməsi ilə bağlı Yazıçılar Poliklinikasının baş həkimi X17-Cəfərovaya göstəriş xarakterli məktub ünvanlanmışdır. İş materiallarında olan ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərara əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 72-ci maddəsinin tələbləri nəzərə alınmamış, 80-ci maddənin 1-ci və 2-ci bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə X11 qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 2000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. AR ƏM-nin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 187-ci maddəsində əsasəni intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, həmkarlar ittifaqı təşkilatının iclası barədə iddiaçıya məlumat verilməmişdir. Bununla da əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən kobud şəkildə pozulmuşdur. Həmçinin yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən yoxlanılmış və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin tələbləri nəzərə alınmaması, 80-ci maddənin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması müəyyən edimiş və müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə cavabdeh İddiaçı məhz xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində yol verdiyi nöqsanlara görə işdən azad etmişdir, lakin əmək qanunvericiliyinin tələbinə əsasən işçi tərəfindən əmək və ya icra intizamının pozulması ilə bağlı xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi ümumiyyətlə verilə bilməz. Göründüyü kimi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən İddiaçı cavabdeh Yazıçılar Poliklinikasına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X6 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmri ləğv edilməli, İddiaçı İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X6 kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı İddiaçı cavabdeh tərəfindən ödənilməli, Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X4 tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində mediasiya xərci olaraq ödənilmiş vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 50 manat vəsait isə iddiaçının özünə aid edilməlidir. Bekə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Bu baxımdan dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində tələb əsaslı deyildir və tələb bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X6 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmri ləğv edilsin. İddiaçı İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X6 kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa olunsun, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı İddiaçı cavabdeh tərəfindən ödənilsin. Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh İcbari Tibbi Sığorta üzrə X27 Ərazi Bölmələrini İdarəetmə X4 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3132/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3132/2022
15.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver