Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3150/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3, X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, 21.10.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar) xitam verilməsi barədə cavabdehin 19.03.2021-ci il tarixli 174/K saylı əmrinin etibarsız hesab edilməsi, işinə bərpa bərpa edilməsi və aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla məcburi iş buraxma müddəti üçün cavabdeh tərəfindən ona işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqının ödənilməsi, 2021-ci ilin yanvar ayı, fevral ayı və mart ayının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanması və həmin ayların əmək haqqından qalan 16625 manat fərqin ona ödənilməsi, əmək müqaviləsinə 02.04.2021-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilməsinin, əmək kitabçasında müvafiq düzəliş və qeydlərin aparılmasının, müvafiq olaraq son haqq-hesabın aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 19.03.2021-ci il tarixli 174/K saylı əmri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən (ştatın ixtisarı ilə əlaqədar) onunla bağlanmış 21.10.2019-cu il tarixli əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh tərəfindən son haqq-hesab olaraq ona 6252,70 manat və təyyarə biletləri üçün 3485 manat ödəmilmişdir. Cavabdeh tərəfindən 19.03.2021-ci il tarixli 174/K saylı əmr verilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbi gözlənilməmişdir. Belə ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə məlumat göstərilməmişdir. 19.03.2021-ci il tarixli 174/K saylı əmr tərəfindən imzlanarkən əmr işəgötürən tərəfindən imzalanmamışdı. Halbuki, Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə müəssiəsnin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onun imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı əmrdə göstəriməli idi. Ştatın ixtisar edilməsi barədə 18.03.2021-ci il tarixli bildiriş ona 19.03.2021-ci il tarixdə verilmişdir. Həmin bildirişdə də, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənəd istinad olunmamışdır. Çünki 18.03.2021-ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənəd mövcud olmamışdır. Bildiriş ona 18.03.2021-ci il tarixdə verildikdən bir gün sonra 19.03.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən (ştatın ixtisarı ilə əlaqədar) 19.03.2021-ci il tarixli 174/K saylı əmri tərtib edərkən qərara gəlmişdir ki, “Planlama şöbəsində mühəndis vəzifə ştatı ləğv edilsin”. Deməli, Planlama şöbəsində mühəndis vəzifə ştatı ləğv edilməsi barədə işəgötürənin sərəncamı olmadan ona bildiriş verilmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən 15.04.2021-ci il tarixdə ştatın ixtisarı olunacağı barədə xəbərdar edilmişdir. Həmin bildirişdən göründüyü kimi 18.03.2021-ci il tarixdə ştatın ixtisar edilməsi barədə qərar olmamışdır və ştatın 15.04.2021-ci il tarixdə ixtisarı olunacağı qeyd edilmişdir. Buna baxmayaraq əmək müqaviləsinə ştat ləğv edilmədən xitam verilmişdir. İşəgötürənin müvafiq sərəncamı olmadan verilmiş bildirişdə “bildirişlə tanış oldum” qeydinin altında imza atıb və 19.03.2021” qeydini yazmış, amma azərbaycan dilini bilmir. Buna baxmayaraq, həmin bildirişin üzərində “xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.9 mislini götürməyə razıyam” yazılmışdır. Bu qeydin kim tərəfindən yazılıdığı qeyd olunmamışdır. Bildirişin məzmunu anlamadan onu imzalamış və diqqət edilən mətni anlamadan həmin bildirişin üzərinə köçürmüşdür. İşəgötürənin müvafiq sərəncamı olmadan ona 18.03.2021-ci il tarixdə verilmiş bildirişi imza edib almış və onun üzərində “xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.9 mislini götürməyə razıyam” yazarkən həmin bildiriş işəgötürən tərəfindən imzalanmamış idi. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinin tələbini pozaraq cavabdeh xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçiyə azı bir iş günü əmək funksiyasının icrasından azad etməmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən işdənçıxarma müavinətini və 4-cü hissəsinə əsasən xəbərdarlıq müddəti əvəzinə əmək haqqını hesablayarkən orta əmək haqqını nəzərə almamışdır. Belə ki, ona daha az məbləğ ödəmək üçün ondan “əmək haqqının 01.01.2021-ci il tarixdən etibarən 3056 manat qədər azaldılması barədə” 18.12.2020-ci il tarixli ərizə alınmışdır. Həmin ərizə əmək haqqının azalıdılmasına razılığı ifadə etsə də, əmək müqaviləsinə dəyişiklik barədə iki tərəfli razılaşma kimi qəbul edilə bilməz. Belə bir ərizənin işçi tərəfindən yazılması ağlabatan deyil. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə cavabdehlə aralarında razılaşma mövcud deyildir. Ona görə də cavabdeh tərəfindən ona 2021-ci ilin yanvar və fevral ayları üçün 2718,56 manat əmək haqqı (icbari tutulmalar çıxarıldıqdan sonra) ödənilməsi, son haqq-hesab verilərkən 3056 manat əmək haqqı nəzərə alınmaqla orta əmək haqqı hesablanması Əmək Məcəlləsinin 46-cı və49-cu maddələrinin tələblərinə tam ziddir. Qeyd olunan pozuntular nəticəsində cavabdeh əmək haqqını düzgün hesablanmadan ödəmişdir. Nəticədə cavabdeh ona 2021-ci ilin yanvar, fevral ayları və mart ayında iş günləri üçün 16625 manat məbləğində əmək haqqını ödənməmiş və ona maddi ziyan vurmuşdur. Bundan əlavə qanunsuz işdən çıxarmaya əsasən orta əmək haqqını hesablayarkən bir neçə ay üçün aylıq 2718,56 manat əmək haqqı ödəməsini nəzərə aldığı üçün son haqq hesab düzgün hesablanmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının tələbi işdən çıxarılma ilə bağlı əmrin ləğv edilməsi və işdən çıxarıldığına görə kompensasiya ödənilməsindən ibarətdir. Əmrin etibarsız sayılması hissəsində onu qeyd edir ki, iddiaçının işlədiyi vəzifə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisara məruz qalmışdır. “Aypara şəhəriciyi” böyük bir layihədir. 2020-ci ilin aprel ayında həmin layihə pandemiya ilə bağlı maliyyə çətinliyi ilə üzləşmişdir. Lakin dövlət başçısının şifahi tapşırıq və eyni zamanda çıxışlarında qeyd etmişdir ki, işçilər əsassız olaraq işdən azad edilməsin. Cavabdeh MMC “Aypara şəhərciyi” layihəsini başqa şirkətə təhvil verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən iddiaçıya xəbərdarlıq edilmişdir ki, müəssisənin işçi sayının ixtisarı ilə əlaqədar olaraq işlədiyi Planlama şöbəsində mühəndis vəziəsi 15.04.2021-ci il tarixdən etibarən ixtisar olunacaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq bir ildən beş ilədək əmək stajı olduqda –orta aylıq əmək haqqının azı 1.4 misli mqidarında işdənçıxarma müavinəti ödəniləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən əgər razılıq verərssə, 4 həftəlik xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.9 misli miqdarında bir dəfəyə ödənməklə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 19.03.2021-ci il tarixində xitam verilə bilər. İddiaçı bildirişdə qeyd etmişdir ki, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.9 mislini götürməyə razıdır. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır. İxtisar prosesi qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasının müvafiq vərəqinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin 21.10.2019-cu il tarixli, 366/k saylı əmri ilə Planlama şöbəsində mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İşçinin əmək haqqı 9419 manat məbləğində müəyyən edilmişdir. 21.10.2019-cu il tarixli əmək müqaviləsinə 02.10.2020-ci il tarixində daxil edilmiş 1 saylı əlavənin surətindən görünür ki, əmək müqaviləsinin 3.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Müqavilə 02.10.2020-ci il tarixindən02.04.2021-ci il tarixinədək etibarlı hesab edilir.” Dəyişiklik azırbaycan və ingilis dillərində tərtib olunmuşdur. 18.12.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 01.01.2021-ci il tarixindən əmək haqqının 3056 manat müəyyən edilməsinə razılığını imzası ilə təsdiq etmişdir. Ərizə ingilis dilində tərtib olunmuşdur. 21.10.2019-cu il tarixli əmək müqaviləsinə 30.11.2020-ci il tarixində daxil edilmiş 2 saylı əlavənin surətindən görünür ki, əmək müqaviləsinin 7-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “İşçiyə hər ay 3056 AZN (üç min əlli altı) (vergilər 3 tutulmalar daxil olmaqla) məbləğində əmək haqqı ödəniləcəkdir.” Dəyişiklik Azərbaycan və İngilis dillərində tərtib olunmuşdur. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış “Ştat sayının ixtisar edilməsi haqqında” bildirişin surətindən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq edlmişdir ki, müəssisənin işçi sayının ixtisarı ilə əlaqədar olaraq onun işlədiyi Planlama şöbəsində Mühəndis vəzifəsi 15.04.2021-ci il tarixdən etibarən ixtisar olunacaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. Nəzərinə çatdırırlır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-ci'ı bəndinə əsasən, əgər razılıq verərsə, 4 həftəlik xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.9 misli miqdarında bir dəfəyə ödənməklə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 19.03.2021-ci il tarixində xitam verilə bilər. Cavabdeh MMC-nin 19.03.2021-ci il tarixli 174K nömrəli əmrinin surətindən görünür ki, ştat sayının ixtisar edilməsi ilə əlaqədar Cəmiyyətin bir vahid Planlama şöbəsində Mühəndis vəzifə ştatı ixtisar edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19.03.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, ştatın ixtisarı ilə əlaqədar xitam verilməsi, İddiaçı orta aylıq əmək haqqının 1.4 misli miqdarında işdən çıxarma müavinəti, 4 həftəlik xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.9 misli miqdarında bir dəfəyə ödəməklə nüavinət,istifadə etmədiyi 42 təqvim günü məzuniyyət və mart ayı üzrə 14 iş günü son haqq-hesab olaraq jdənilməsi əmr edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş 29.06.2021-ci il tarixli 01/06 nömrəli son haqq-hesab sənədindən görünür ki, iddiaçının hesabına son haq-hesab qismində cəmi 18264,89 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(004)-3150/2021 saylı qərardadı ilə iş materiallarında olan, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 21.10.2019-cu il tarixli əmək müqaviləsinə 30.12.2020-ci il tarixdə edilmiş 2 saylı əlavədə, “İşçi” qrafasındakı imzaların İddiaçı tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/961 saylı, 17.07.2021-ci il tarixli ekspert rəyinə əsasən, Ekspertizaya təqdim edilmiş, mülki işin 61ci vərəqəsində olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21.10.2019-cu il tarixli əmək müqaviləsinə 30.12.2020-ci il tarixli əlavədə “İşçi” və “THE Employee” qrafalarında “İddiaçı yazılarından aşağıda yerləşən imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2019-cu il tarixli əmək müqaviləsinə 30.12.2020-ci il tarixli əlavədə olan imzaların ona aid olmamasını göstərmiş, əmrin ləğv edilməsini, ödənilməmiş əmək haqqının və hesablanmış son haqhesabın cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş, tələbini müvafiq əmrin verilməsi barədə məlumatının olmaması, əmək haqqının vaxtında ödənilməməsi ilə əsaslandırmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 48-ci maddəsinin 3-cü hissəsinə əsasən məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin b) bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ə ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 21.10.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh MMC-də Planlama şöbəsində Mühəndis vəzifəsinə təyin edilmişdir. Həmin müqaviləyə 30.11.2020-ci il tarixində daxil edilmiş 2 saylı əlavə ilə əmək haqqının məbləği hər ay 3056 AZN müəyyən edilmişdir. Lakin bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi barədə Cavabdeh MMC tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh MMC-nin 19.03.2021-ci il tarixli 174K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19.03.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, ştatın ixtisarı ilə əlaqədar xitam verillməsi əmr edilmişdir. İddiaçı işlədiyi bütün aylara görə əmək haqqı və işdən çıxması ilə bağlı son haqq-hesab 21.10.2019-cu il tarixli əmək müqaviləsinə 30.11.2020-ci il tarixində daxil edilmiş 2 saylı əlavə ilə müəyyən edilmiş 3056 manat əmək haqqından hesablanaraq ödənilmişdir. Məhkəmə araştırmasında müəyyən edildi ki, 21.10.2019-cu il tarixli əmək müqaviləsinə 30.11.2020-ci il tarixində daxil edilmiş 2 saylı əlavənin edilməsi (müqaviləyə dəyişikliyin edilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmamış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməmişdir. Belə olduğu halda, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 manat fərq Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli, son haqq-hesabın aylıq 9419 manat əmək haqqı nəzərə alınmaqla aparılması və aradakı fərq hesablanaraq İddiaçıə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, qalan hissədə iddia əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməli və iş üzrə aparılmış 168 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2021-ci ilin yanvar ayı, fevral ayı və mart aylarının işlənmiş günləri üçün aylıq 9419 (doqquz min dörd yüz on doqquz) manat əmək haqqı nəzərə alınmaqla əmək haqqı hesablanaraq, həmin ayların əmək haqqından qalan 16625 (on altı min altı yüz iyirmi beş) manat fərq və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilsin. Son haqq-hesabın aylıq 9419 (doqquz min dörd yüz on doqquz) manat əmək haqqı nəzərə alınmaqla aparılması və aradakı fərq hesablanaraq İddiaçıə ödənilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 168 (bir yüz altmış səkkiz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3150/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3150/2021
15.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver