Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3164/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “İri Şəhərlərin X15 Xidməti” X19in nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X15 Xidməti” X18 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İri Şəhərlərin X15 Xidməti” X18 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdrimə barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin X15 Xidməti” X19in xx.xx.2025-ci il tarixli, 17-K nömrəli əmri ləğv edilərək İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, İddiaçı cavabdeh İri Şəhərlərin X15 Xidməti” X21 tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC-nin Şirvan Sukanal" idarəsinin rəis müavini vəzifəsində çalışmış, ümumilikdə 9 il 4 ay 24 gün müddətində və əmək haqqım 1634 manat təşkil etmişdir. O, Azərbaycan Dövlət Su X11 Şəhərlərin X15 Xidməti X19 xx.xx.2025-ci tarixli 17-K nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Belə hesab edir ki, işdən azad edilməyilə bağlı Azərbaycan Dövlət Su X11 Şəhərlərin X15 Xidməti X19 xx.xx.2025-ci tarixli 17-K nömrəli Əmri qanunsuz və əsassızdır, o cümlədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o, 2019-cu ildən "İri Şəhərlərin X15 Xidməti" X21 Şirvan Sukanal" İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək müqaviləsini ləğv edilməsi haqqında Azərbaycan Dövlət Su X11 Şəhərlərin X15 Xidmətinin xx.xx.2025ci tarixli 17-K nömrəli Əmri qeyd edilmişdir ki, İddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Şirvan Sukanal" İdarəsinin rəhbər müavini ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin X15 Xidməti" X19 təsdiq edilmiş strukturu və dövlət planına əsasən, struktur vahidi ixtisar edildiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2025-ci il tarixindən ləğv edilsin, X6, Əmək Məcəlləsin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, "xxxx" ASC-da 9 il 4 ay 24 gün əmək stajı olduğuna görə, orta aylıq əməkhaqqının 1.7 misli miqdarında işdən çıxarına müavin verilsin və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 29 təqvim günü pul əvəzi ödənilsin. Tərəflər arasında qarşılıqlı razılıq əsasında mübahisənin həlli üçün 29 mart 2019-cu il tarixli Mediasiya haqqında qanunun tələblərinə əsasən Şirvan 1 saylı Mediasiya təşkilatın İMS keçirilmiş və cavabdeh tərəf İMS-də iştirak etməmiş və tərəflərindən İMS-da iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixdə arayış alınmışdır. Mübahisələndirilmiş əmrdə onu tutduğu vəzifənin ixtisar edilməsi göstərilsədə, həmin ştat ixtisar edilməmiş, hətta həmin vahidinin əmək haqqısı artırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İri Şəhərlərin X15 Xidməti” X19in nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərsu ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin X15 Xidməti” X19 xx.xx.2025-ci il tarixli 17-k nömrəli əmrinə əsasən İddiaçı- "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavini ilə bağlanmış əmək müqaviləsi ilə “İri Şəhərlərin X15 Xidməti” X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 9 il 4 ay 24 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdən çıxarma müavinatı verilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 29 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas “İri Şəhərlərin X15 Xidməti” X19 təsdiq edilmiş strukturu, ştat cədvəli və Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarizli 55 nömrəli məktubu olmuşdur. İş materiallarında olan “İri Şəhərlərin X15 Xidməti” X19 İddiaçı ünvanlanmış 25.06 2024-cü il tarixli 13-16/2-1088/2024 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X15 Xidməti publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X15 Xidməti X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla ağlanmış amak müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cu hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli 130 nömrəli əmrinə əsasən “İri Şəhərlərin X15 Xidməti” X19 İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası “İri Şəhərlərin X15 Xidməti” X19 İdarə Heyətinin sədr müavini X5 həvalə edilmişdir. “İri Şəhərlərin X15 Xidməti” X19 xx.xx.2024-cü il tarixli 405-k nömrəli əmrinə əsasən X16-ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən 10-cu dərəcə ilə “İri Şəhərlərin X15 Xidməti” X19 Hüquq şöbəsinin Hüquqi mübahisələrlə iş sektoruna hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. “İri Şəhərlərin X15 Xidməti” X19 xx.xx.2024-cü il tarixli 406-k nömrəli əmrinə əsasən X2-ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən 11-ci dərəcə ilə “İri Şəhərlərin X15 Xidməti” X19 Hüquq şöbəsinin Hüquqi mübahisələrlə iş sektoruna hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. “İri Şəhərlərin X15 Xidməti” X19 xx.xx.2024-cü il tarixli 407-k nömrəli əmrinə əsasən X12-ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən 12-ci dərəcə ilə “İri Şəhərlərin X15 Xidməti” X19 Hüquq şöbəsinin Hüquqi mübahisələrlə iş sektoruna hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. “İri Şəhərlərin X15 Xidməti” X19 xx.xx.2024-cü il tarixli 105-k nömrəli əmrinə əsasən X10-ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin X15 Xidməti” X19 Hüquq şöbəsinin Hüquqi mübahisələrlə iş sektoruna müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin “İri Şəhərlərin X15 Xidməti” X21 İdarə Heyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X13 Homkarlar İttifaqı Respublika Komitəsinə daxil olmuş xx.xx.2024cü il tarixli 3-53-3-2-2693//2024 saylı məktuba tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixdi 55 nömrəli əmri ilə "İri şəhərlərin X15 Xidməti” X19 təsdiq edilmiş strukturu ve ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqlan vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda İddiaçı- "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavininin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddesinin "b" bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin xx.xx.2025-ci ildən qüvvədə olan Ştat cədvəlindən görünür ki, rəis müavini vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. İş materiallarında olan İri Şəhərlərin X15 Xidməti” X19in “Şirvan Sukanal” İdarəsinin 34 nömrəli xx.xx.2025-ci il tarixli əmrinə əsasən idarə rəsinin müavini vəzifəsi xx.xx.2025-ci il tarixdən ixtisara düşmüşdür. İş materiallarında olan İri Şəhərlərin X15 Xidməti” X19in “Şirvan Sukanal” İdarəsinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli cədvəldən müəyyən edilir ki, idarə rəsinin müavini ştatı həmin tarixdən ixtisar edilmişdir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərsu ASC-də işləmiş, Azərsu ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı "xxxx" MMC-nin Şirvan Sukanal" idarəsinin rəis müavini vəzifəsində çalışmış, ümumilikdə 9 il 4 ay 24 gün müddətində və əmək haqqım 1634 manat təşkil etmişdir. İri Şəhərlərin X15 Xidməti” X19 İddiaçı ünvanlanmış 25.06 2024-cü il tarixli 13-16/2-1088/2024 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X15 Xidməti publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X15 Xidməti X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla ağlanmış amak müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cu hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin “İri Şəhərlərin X15 Xidməti” X21 İdarə Heyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X13 Homkarlar İttifaqı Respublika Komitəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-53-3-2- 2693//2024 saylı məktuba tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixdi 55 nömrəli əmri ilə "İri şəhərlərin X15 Xidməti” X19 təsdiq edilmiş strukturu ve ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqlan vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda İddiaçı- "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavininin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddesinin "b" bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İri Şəhərlərin X15 Xidməti” X19 xx.xx.2025-ci il tarixli 17-k nömrəli əmrinə əsasən İddiaçı- "xxxx" MMC-nin “Şirvan Sukanal” İdarəsinin rəis müavini ilə bağlanmış əmək müqaviləsi ilə “İri Şəhərlərin X15 Xidməti” X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. İddiaçı ƏM-nin 77ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 9 il 4 ay 24 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdən çıxarma müavinatı verilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 29 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas “İri Şəhərlərin X15 Xidməti” X19 təsdiq edilmiş strukturu, ştat cədvəli və Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarizli 55 nömrəli məktubu olmuşdur.Hazırda iddiaçı rəis müavini ştatının ixtisara düşmədiyini qeyd edir və “İri Şəhərlərin X15 Xidməti” X19in xx.xx.2025-ci il tarixli, 17-K nömrəli əmri ləğv edilərək İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, İddiaçı cavabdeh İri Şəhərlərin X15 Xidməti” X21 tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsini xahiş edir. Cavabdeh təşkilat iddianı qəbul etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, “İri Şəhərlərin X15 Xidməti” X19 xx.xx.2025-ci il tarixli 17-k nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin X15 Xidməti” X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan “İri Şəhərlərin X15 Xidməti” X19in “Şirvan Sukanal” İdarəsinin xx.xx.2025-ci ildən qüvvədə olan Ştat cədvəlindən görünür ki, idarə rəisinin müavini vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. Sözügedən cədvəldən müəyyən edilmişdir ki, “İri Şəhərlərin X15 Xidməti” X19 “Şirvan şəhər Sukanal” İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamışdır. İri Şəhərlərin X15 Xidməti” X19in “Şirvan Sukanal” İdarəsinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli cədvəldən müəyyən edilir ki, idarə rəsinin müavini ştat ixtisar edilmişdir. Belə ki, həmin ştat İri Şəhərlərin X15 Xidməti” X19in “Şirvan Sukanal” İdarəsinin 34 nömrəli xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixdən ixtisara düşmüşdür. Göründüyü kimi iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh orqan isə iddiaçı məhkəməyə müraciət etdikdən sonra həmin ştata ixtisara salmışdır. Bu da, iddiaçıya münasibətdə qərəzli mövqenin göstəricisidir. Həmçinin, "xxxx" ASC-nin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən həmin idarənin rəis müavini İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü qeyd edilsə də, cavabdeh tərəf bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə, idarəs rəsinin müavini vəzifəsi üzrə mövcud olan və iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisar olunmamış, İddiaçı əsassız olaraq ştat vahidinin ixtisar olunması əsası ilə işdən çıxarılmışdır. Həmçinin Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndindən görünür ki, onun fəaliyyəti və davranışı məsələsinə baxılarkən həmkarlar ittifaqının yığıncaqlarında, həmçinin həmkarlar ittifaqı orqanlarının iclaslarında şəxsən iştirak etmək həmkarlar ittifaqı üzvünün hüquqlarından biridir. Lakin buradan görünən odur ki, Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsi üzvləri olan hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxarkən onun iştirakını təmin etməmiş, təmin etməməklə yanaşı qərəzli mövqe nümayiş etdirərək, razılıq məktubunda işçinin AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işdən çıxarılmasını zəruri edən halları əsaslandırmamışdır. Məktubunda Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli, 55 nömrəli əmri ilə "İri Şəhərlərin X15 Xidməti" X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşdüyünü formal şəkildə qeyd etmişdir. Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndində işçinin hüquqlarının qorunmasını təmin etmək üçün işçinin iştirakının təmin edilməsi də əlavə olaraq normada öz yerini tapmışdır. Cavabdeh isə işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı işçinin iştirakının təmini üçün zəruri tədbirlər görməmişdir. İclas keçiriləcəyi təqdirdə onun yeri və vaxtı barədə işçi məlumatlandırılmalı idi. Lakin belə bir iclasın təşkil olunması isə öz təsdiqini ümumiyyətlə tapmamışdır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "İri Şəhərlərin X15 Xidməti" X21 İddiaçı idarə rəisinin müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlığı xx.xx.2024-cü il tarixli məktubla etmişdir. "İri Şəhərlərin X15 Xidməti" X21 İddiaçı da daxil olmaqla ştat vahidinin ixtisarı ilə bağlı işçilərin əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılığın verilməsi ilə bağlı məktubu isə Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinə xx.xx.2024-cü il tarixdə ünvanlamışdır. Qeyd edilən hal da bir daha öz təsdiqini tapır ki, Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin razılığının alınması formal xarakter daşımışdır. Əks təqdirdə "İri Şəhərlərin X15 Xidməti" X21 ilkin olaraq Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin razılığını almalı, daha sonra Quli İddiaçı idarə rəisinin müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq etməli idi. Azərbaycan Su Təsərrüfatı X8, öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşələr, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyi olub və Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin Nizamnaməsi və Qanun əsasında fəaliyyət görstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Nizamnamənin 2.2-ci bəndindən görünür ki, dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkar birliklərində, ictimai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərini müdafiə etmək Azərbaycan Su Təsərrüfatı X4 məqsəd və vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin qeyd edilənlərin əksi olaraq Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin "İri Şəhərlərin X15 Xidməti" X18 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünən odur ki, həmkarlar ittifaqının üzvü olan işçinin hüquq və mənafeləri müdafiə edilməmiş, qərəzli mövqe nümayiş etdirilərək pozulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin "İri Şəhərlərin X15 Xidməti" X18 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qəbul etmir. Buradan da görünən odur ki, iddiaçıların əmək müqaviləsinə ƏMnin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən cavabdeh tərəfindən iddiaçıların üzvü olduğu Azərbaycan Su X3 İttifaqı Respublika Komitəsinin formal razılığı alınmışdır. Bununla da, İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 71.3-cü maddəsinin tələbi ciddi şəkildə pozulduğundan ““İri Şəhərlərin X15 Xidməti” X19in xx.xx.2025-ci il tarixli 17-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X15 Xidməti” X21 tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, ““İri Şəhərlərin X15 Xidməti” X19in xx.xx.2025-ci il tarixli, 17-K nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X15 Xidməti” X21 tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. “İri Şəhərlərin X15 Xidməti” X19in xx.xx.2025-ci il tarixli, 17-K nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X15 Xidməti” X21 tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3164/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3164/2025
03.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver