Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3235/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 cəlb etdiyi Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 cəlb etdiyi Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsini və əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi vəzifəsinin X3 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə (VÖEN **********) işə götürülən tərəf olmaqla xx.xx.2024-cü il tarixdən (vəzifə fəhlə) əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərini Əmək və Əhalinin Sosial Müdafiyəsi elektron informasiya sisteminə (EİS) daxil edilmişdir. Dəfələrlə "xxxx" MMC-lə informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərinə xitam verilməsi ilə müraciət etmişdir. Sonradan "xxxx" MMC ilə əlaqə saxlamaq mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Yanında X5 Xidmətinin Bakı şəhər idarəsinə müraciət ünvanlamışdır. Lakin 3-17-5/2-M- 93976/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh MMC ilə müqavilə bağlasa da, orada işləməmişdir. İşləmək istəsəydi belə onları tapmaq mümkün olmur. Hazırda müqaviləyə xitam verilmədiyi üçün başqa yerdə işləyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışa əsasən "xxxx" MMC 17 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. VÖEN statusu aktivdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də (VÖEN **********) fəhlə vəzifəsində çalışır və əmək haqqı 350 manat təşkil edir. Müqavilənin bitmə tarixi xx.xx.2025-ci il tarixidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X4 ünvanlanmış 3-17-5/1-M-66526/2024 nömrəli imtina məktubunda göstərilmişdir ki, “...Müraciətinizdə qeyd etdiyiniz pozuntuların dəqiqləşdirilməsi, izahatınızın alınması və Sizdə olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə və ya X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olunmağınızla bağlı ünvanınıza 3-17-5/2-M-93976/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Siz araşdırmaya izahatınızı və sübutlarınızı təqdim etməmisiniz. Bildiririk ki, müraciətinizlə əlaqədar Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəfimizdən "xxxx" MMC-nin (Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi dön 5, ev 45, mənzil 1) və Cavabdeh MMC-nin (ünvan 4 ünvanlarına müvafiq olaraq 3-17-5/2-93975/2024 nömrəli xx.xx.2024- cü il tarixli və 3-17- 5/2-93974/2024 nömrəli xx.xx.2024-cü tarixli məktublar göndərilmiş, lakin tələb olunan sənədlərin təqdim olunması "xxxx" MMC və Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "xxxx" MMC və Cavabdeh MMC tərəfindən Sizə aid əməkmüqaviləsinin müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində qeydiyyata alındığı və həmin əmək müqavilələrinin hazırda qüvvədə olduğu müəyyən edilmişdir. "xxxx" MMC və "Nesert” MMC tərəfindən müvafiq sənədlər X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətlərinizə yenidən baxılaraq nəticəsi barədə Sizə məlumat veriləcəkdir. Məlumat üçün bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək əmrinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X5 Xidmətinə həvalə edilməlidir.“ Mediasiya Şurası Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/3/20205-00203 nömrəli X1 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC X1 iştirak etməmişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsi bağlanmış, lakin iddiaçı Cavabdehndə heç bir əmək fəaliyyəti ilə məşğul olmur və həmin müəssisədən heç bir əmək haqqı almır. Lakin hazırki vaxtadək elektron portalda xx.xx.2024-cü il tarixli əmək müqaviləsi qüvvədədir. İddiaçının tələbinin əsasını formal olaraq fəhlə vəzifəsinə təyin edilməsi, orada faktiki olaraq işləməməsi, hər hansı formada əmək haqqı almaması, onlarla heç bir əlaqə yarada bilməməsi, onun adına əmək müqaviləsinin hələ də aktiv olması təşkil etmişdir. İddiaçı pozulmuş hüquqları ilə bağlı müvafiq qurumlara müraciət etsə də, əmək müqaviləsinin xitam verilməsindən imtina edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə, günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatda işləməməklə, həmin MMC ilə bağlı hər hansısa bir şəkildə əlaqəsi yoxdur, həmin qurumun faktiki olaraq hansı ünvanda fəaliyyət göstərib göstərməməsini bilmir. Buna baxmayaraq, onun əmək hüquqları kobud şəkildə pozulmuş adından əmək müqaviləsi bağlanaraq, hazırda da elektron informasiya sistemində qüvvədə qalır. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X5 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X5 Xidmətinin üzərinə qoyulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 oktyabr 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 oktyabr 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3235/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3235/2025
05.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver