Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3216/2024 09.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili X1, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, onun Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci ilədək Sumqayıt Üst Trikotaj Fabrikində müxtəlif vəzifələrdə işləmişdir. Onun ərizə əsasında əmək müqaviləsinə xitam verilmiş və o, xx.xx.2002-ci il tarixdən işdən çıxmışdır. İşəgötürən Sumqayıt Üst Trikotaj Fabriki onun əmək kitabçasında işdən çıxarılmanın günü, ayı və ili barədə yanlış qeydlər aparmaqla, onun xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan iş stajını əmək kitabçasında qeyd etməmişdir. Sumqayıt Üst Trikotaj Fabriki onunla bağlanmış əmək müqaviləsini və müqavilənin ləğv edilməsi haqqında əmri dövlət arxivinə təhvil vermədiyinə görə həmin sənədləri dövlət arxivindən əldə etmək mümkün olmamışdır. O, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan iş stajına dair sənədləri başqa qaydada əldə edə bilmir. İş stajına aid olan faktının müəyyən edilməsi ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazımdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ərizəsini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni əsassız hesab etdi, yazılı etiraz və mülahizəsinə uyğun izahat verərək bildirdi ki, Ərizəçi ərizəsində xx.xx.1998-ci ıl tarixdən xx.xx.2002-ci il tarixədək Sumqayıt Üst Trikotaj Fabrikində işləməsi faktını təsdiq edən hər hansı bır sənəd olmamasını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Ərizəçi müəssisəyə müraciət edərək, işəgötürən tərəfindən əmək kitabçasında işdən çıxarılmanın günü, ayı və ili barədə yanlış qeydlərin düzəldilməsini xahiş etmişdir. Lakin müəssisə tərəfindən həmin müraciət cavablandırılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.05 2023-cü il tarixli **********286700 nömrəli məktubunda ərizəçinin işlədiyi "xxxx" ASC-nin səhmdarlarının xx.xx.2008-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən adının dəyişdirilərək, "xxxx" ASC (VOEN **********) olduğu müəyyən edildiyi qeyd edilir. Həmin məktubda müəssisənin hal-hazırda fəaliyyətinin dayandırıldığı qeyd edilmişdir. Bununla əlaqədar bildirir ki, müəssisənin fəaliyyətinin dayandırılması ərizəçinin müraciətinə baxılmaması üçün əsas ola bilməz. Ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada əldə edə biləcəyi halda, məhkəməyə müraciət edərək, iş stajı faktının müəyyən olunmasını xahiş etmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələblərinə ziddir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, təqdim edilmiş və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Ərizəçi məxsus olan xx.xx.1982-ci il tarixli ИТ-Ж seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Azərbaycan SSR YSN göndərişi ilə xx.xx.1981-ci il tarixdə Sumqayıt Üst Trikotaj Fabrikində sahəyə briqadir vəzifəsində qəbul edilmişdir. Sumqayıt Üst Trikotaj Fabrikinin xx.xx.1998-ci il tarixli 62 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.1998-ci il tarixdən işdən azad olunmuşdur. Əmək kitabçası kadrlaş şöbəsinin rəhbəri Soltanovanın imzası və işəgötürənin möhür ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.05 2023-cü il tarixli **********286700 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi işlədiyi "xxxx" ASC-nin səhmdarlarının xx.xx.2008-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən adının dəyişdirilərək "xxxx" ASC (VOEN **********) olduğu müəyyən edilmişdir və hal-hazırda fəaliyyəti dayandırılmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 13.2-ci bəndində qeyd edilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, ərizəçinin əmək kitabçası mövcuddur və həmin əmək kitabçasında onun xx.xx.1998-ci il tarixli əmrlə xx.xx.1998-ci ildən öz xahişi ilə işdən azad edildiyi qeyd edilmişdir. Ərizəçi işdən azad edildiyi zaman əmək kitabçası ona təqdim edilmişdir və əmək kitabçası hazırda da ərizəçinin özündədir. Ərizəçinin işdən azad edildikdən 15 ildən artıq vaxt keçəndən sonra məhkəməyə müraciət edərək, işdən azad edilməsi tarixinin xx.xx.1998-ci il deyil, xx.xx.2002-ci il tarixdə işdən azad edildiyini iddia etməsi inandırıcı deyildir və bu halı məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Əksinə onun xx.xx.1998-ci il tarixdən işdən azad edilməsi əmək kitabçası ilə təsdiq edilir. Odur ki, ərizə təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Ərizəçi Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3216/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3216/2024
09.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver