Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3162/2022 02.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Araz-T.İ" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ünvan 1 ünvandakı 558-ci məhəllədə yerləşən “ARAZ-T.İ" MMC tərəfindən tikilməkdə olan binada 500 kv.metr qeyri-yaşayış sahəsini ona verməyi, o isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə götürülmüş öhdəlikləri yerinə yetirilərək qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 1.250.000 ABŞ dolları məbləğində pul vəsaitini Cəmiyyətə ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Müqavilənin bağlanmasından 17 il keçməsinə baxmayaraq 500 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair müqavilə öhdəliyi cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Bundan sonra iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən kilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 m2 olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(004)- 2857/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, ona məxsus qeyri-yaşayış obyektinin bir hissəsi xx.xx.2011-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 satılmışdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən qeyd olunan qeyri-yaşayış obyektini almışdır və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2857/2020 saylı qətnaməsi ilə mülkiyyət hüququ təkrar təsdiq edilmişdir. Cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə qanunsuz və əsassız olmaqla, onun mülkiyyət hüququnu pozmuşdur. "xxxx" MMC ilə aralarında daşınmaz əmlaka dair müqavilə daha əvvəl, xx.xx.2006-cı ildə bağlanmışdır. Odur ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Araz-T.İ” MMC ünvan 2 ünvanında yerləşən Araz-T.İ” MMC-nin tikilməkdə olan ümumi sahəsi 500 m2 olan qeyri- yaşayış sahəsinin payçıya (İddiaçı) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m2 üçün 2500 ABŞ dolları razılaşdırılmaqla qeyri yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin maliyyə arayışına əsasən pay dəyəri ******* ABŞ dolları İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Araz-T.İ” MMC ünvan 2 ünvanında yerləşən Araz-T.İ” MMC-nin tikilməkdə olan binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 m2 olan qeyri-yaşayış sahəsinin payçıya (Cavabdeh1) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m2 üçün 2521 manat olmaqla, cəmi 300000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2857/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri- yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” iddiası təmin edilərək, cavabdeh tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 m2 olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil- tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin mülkiyyətində olmayan əşya (qeyri-yaşayış sahəsi) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Cavabdeh1 ilə xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Buna baxmayaraq, iddiaçı bugünə kimi müvafiq qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Belə ki, AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv. m olan qeyri-yaşayış sahəsi boşaldılaraq, İddiaçı təhvil verilsin. Cavabdeh "xxxx" MMC-dən 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3162/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3162/2022
02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver