Məhkəmə qərarları › İş №2(004)-3149/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3149/2021

17.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3149/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı1 nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini X1rşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini X1rşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi 19.04.2021ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X4 baş həkimi X7 qızı tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 18-A nömrəli əmr ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi (əri) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçılar 02.11.2015-ci il tarixdən X2 həkim-oftalmoloq vəzifəsində işləyirlər. Hər ay bank vasitəsi ilə əmək haqqılarını almışlar və dövlətə vergi və sosial ayırmaları ödəmişlər, eləcə də yazıçılara tibbi xidmət göstərmişlər. 2019-cu ildən başlayaraq yanvar və fevral aylarını çıxmaq şərti ilə əmək haqqlarını cavabdeh verməmişdir. Bununla bağlı iddiaçılar məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(004)- 3933/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 2019-cu ilin mart, aprel ayları üzrə əmək haqqlarının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinikasından tutularaq, müvafiq olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 əmək haqlarının mütəmadi olaraq (işlədiyi müddətdə) ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(103)-11398/2019 saylı qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(102)- 2411/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(004)- 3933/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi icra olunması üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin, qətnamə Yasamal rayon İcra və Probasiya Şöbəsində icra mərhələsində olmasına baxmayaraq X5 baş həkimi Nərgiz Rüstəmxanlı-Cəfərova hələ də qətnaməni icra etməmişdir. Qətnaməni qərəzli icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli 3(004)-566/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 baş həkimi X7 qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1500 manat cərimə edilmişdir. Bundan sonra qətnaməni icra etməmək üçün X5 baş həkimi X7 qızı 30.03.2021-ci il tarixdə 18-A nömrəli əmr imzalaraq, əmək haqqı almayan bəzi işçilərin hələ də işə gəlib-getdikləri üçün və davamiyyət kitabına imza çəkdikləri üçün 30.03.2021-ci il tarixdən əmək haqqları verilənə qədər işə çıxılmaması və heç bir tabeldə imza atmamalarına dair göstəriş vermişdir. Həmin əmrdə iddiaçıların adı da qeyd edilmişdir. Həmin əmr Əmək Məcəlləsinin tələblərinə zidddir, qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, cavabdehin 30.03.2021-ci il tarixli 18-A nömrəli əmri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə ziddir. Çünki, qətnamədə cavabdehin üzərinə iddiaçıların işlədiyi müddətdə əmək haqqının ödənilməsi vəzifəsi qoyulmuşdur, indiki qanunsuz əmrdə göstərilir ki, əmək haqları verilənə qədər işə çıxmasınlar və heç bir tabeldə imza almasınlar. Faktiki olaraq bu əmrlə cavabdeh iddiaçıların əmək müqaviləsi üzrə hüquqlarını məhdudlaşdırır və pozur. Qanunveriçilikdə baş həkimin belə bir əmr vermək səlahiyyəti yoxdur. Faktiki olaraq cavabdeh bu əmrlə qanuni qüvvəyə minmiş qətnaməni icra etmək istəmədiyi nümayiş etdirmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 və cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4, 185.5-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 02.11.2015-ci il tarixdən İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X6 həkim-oftomoloq vəzifəsində işləyirlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3933/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinkasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 2019-cu ilin mart, aprel ayları üzrə əmək haqlarının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinkasından tutularaq, müvafiq olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir, iddiaçılar İddiaçı1 və İddiaçı2 əmək haqlarının mütəmadi olaraq (işlədikləri müddətdə) ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinkasının üzərinə qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli 2(004)-566/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 baş həkimi Rüstəmxanlı - X9 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3933/2019 nömrəli qətnaməsini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1.500 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-ci maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göründüyü kimi, cavabdehdən iddiaçılara ödənilməmiş əmək haqqının tutulması və iddiaçıların işlədikləri müddətdə də əmək haqlarının mütəmadi olaraq ödənilməsi vəzifəsinin cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X4 üzərinə qoyulması barədə məhkəmənin 20.06.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamənin icra edilməməsi səbəbindən İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X4 baş həkimi X7 qızı məhkəmənin 04.03.2021-ci il tarixli qərarı ilə 1500 manat inzibati cərimə edilmişdir. Bundan sonra, 21 nəfər həkimin və tibb işçisinin, o cümlədən iddiaçılar İddiaçı1 və İddiaçı2 oftolmoloq işlədikləri - İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X8 30.03.2021-ci il tarixdən işə çıxmamaları və heç bir tabelə imza etməmələrinə dair cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X4 baş həkimi Rüstəmxanlı - X9 tərəfindən 30.03.2021-ci il tarixli 18-A nömrəli qanunsuz və əsassız əmr imzalanmışdır. Cavabdehin bu əmri Əmək qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmək niyyəti ilə verilmişdir. Cavabdeh bu əmri verməklə Əmək Məcəlləsinin 12-ci maddəsində nəzərdə vəzifələrinin icrasından yayınmış, iddiaçıların Əmək Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 oftolmoloq işlədikləri - İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X8 30.03.2021-ci il tarixdən işə çıxmamaları və heç bir tabelə imza etməmələrinə dair cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X4 baş həkimi X7 qızı tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 18-A nömrəli əmr ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 oftolmoloq işlədikləri - İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X8 30.03.2021-ci il tarixdən işə çıxmamaları və heç bir tabelə imza etməmələrinə dair cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X4 baş həkimi X7 qızı tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 18-A nömrəli əmr ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar