Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3166/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, miras əmlakın qəbul edilməsi hüquqi marağı ilə ərizəçinin anası X1 ərizəçinin babası X7 qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə şahid qismində ifadə verən X5 və X8 ərizədə qeyd olunan xüsusatları təsdiq edərək X1 X7 qızı olmasını bildirmişlər. İş materiallarında olan AZ-T 241960 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi atası X2, anası X3r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 05/Q-518/69 nömrəli arayışa əsasən müəyyən olunur ki, X6 xx.xx.1957-ci il tarixdə 1309 nömrəli aktg qeyd ilə X2 ilə nikaha daxil olmuş və arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan İİ-İE 238616 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X4 xx.xx.1966-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ İİ 300582 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X2 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-JQ 329469 nömrəli ölüm haqqında şəhadətnəməyə əsasən müəyyən olunur ki, X13 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində vəfat emişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 14 nömrəli arayışa əsasən müəyyən edilir ki, Ərizəçi 1957-ci ildən etibarən X.Q.Mustafayev küçəsi, ev 78-də qeydiyyatsız yaşayır. İş materiallarında olan daşınmaz əmlakın texniki pasportunun surətinə əsasən müəyyən olunur ki, ev 78 ünvanı X10 məxsus olmuşdur. İş materiallarına X1 məzar daşının şəkli əlavə olunmuşdur. İş materiallarına X7 məzar daşının şəkli əlavə olunmuşdur. İş materiallarına ərizəçinin müvafiq faktı təsdiq edən sənədləri əldə etməsinin mümkünsüzlüyün təsdiq edən materiallar (sorğuya cavab məktubu, imtina qərarları və s.) əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, işdə olan fotoşəkillərə, ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizə və digər sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin anası X1 atası X13 olması sübuta yetirilir. X13 Ərizəçi ana tərəfdən babası olmuşdur. Bu səbəbdən, ərizə əsaslıdır, təmin edilməlidir, X1 X7 qızı olması faktı, X7 Ərizəçi babası olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339- 341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi anası X1 X7 qızı olması, X7 Ərizəçi ana tərəfdən babası olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3166/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3166/2023
01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver