Məhkəmə qərarları › İş №2(004)-3236/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3236/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3236/2022 10.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24253,75 (iyirmi dörd min iki yüz əlli üç manat,75 qəpik) manat məbləğində əldən çıxmış faydanın həmçinin ödənilmiş 162,76 (bir yüz altmış iki manat. 76 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq “Aqrarkredif’ QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit" QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X15 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-301 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən “Aqrarkredit" QSC-yə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Xətai filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Bordan”) arasında xx.xx.2010-cu il tarixdə 027 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 18 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X3 mülkiyyətində olan Quba rayonu, Birinci Nüğədi kəndində yerləşən, 1.0 ha torpaq sahəsi xx.xx.2010-cü il tarixdə 027 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 50000 (əlli min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir. xx.xx.2013-cü il tarixli, 2(004)-846/2013 saylı Yasamal rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 30.000 (otuz min) manat əsas borc, 10225 (on min iki yüz iyirmi beş) manat faiz və 4000 (dörd min) manat cərimə borcu olmaqla cəmi 44.225 (qırx dörd min iki yüz iyirmi beş) manat məbləğində pul iddiaçı “X12” ASC-nin xeyrinə tutulması, cavabdeh X2 mülkiyyətində olan Quba rayonu. Birinci Nüğədi kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə tutma yönəldilməsi, ipotekaya qoyulmuş torpaq sahəsi açıq hərracda satılması, əldə olunan vəsait hesabına cavabdehin “X12” ASC-yə olan 44.225 (qırx dörd min iki yüz iyirmi beş) manat borcunun ödənilməsi və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumumnun 02 manatının “X12” ASC-yə aid olunması, 18 manatın isə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq “X12” ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-846/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi icra olunması üçün aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2021-ci il tarixli 14849-229912/2021-5-1-006 saylı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin məlumat məktubundan da görünürki, mülki iş icra olunması üçün aidiyyəti üzrə Quba rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün kredit müqaviləsinin bitmə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 30.000 (otuz min) manata Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 24253,75 (iyirmi dörd min iki yüz əlli üç manat,75 qəpik) manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır.Odur ki, iddia tələbi ilə məhkəməyə müaciət etmişdir. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, eləcə də AZEMİS vasitəsilə cavabdehə məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2010-cu il tarixli 027 nömrəli kredit müqaviləsi üzrə 30.000 manat əsas, 14,225.00 faiz borcu olmaqla 44,225.00 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən müəyyən olunur ki, "xxxx" ASC ASC-nin dövlətət məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına uyğun olaraq "xxxx" ASC həmin fərmanının 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 027 saylı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən müəyyən olunur ki, müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 18 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X4 qarşı banka olan borcun ödənilməsi üçün tutmanın ipotekaya yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh əsas borc üzrə 30000 (otuz min) manat əsas, 10225.00 (on min iki yüz iyirmi beş) manat faiz, 4000 (dörd min) manat dəbbə pulu, (cərimə faizləri) borcu, cəmi 44.225 (qırx dörd min iki yüz iyirmi beş) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh X5 tərəfindən onun mülkiyyətində olan Quba Rayonu, İ Nügədi kəndində yerləşən 1.0 ha torpaq sahəsinə tutma yönəldilməsi, ipotekaya qoyulmuş torpaq sahəsi açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına cavabdehin "xxxx" ASC-yə olan 44.225 (qırx dörd min ik iyirmi beş) manat borc ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun 02 manatı "xxxx" ASC-yə aid edilməsi, 18 manatı isə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə edilmiş S-FK-301 saylı, xx.xx.2017-ci il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh aid problemli aktivlərlə bağlı müqafiq sənədlər İddiaçı QSC-yə təhvil verilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-846/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi aidiyyatı üzrə Quba rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan X15 Edilməsi Agentliyi MMC-nin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdaqlı edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, Quba rayon icra və probasiya şöbəsinin sifarişi X4 məxsus olan Quba rayonu,1-ci Nügədi kəndində yerləşən 1 ha torpaq sahəsi ilkin satış qiyməti 90.000 manat olmaqla 01 iyun 2022-ci il tarixdə hərraca çıxarılması bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldırmaq üçün 162.75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 027 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 18 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X5 tərəfindən onun mülkiyyətində olan Quba Rayonu, İ Nügədi kəndində yerləşən 1.0 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" ASC cavabdehlər Cavabdeh və X4 qarşı banka olan borcun ödənilməsi üçün tutmanın ipotekaya yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 30000 (otuz min) manat əsas, 10225.00 (on min iki yüz iyirmi beş) manat faiz, 4000 (dörd min) manat dəbbə pulu, (cərimə faizləri) borcu, cəmi 44.225 (qırx dörd min iki yüz iyirmi beş) manat məbləğində pul iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması, cavabdeh X5 tərəfindən onun mülkiyyətində olan Quba Rayonu, İ Nügədi kəndində yerləşən 1.0 ha torpaq sahəsinə tutma yönəldilməsi, ipotekaya qoyulmuş torpaq sahəsi açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına cavabdehin "xxxx" ASC-yə olan 44.225 (qırx dörd min ik iyirmi beş) manat borc ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun 02 manatı "xxxx" ASC-yə aid edilməsi, 18 manatı isə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi hazıra İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (“Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit" QSC-yə keçmişdir.) Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 027 saylı kredit müqaviləsinə əsaslanaraq kredit müqaviləsinin bitmə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 30.000 (otuz min) manata Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 24253,75 (iyirmi dörd min iki yüz əlli üç manat,75 qəpik) manat məbləğində əldən çıxmış fayda və zərər tələb edir. Halbuki, həmin kredit müqaviləsi üzrə yaranmış mübahisə Yasamal rayon Məhkməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə həllini tapmış və yaranmış borcun cavabdeh X5 tərəfindən onun mülkiyyətində olan Quba Rayonu, İ Nügədi kəndində yerləşən 1.0 ha torpaq sahəsinə tutma yönəldilməsi, ipotekaya qoyulmuş torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına cavabdehin "xxxx" ASC-yə olan 44.225 (qırx dörd min ik iyirmi beş) manat borc ödənilməsi qət edilmişdir. Bundan əlavə həmin qətnamə hazırda icra mərhələsindədir, "xxxx" MMC tərəfindən Quba rayon icra və probasiya şöbəsinin sifarişi əsasında X4 məxsus olan Quba rayonu,1-ci Nügədi kəndində yerləşən 1 ha torpaq sahəsi ilkin satış qiyməti 90.000 manat olmaqla 01 iyun 2022-ci il tarixdə hərraca çıxarılmışdır. Yəni hazırda İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının əldən çıxmış fayda və zərər tələbi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya təqsirli hərəkətləri səbəbindən əmələ gəlməmişdir. Yəni məhkəmənin xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə kredit borcu üzrə mübahisə həll edilmiş, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Tutma ipoteka predmetinə yönəldilmiş olsaydı əldən çıxmış fayda və zərər tələbi olmazdı. Lakin iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdə yekun məhkəmə qərarı çıxmasına baxmayaraq, 9 ildən artıq müddət gözlədikdən sonra yalnız təqdim etdikləri maliyyə arayışına əsasən 2011-2022-ci illər üzrə 24253,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəyməsi və faydanın əldən çıxması barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı 24.253,75 manat məbləğində əldən çıxmış faydanın tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar