Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3133/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakın kütləsi (daşınmaz əmlaklar, bank hesabları, ticarət obyekti, çörək sexləri, nikah dövründə Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlaklardakı atasına çatası pay və onun adında bank hesablarında olan pul vəsaiti) müəyyənləşdirilərək həmin əmlak üzərində qanun üzrə vərəsəliyə uyğun olaraq payının müəyyənləşdirilməsi və bu barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia tələbi dəqiq göstərilməmişdir. Beləki İddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakın kütləsinin (daşınmaz əmlaklar, bank hesabları, ticarət obyekti, çörək sexləri, nikah dövründə Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlaklardakı atasına çatası pay və onun adında bank hesablarında olan pul vəsaiti) müəyyənləşdirilərək həmin əmlak üzərində qanun üzrə vərəsəliyə uyğun olaraq payının müəyyənləşdirilməsini və bu barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, konkert olaraq tələbinin nədən ibarət olmasını, tələb olunan miras qalmış əmlakları dəqiq göstərməmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müracitə etməkdə haqqlı olmamışdır. Belə ki, iş materialları və iddia ərizəsi ilə müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış, Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik işinin açılmasından və vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin tələblərinə uyğun olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3133/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3133/2021
22.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver