Məhkəmə qərarları › İş №2(004)-3189/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3189/2022

19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3189/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, ərizəçi Səfərova (Qarayeva) X10 iştirakı ilə, Ərizəçi Səfərova (Qarayeva) X10 Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair əizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Səfərova (Qarayeva) X16 Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 10 avqust 1950-ci ildə Bakı şəhəri Yasamal rayonunda (keçmiş Oktyabr rayonunda) anadan olmuşdur. Atası X8, anası isə X7 olmuşdur. Bildirmək istəyir ki, onun doğum haqqında şəhadətnaməsi Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayon Qeydiyyat şöbəsindən alınmışdır. Lakin o, doğum haqqında şəhadətnaməsini itirmişdir. Qeyd edir ki, mülkiyyət hüququ ilə əlaqədar olaraq sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnamənin əldə edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən doğum haqqında şəhadətnaməsinin təkrar verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhər Maraqlı şəxs 18 mart 2022-ci il tarixli, 05/Q- 675/69 saylı arayışına əsasən onun barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydinin aşkar olunmadığı, arxiv məlumatlarının Bakı şəhər Maraqlı şəxsndə 1947-1953cü illərə dair ilkin, 1951-1957-ci illərə dair bərpa akt qeydlərinin yoxlanıldığı aydın olur. Odur ki, onun 10 avqust 1950-ci il tarixdə Bakı şəhərində doğumumun qeydə alınması faktının məhkəmə qaydasında müəyyən olunması zərurəti vardır. Göstərilənlərə əsasən Səfərova (Qarayeva) X10 10 avqust 1950-ci il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsi, Səfərova (Qarayeva) X10 10 avqust 1950-ci il tarixdə Bakı şəhərində doğulmasına dair akt qeydinin bərpa edilməsi və atası qrafasında X8, milliyəti qrafasmda azərbaycanlı, anası qrafasında X7, milliyəti qrafasmda azərbaycanlı qeyd edilməklə Səfərova (Qarayeva) X10 doğum haqqında şəhadətnaməsinin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Səfərova (Qarayeva) X16 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X8, anası isə X4r. Atası 2002-ci il tarixdə vəfat etmişdir. Belə ki, onlar anasına məxsus mənzili satıb köçərkən özünə aid doğum haqqında şəhadətnaməsini itirmişdir. Bu badərə müvafiq orqanlara müraciət etsə də, həmin sənədin verilməsindən imtina edilmişdir. Müvaqif qurumlardan ona doğum haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Onun əvvəlki soyadı Səfərova, ərə getdikdən sonra isə soyadı Qarayeva olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Belə ki, bacısı Səfərova (Qarayeva) X16 ondan yaşca böyükdür. Onu ərizəçi böyütmüşdür. Onlar arasında 8 yaşa yaxın fərq vardır. Ataları X8, anaları isə X4r. Səfərova (Qarayeva) X10 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmasını, atasının X8, anasının isə X7 olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçi Nəzakət onun əmisi qızıdır. Onlar bir yerdə yaşamış və birlikdə böyümüşlər. Ərizəçi ailə qurduqdan sonra gəlin köçüb getmişdir. X25, əmisinin yoldaşı isə Bilqeys idi. Ərizəçi Səfərova (Qarayeva) X10 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmasını, atasının X8, anasının isə X7 olmasını təsdiq edir. İş materiallarında olan: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qarayeva X16 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Maraqlı şəxs tərəfindən X2 verilmiş arayından görünür ki, arxiv məlumatları Maraqlı şəxsndə 1947-1953-cü illərə dair ilkin, 1951-1957-ci il llərə dair bərpa akt qeydləri yoxlanılmış və X1 qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. 344149 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 xx.xx.1975-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, N.Səfərova (Qarayeva) xx.xx.1975-ci ildə Səadət Sarayında (Bakı nikah evində) xx.xx.1950-ci il təvəllüdlü X12 ilə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.1976cı ildə Aytən Qarayeva, xx.xx.1977-ci ildə Aygün Qarayeva və xx.xx.1980-ci ildə Elşad Qarayev doğulmuşdur. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən N.Səfərovanın (Qarayevanın) doğumu, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, qeydiyyat orqanlarında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Azərbaycan Respublikasının Dövlət Arxivi İdarəsindən X2 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin sənədləri Dövlət arxivində 1945-ci ilədək mühafizə olunması səbəbindən sorğunun icrası imkan xaricindədir. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X5 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən ilk dəfə xx.xx.2003-cü il tarixdə AZE-00849005 nömrəli və xx.xx.2003-cü il tarixdə AZE-0******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Qeyd olunan şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Azərbaycan Respublikasının Milli Arxivi İdarəsindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Əlavə olaraq bildiririk ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1945-ci ilə qədər təhvil verilmişdir. Məsələ ilə əlaqədar, sözügedən vətəndaşın doğum aktının tarixi qeyd olunmaqla həmin aktın qeyd olunduğu inzibati ərazidə fəaliyyət göstərən Qeydiyyat Şöbəsinə müraciət etməyi bildirilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Yasamal rayon qeydiyyat şəbəsi Səfərova (qrayeva) Nəzakət Əlibala qızı barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2022-ci ilədək yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, ərizəçi Səfərova (Qarayeva) X16 xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, illər öncə doğum haqqında şəhadətnaməsini itirmiş, doğum haqqında şəhadətnamənin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, lakin arxiv məlumatları Maraqlı şəxsndə 1947-1953-cü illərə dair ilkin, 1951-1957-ci il llərə dair bərpa akt qeydləri yoxlanılmış və X1 qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, akt qeydinin bərpası barədə ərizələrə MPM-in 37 fəslinin – «Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» qaydalarına uyğun xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həm də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin Səfərova (Qarayeva) X10 10 avqust 1950-ci il tarixdə Bakı şəhərində doğulmasına dair akt qeydinin bərpa edilməsi və atası qrafasında X8, milliyəti qrafasmda azərbaycanlı, anası qrafasında X7, milliyəti qrafasmda azərbaycanlı qeyd edilməklə Səfərova (Qarayeva) X10 doğum haqqında şəhadətnaməsinin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi hissəsi bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli və Səfərova (Qarayeva) X10 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmasına dair akt qeydi bərpa edilməli; Atası qrafasında X8, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında X7, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Səfərova (Qarayeva) X14 doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə iddia tələbinin Səfərova (Qarayeva) X10 10 avqust 1950-ci il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Yasamal Rayon Polis idarəsi tərəfindən Qarayeva X14 verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qarayeva X16 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Göründüyü kimi, ərizəçinin doğum faktı müvafiq icra orqanı tərəfindən artıq müəyyən edilərək ona şəxsiyyəti təsdiq edən sənəd verilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi qismən təmin edilməli, Səfərova (Qarayeva) X10 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmasına dair akt qeydi bərpa edilməli, ata qrafasında X8, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında X7, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Səfərova (Qarayeva) X14 doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Səfərova (Qarayeva) X10 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmasına dair akt qeydi bərpa edilsin. Atası qrafasında X8, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında X7, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Səfərova (Qarayeva) X14 doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar