Məhkəmə qərarları › İş №2(004)-3161/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3161/2020

31.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3161/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı, cavabdeh Bakı Dövlət Universitetinin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Dövlət Universitetinə qarşı Bakı Dövlət Universitetinin tədqim etdiyi xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, həmin müqavilənin qanunsuz hesab edilməsi, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən təqdim olunmuş haqq-hesab sənədlərində iddiaçının aylıq əmək haqqının 1999-2007, 2007-2008 və 2009-2017-ci illəri əhatə edən dövr ərzində ayrı-ayrı məbləğlərdən ibarət olmasına baxmayaraq xx xxxxxx 2000-cı il tarixli əmək müqaviləsində bu məbləğin 947 manat göstərilməsinin səbəblərinin araşdırılaraq onun mənafeyinə vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında qeyd edir ki, onun 2000-ci ildə əmək haqqısı 947 manat olmamışdır, daha az olmuşdur, onun 2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin seriya nomrəsi 2000-ci il tarixli müqavilədə əks olunmuşdur. O cümlədən bildirir ki, prorektor Abel Məhərrəmov 2000-ci ildə akademik olmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi X3 izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir, iddiaçının ən axırıncı əmək haqqısı 947 manat olmuşdur. 60 manat isə elmi dərəcəsinə görə verilmişdir. Eyni zamanda hər ay 141 manat əvəzçi müəllim kimi almışdır. İddiaçı düz deyir onun əmək haqqısı 2000-ci ildə 947 manat olmayıb. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi X5 oğlu izahat verərək bildirir ki, 2011-ci ildə Bakı Dövlət Universitetinə yeni Kadrlar şöbəsinin müdiri X4 təyin olunması ilə əlaqədar olaraq onun tapşırığı ilə 2011-ci ildən başlayaraq bütün əməkdaşların Əmək müqavilələrinin növbəli şəkildə yenilənməsi prosesi başlandı. Əmək müqavilələrində işçilərin tutduğu vəzifəyə təyin olunduğu tarixi qeyd eməklə yanaşı, əmək haqlarının 2011-ci ildə müəyyən edilmiş məbləğin göstərilməsi tapşırığı verilmişdir. S.Ə.Namazovanın göstərişinə əsasən tərtib edilmiş Əmək müqaviləsində İddiaçı 2011-ci ildə əmək haqqı 947 manat qeyd olunmuşdur. Əlavə olaraq qeyd edir ki, 2011-ci ildə Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov olmaqla yanaşı, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini professor İradə Əliyeva icra edirdi. İddiaçı Əmək müqavilələrində qeyd olunmuş yaşayış ünvanı onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinə əsasən yazılmışdır, həmin müqavilələr İddiaçı tərəfindən şəxsən öz imzası ilə təsdiq edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, Bakı Dövlət Univeristeti ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Hər iki tərəf etiraf edir ki, iş materillarına əlavə edilmiş xx.xx.2000-ci il tarixli əmək müqaviləsi 2000-ci ildə tərtib edilməmişdir. Cavabdeh etiraf edir ki, 2011-ci ildən başlayaraq bütün əməkdaşların Əmək müqavilələri növbəli şəkildə yenilənmişdir. Bu səbəbdən də 2011-ci ildə tərtib edilən əmək müqaviləsində iddiaçının təqdim etdiyi 2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd edilmiş, əmək haqqısı isə 2011-ci ildə, yəni əmək müqaviləsinin tərtib edildiyi dövr üzrə aldığı əmək haqqı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən əmək müqaviləsinin yenidən tərtib edilərək tərtib edildiyi dövrdə olan məlumatları özündə əks etdirməsi iddiaçının hər hansı bir mənafeyinə xələl gətirmir, iddiaçının hər hansı hüququnu pozmur. Məhkəmə hesab edir ki, iddiaçının hüququ pozulmadığı halda sözügedən müqavilənin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, həmin müqavilənin qanunsuz hesab edilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Bundan əlavə, sözügedən müqavilə tərtib edildikdən sonra iddiaçı tərəfindən də imzalanmışdır. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin “ə” bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir və əmək haqqının miqdarı əmək müqaviləsində göstərilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı Bakı Dövlət Universitetinin tədqim etdiyi xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, həmin müqavilənin qanunsuz hesab edilməsi, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən təqdim olunmuş haqq-hesab sənədlərində iddiaçının aylıq əmək haqqının 1999-2007, 2007-2008 və 2009-2017-ci illəri əhatə edən dövr ərzində ayrı-ayrı məbləğlərdən ibarət olmasına baxmayaraq xx xxxxxx 2000-cı il tarixli əmək müqaviləsində bu məbləğin 947 manat göstərilməsinin səbəblərinin araşdırılaraq onun mənafeyinə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar