Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3168/2024 09.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları pul borcunun və Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pul borcunun və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 ilə Bakı Dövlət Universitetində dərs dediyi müddətdə tanış olmuş və onlar onun tələbələri olmuşdur. Cavabdehlər qısa müddət ərzində onun etibarını qazanaraq özlərini səmimi göstərmişlər. Hətta cavabdehlər onun müxtəlif vaxtlarda xeyir və şər işlərində iştirak ediblər. Cavabdehlər müxtəlif vaxtlarda hissə-hissə ayrı-ayrılıqda ondan borca pul almış və evlərinin söküntü zonasına düşdüyünü və oradan pulu alanda verəcəklərini öhdəsinə götürmüşdür. Cavabdehlərdən Cavabdeh1 Texniki unuversitetinin yanında 500 manat, bağ evində 1000 ABŞ dolları, Lider tv-nin yanında 3500 manat, 26-lar bağında 300 manat və 8 nömrəli məktəbin yanında 200 manat olmaqla hissə-hissə pul vermişdir. Cavabdehlərdən Cavabdeh2 isə onun Aysel adında rəfiqəsinə onun yanında Gənclikdə Mcdonalsın yanında 5000 manat və 1200 manat, Elmlərdə 1200 manat, Texniki Universitetin yanında 7000 manat, semaşkanın yanında iki dəfə hər birində 3000 manat, cəmi 6000 manat, bacısı Mehrin üçün 4000 manat, bacısı Mehrin üçün 3000 manat, rəfiqəsi Xədicə xanımdan borca alıb Cavabdeh2 iki dəfə 2000+5000 olmaqla 7000 manat vermiş, tələbəsi Ülviyyədən 2000+5000 olmaqla cəmi 7000 manat borca alıb vermiş, gəlini Fəridədən isə iki dəfə 1200+1300 olmaqla 2500 manat, 1400 ABŞ dolları və 500 manat pul vəsaitini 8 nömrəli məktəbin yanında olmaqla hissə-hissə borca vermişdir. Hazırda dəfələrlə xəbardar etməyinə baxmayaraq pulu geri qaytarmırlar. Məcbur olub Yasamal RPİ-nə şikayət etmişdir. Lakin cavabdehləri izahatları alınması üçün tapa bilməmişlər və işin mülki xarakterli olduğunu hesab edərək Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışlar. Bu səbəbdən də pulunun geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Yasamal Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, X1 ondan aldığı cəmi 47000 manat pulunun geri qaytarılması üçün köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədovun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1 olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onun tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2020-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədovun xx.xx.2020-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədovun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1 olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onun tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2021-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədovun xx.xx.2020-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1 olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onun tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2021-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən 54/20 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2021-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2021-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2022-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2022-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2023-cü il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2023-cü il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2023-cü il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X1, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilən halları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları pul borcunun və Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pul borcunun və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları məbləğində, Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pulu mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən 27 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanlanmış sorğu əsasında yaranmış zərurətlə bağlı İddiaçı müraciəti əsasında toplanmış materialın məhkəməyə təqdim olunması xahiş olunmuş, sorğuya müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi İddiaçı müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialı xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçı müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialdan görünür ki, müxtəlif tarixlərdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlar qəbul edilmiş, araşdırma zamanı X1, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İddiaçı müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialda iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları məbləğində, Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pulu mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübuta rast gəlinməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3168/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3168/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver