Məhkəmə qərarları › İş №2(004)-3200/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3200/2024

09.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3200/2024 09.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (atası) Nümayəndə1 və Cavabdeh MMC-nin direktoru Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və əmək müqaviləsinə düzgün xitam verilməsi, kompensasiya, maddi və mənəvi təzminatın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və əmək müqaviləsinə düzgün xitam verilməsi, kompensasiya, maddi və mənəvi təzminatın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, “X3” MMC-nin Azərbaycan Respublikasının ƏM-nin 68.2 “a” maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 30/23 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası ƏM-nin 74.1-ci maddəsinin “a” bəndinə əsasən işçi hərbi və ya alternativ xidmətə çağrıldıqda maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi, maddi təzminatin yəni Əmək Əəcəlləsinin 74.1-ci maddəsinin “a” bəndinə əsasən müavinətin ödənilməsi və həmin müavinətin 10 ay verilməməsinin hər ay içun 5 faiz infilyasiyaya uyğun olaraq ödənilməsini (əmək haqqı ayda (364 manat), mənəvi ziyana görə isə Azərbaycan əsgərinə hörmətsizlik etdiyinə görə 10.000 manat, hərbi xidmətə getməsi öncəsi psixoloji və mənəvi sarsinti keçirdiyinə görə 15.000 manat, X1 yalan məlumat verdiklərinə görə 5.000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (atası) Nümayəndə1 məhkəmə iclasında ərizə təqdim etdi və bildirdi ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə2 ilə aralarında mübahisəni sülh yolu ilə həll etmişlər. Cavabdeh MMC-nin direktoru Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında İddiaçı 600 manat kompensasiya ödəmişdir. Bu səbəbdən İddiaçı iddia tələblərindən imtina edir. İddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə icraata xitam verilməsinin nəticələri iddiaçıya aydındır. İddiaçı məhkəmə iclasında xx.xx.2024-cü il tarixli iddiadan imtina barədə ərizəsini müdafiə etdi və bildirdi ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ona 600 manat kompensasiya ödəmişdir. Bu səbəbdən o, iddia tələblərindən imtina edir. İddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə icraata xitam verilməsinin nəticələri ona aydındır. Cavabdeh MMC-nin direktoru Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, İddiaçı ilə mübahisəni sülh yolu ilə həll etməyə razılaşmışdır. O, İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında 600 manat kompensasiya ödəmişdir. Bu səbəbdən İddiaçı iddia tələblərindən imtina edir. İddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə icraata xitam verilməsinin nəticələri ona aydındır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının iddiadan imtina etməsinə və cavabdehin iddiaçıya 600 manat kompensasiya ödəməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsini, 600 manat pulun məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya ödənildiyini nəzərə alaraq hesab edir ki, mübahisə həll edildiyinə görə Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 261.0.4, 262, 263, 264, 266- 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və əmək müqaviləsinə düzgün xitam verilməsi, kompensasiya, maddi və mənəvi təzminatın ödənilməsi” tələbinə dair 2(004)-3200/2024 nömrəli mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar