Məhkəmə qərarları › İş №2(004)-3230/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3230/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3230/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.04.2021-ci il tarixdə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, 142, M3,m3 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirir ki, o, Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, 142, M3,m3 saylı, ümumi sahəsi 44,6 m2 olan iki otaqlı mənzili 29.01.2020-ci il tarixli alğısatqı müqaviləsi əsasında X2 almışdır. Həmin mənzil hazırda onun mülkiyyətindədir. Mənzilin keçmiş mülkiyyətçisi X4 isə mənzili 04.05.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. Cavabdeh mənzili satarkən 04.06.2017-ci il tarixdən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də öhdəliyini bugünədək yerinə yetirməmiş və bugünədək həmin mənzildə qeydiyyatdadır. Cavabdehin həmin mənzildə qeydiyyatda olması bir mülkiyyətçi kimi onun hüquqularını məhdudlaşdırır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.05.2017-ci il tarixli, AN-İ № ******* №-li alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, ümumi sahəsi 44,6 m2 olan iki otaqlı mənzili X1. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh 04.06.2017-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.01.2020-ci il tarixli, AN-İ № ******* №-li alğı-satqı müqaviləsinə əsasən X4 Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, 142, M3,m3 saylı, ümumi sahəsi 44,6 m2 olan iki otaqlı mənzili İddiaçı satmışdır. Satıcı həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı X5 29.01.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, 142, M3,m3 saylı, ümumi sahəsi 44,6 m2 olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində 30.01.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, 142, M3,m3 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur və cavabdehin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, 142, M3,m3 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tdutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, 142, M3,m3 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 70b, 782 saylı, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu, Ə.Cəmil küçəsi, 142, M3,m3 saylı mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar