Məhkəmə qərarları › İş №2(004)-317/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-317/2025

07.01.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-317/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əsir X44, X14 əlaqədar Dövlət Komissiyası, Azərbaycan Respublikası DİN-nin Balakən RPŞ marqlı şəxslər qismində cəlb edilməklə "şəxsin ölmüş elan edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əsir X44, X14 əlaqədar Dövlət Komissiyası, Azərbaycan Respublikası DİN-nin Balakən RPŞ marqlı şəxslər qismində cəlb edilməklə "şəxsin ölmüş elan edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 02 oktyabr 1963-cü il təvəllüdlü X6, 18 noyabr 1986-cı il təvəllüdlü X17, 15 may 1982-ci il təvəlüdlü X11, onun övladları X32 (doğum tarixi xx.xx.2008-ci il) və X34 (doğum tarixi xx.xx.2011-ci il) 2011-2012-ci illər ərzində Suriya Respublikasına köçmək məqsədi ilə Azərbaycan Respublikasını tərk etmişdirlər. Ailə üzvləri 2012-ci ildə bir neçə dəfə telefon əlaqəsi yaradaraq Suriyada olduqlarını ona bildirmişdirlər. O, onlardan nə üçün oraya getdiklərini soruşduqda onlar, Suriyada vəziyyətin yaxşı olmadığını, müsəlman qardaşlarının köməyə ehtiyacı olduğunu bildirdilər. Bundan sonra 3 ay ərzində onlarla bir-neçə dəfə telefon danışıqları olmuşdur. Lakin sonradan onlardan heç bir xəbər olmadı və heç bir məlumat əldə edə bilməmişdir. Bir neçə dəfə (Suriyada qohumları və ya yaxınları olanlar) tanıdığı şəxslərdən ailə üzvləri barədə məlumat almağa çalışdı, lakin bütün cəhdləri boşa çıxdı. Suriya səfirliyinə etdiyi müraciət də cavabsız qaldı. Onda olan məlumata görə yaxın qohumlarının müraciəti əsasında adları çəkilən şəxslər barəsində axtarış elan edilmiş, ancaq heç nəticə əldə edilməmiş, heç bir məlumat alınmamışdır. Artıq on ki ildən çoxdur ki, anası X12, bacısı X7 və qardaşı X2 olub-olmamaları və harda olduqları barədə heç bir məlumat ala bilmir, cəhdləri də heç bir nəticə vermir. Əlavə olaraq, qeyd etdi ki, 2014-cü il may ayında ATV kanalının APA.az xəbər saytına istinadən verdiyi xəbərindən Suriyadakı döyüşlərdə tarixdə Azərbaycandan ölənlərin olduğunu eşitdi və onların arasında qardaşı X8 da şəklini göstərmişlər. Ancaq qardaşının adı, soyadı və atasının adı həmin siyahıda yox idi. Bu məsələni araşdırdıqda APA.az-dan bildirdilər ki, onlar bu xəbəri Suriya kütləvi informasiya vasitələrinin məlumatına istinadən vermişlər, həqiqiliyi barədə onlarda dəlil yoxdur. Bütün bunlara baxmayaraq, ailə üzvlərinin sağ olduqları məlumatını almağa çox ümid edirdi. Lakin bir xəbər çıxmadığını görüb, o, Balakən RPŞ-nə bir neçə dəfə müraciət etmiş, ancaq heç nəticə əldə edilməmiş, heç bir məlumat alınmamışdır. Bundan başqa, tərəfindən aşağıda qeyd olunan bir neçə idarə və təşkilatlara sorğular göndərilmişdir. Verilən sorğuların cavabı ailə üzvlərinin həyatda olmadıqları şübhəsini artırdı. Artıq on ildən çoxdur ki, ailə üzvləri barəsində heç bir məlumat ala bilmir, cəhdləri də heç bir nəticə vermir. Hesab edir ki, on iki ildən ildən çoxdur ki, ailə üzvlərindən, onların yaşaması və ya ölməsi barədə hərhansı məlumat olmadığından onlar məhkəmə qaydasında ölmüş elan olunmalıdırlar. X3 7 yanvar 2021-ci il tarixdə vəfat etmişdir . Mərhum atasından bir neçə daşınmaz əmlak miras olaraq qalmışdır. Odur ki, yuxarıda adlarını qeyd etdiyi ailə üzvlərinin itkin düşmüş hesab edilməsi ona görə lazımdır ki, atasından qalan mirasın vərəsəlik yolu ilə əldə edilməsi, həmçinin daşınmaz əmlaklar üzərində sənədləşdirmə işlərinin aparılması, barəsində sərəncam verilməsi mümkün olsun. Məhkəmə gedişatında Ərizəçi məhkəmə ərizəsinə dəqiqləşdirmə verərək, qardaşı X8 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası DİN-nin Balakən RPŞ məhkəməyə məktub ünvanlayaraq, xidməti iş yükünün çoxluğu ilə əlaqədar olaraq, Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin üçüncü şəxs qismində iştirakı olmadan mülki işə baxılmasına etirazın olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər maraqlı şəxs Azərbaycan Respublikası Əsir X44, X14 əlaqədar Dövlət Komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxslərinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Balakən “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı, 162912 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X15 07 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İ seriyalı, 952566 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Nümayəndə3 ilə X13 27 may 2014-cü il tarixdə 397 saylı akt qeydi ilə bağlanmış rəsmi nikaha daxil olmuşdular. Nikaha daxil olduqdan sonra ərə Əhmədov, arvada isə Əhmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X27 X42” tərəfindən sorğuya cavab olaraq, verilmiş 25 iyul 2024-cü il tarixli məktubundan görünür ki, 1986-cı il təvəllüdlü X16, 1982-ci il təvəllüdlü Qədirova Mayisət (Soltanova) Ziyavəddin qızı, 2011-ci il təvəllüdlü X34, 2008-ci il təvəllüdlü X32 və 1963-cü il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X27 X42”-nin Mərkəzi Məhkəmə-tibbi ekspertiza, Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatından keçməmişlər. AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə vətəndaşlıq xidməti trestinin 23 iyul 2024-cü il tarixli məktubundan görünür ki, 1986-cı il təvəllüdlü X16, 1982-ci il təvəllüdlü Qədirova Mayisət (Soltanova) Ziyavəddin qızı, 2011-ci il təvəllüdlü X34, 2008-ci il təvəllüdlü X32 və 1963-cü il təvəllüdlü X6 balanslarında olan qəbirstanlıqlarda, o cümlədən “kimsəsizlər” sektorunda dəfn olunmaları barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 03 iyul 2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində X8 iştirakı ilə Balakən rayon dövlət notariat ofisində etibarnamənin rəsmiləşdirilməsi müəyyən olunmuşdur. X1 və X4 iştirakı ilə aparılan notariat hərəkətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli məktubuna əsasən “Araşdırma zamanı, müraciətdə qeyd olunan şəxslərin tam şəxsiyyətləri müəyyən edilərək onların - xx.xx.1963-cü ildə Balakən rayonu, Mahamalar kəndində anadan olmuş, həmin kənddə daimi qeydiyyatda olan X9, xx.xx.1986-cı ildə Balakən rayonu, Mahamalar kəndində anadan olmuş, həmin kənddə daimi qeydiyyatda olan X16 və xx.xx.1983-cü ildə Balakən rayonu, Mahamalar kəndində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117-də daimi qeydiyyatda olan Qədirova (Soltanova) Mayisə Ziyavəddin qızı olmaları müəyyən edilmişdir. X9, X16 və Qədirova (Soltanova) Mayisə Ziyavəddin qızı DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin «X37 Sistemi»nin (VMAS) axtarış və məhkumluq uçotları üzrə yoxlanılmış, lakin həmin şəxslərin barəsində heç bir məlumat aşkar olunmamışdır. DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsinin “Giriş-çıxış və qeydiyyat İAMAS” üzrə yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə, saat 04:01 də X9 P4786430 nömrəli ümumvətəndaş pasportu ilə H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanından “Bakı-İstambul” reysi ilə Türkiyə Respublikasına getmiş, xx.xx.2013-cü il tarixdə saat G7:44-də “İstanbul-Gəncə” reysi ilə X38 Limanından Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və 01 mart 2014-cü il tarixədək ölkə ərazisində yaşamışdır. xx.xx.2014-cü il tarixdə saat 20:40-da S.M.Soltanova “Qırmızı körpü” DSSM-dən keçməklə həmin ümumvətəndaş pasportu ilə Gürcüstan ərazisinə getmiş və xx.xx.2014-cü il tarixdə saat 17:18-də həmin buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. xx.xx.2014-cü il tarixdə saat 20:50-də S.M.Soltanova həmin ümumvətəndaş pasportu ilə “Qırmızı Körpü” DSBM-dən Gürcüstan ərazisinə keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və hazırda ölkə xaricindədir. S.M.Soltanovanın Gürcüstan ərazisindən üçüncü ölkə ərazisinə keçid edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə yoxlama zamanı müəyyən edilmişdir ki, X16 xx.xx.2011-ci il tarixdə saat 12:26-da P2231585 nömrəli ümumvətəndaş pasportu ilə “Astara” DSBM-dən İran İslam Respublikasının ərazisinə keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və hazırda ölkə xaricindədir. X39 İslam Respublikasının ərazisindən üçüncü ölkə ərazisinə keçid edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Qədirova (Soltanova) Mayisə Ziyavəddin qızı xx.xx.2012-ci il tarixdə, saat 04:21-də P5029283 nömrəli ümumvətəndaş pasportu ilə H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanından “Bakı-İstambul” reysi ilə Türkiyə Respublikasına getmiş və hazırda ölkə xaricindədir. M.Z.Qədirovanın Türkiyə Respublikasının ərazisindən üçüncü ölkə ərazisinə keçid edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan məlumatlara və vət. Əhmədova (Soltanova) Aygül Ziyavəddin qızının müraciətində qeyd olunan xüsusatla əsasən, X9, X16 və Qədirova (Soltanova) Mayisə Ziyavəddin qızı şəxsiyyətlərini təsdiq edən sənədlərlə rəsmi qaydada Azərbaycan Respublikasının dövlət sərhəddini keçərək ölkə xaricinə getmişlər. Bununla əlaqədar olaraq, Daxili işlər orqanlarında axtarış işinin açılması və aparılması qaydalarına dair normaları tənzimləyən normativ-hüquqi akt DİN-in xx.xx.2017- ci il tarixli 03Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında axtarış işinin təşkili və həyata keçirilməsi haqqında Təlimat”ın tələblərinə əsasən, X9, X16 və Qədirova (Soltanova) Mayisə Ziyavəddin qızı naməlum şəraitdə xəbərsiz itkin düşmüş şəxslər hesab olunmur və onların barəsində xəbərsiz itkin düşmüş şəxs qismində axtarış işi açıla bilməz. Vətəndaş Əhmədova (Soltanova) Aygül Ziyavəddin qızı öz müraciətlərində anasının, qardaşının və bacısının Suriyaya getdiklərini, əvvəllər bir neçə dəfə onunla telefon əlaqəsi yaradaraq Suriyada olduqlarını bildirmələrini qeyd etsə də, X9, X16 və Qədirova (Soltanova) Mayisə Ziyavəddin qızının Azərbaycan Respublikasının dövlət sərhəddini tərk etdikdən sonra üçüncü ölkələr vasitəsilə həqiqətən Suriyaya gedib-getməmələri, eləcə də onların ölmələri və ya hazırda həyatda olmalarına dair Balakən Rayon Polis Şöbəsində heç bir rəsmi məlumat yoxdur. Azərbaycan Respublikasinin Əsir X44, X14 Əlaqədar Dövlət Komissiyasının sorğuya cavab olaraq, ünvanlanmış 11 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olmuşdur ki, iddia ərizəsində göstərilən X10, Qədirova (Soltanova) Mayisə Ziyavəddin qızı, X32, X34 və ərizədə adı göstərilməyən iddiaçının daha bir bacısı uşağı-xx.xx.2016-cı il təvəllüdlü X30 hazırda Suriya Ərəb Respublikası ərazisində, qeyri-qanuni silahlı birləşmələrin nəzarəti altında olan “ROJ-2” düşərgəsində saxlanılır və onlarla X5 Azərbaycanda yaşayan baldızı- Şahid (mob tel 050-400-62- 32) mütəmadi olaraq, telefon əlaqəsi saxlayır. İddia ərizəsində adı qeyd edilən X8 isə Suriyada həlak olması və ya sağ qalması ilə bağlı aidiyyəti dövlət qurumlarında, o cümlədən Dövlət Komissiyasında hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin anası, qardaşı bacısı və bacısı uşaqları artıq 12 ildən çoxdur ki, Suriya Respublikasına köçmüşdülər. İlk 3 ay ərzində qohumları ərizəçi ilə telefon əlaqəsi saxlasa da, sonradan əlaqə tamamilə kəsilmişdir. Ərizəçi bildirir ki, telekanalların birində 2014-cü ilin may ayında Suriyadakı döyüşlərdə həlak olan azərbaycanlılar sırasında qardaşının şəkli göstərilmişdir. Bunun üzərindən artıq 10 ildən çox müddət keçibdir. Azərbaycan Respublikasinin Əsir X44, X14 Əlaqədar Dövlət Komissiyası məhkəməyə ünvanladığı məktub nəticəsində ərizəçinin qohumlarının (ana, bacısı, bacısı uşaqları) Suriya Ərəb Respublikası ərazisində, qeyriqanuni silahlı birləşmələrin nəzarəti altında olan “ROJ-2” düşərgəsində saxlanıldıqları, habelə ərizəçinin bacısı Mayisə Qədirovanın baldızı Şahid ilə mütəmadi olaraq telefon əlaqəsi saxlanıldığı müəyyən olunsa da, X8 Suriyada həlak olması və ya sağ qalması ilə bağlı hər hansı məlumat mövcud deyildir. Eyni zamanda digər dövlət qurumlarına edilən sorğular bir nəticə verməmişdir. Hazırda ərizəçi qardaşının ölmüş elan edilməsini atasından miras qalmış əmlakın adına rəsmiləşdirmək məqsədi daşıdığını bildirmişdir. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 18 noyabr 1986-cı il tarixdə Balakən rayonu, Mahamalar kəndində anadan olan X23 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 noyabr 1986-cı il tarixdə Balakən rayonu, Mahamalar kəndində anadan olan X23 ölmüş elan edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar