Məhkəmə qərarları › İş №2(004)-324/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-324/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-324/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 manat borc həmçinin məhkəməyə ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 2020-ci ilin fevral ayından avqust ayınadək olan müddət ərzində 9500 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı borc pulu ona hissə-hissə ödəyəciyini bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaq cavabdeh pulu ona geri qaytarmamışdır. Daha sonra Cavabdeh ona pulu qaytarmaqda çətinlik çəkdiyini və daha əvvəllər Əhalinin Sosial Müdafiəsi fondunda çalıştığını bildirərək ona və ailə üzvlərinə əllilik pensiyası düzəldəcəyini bildirmişdir. Lakin, bu günədək Cavabdeh nə pulu qaytarmış nə də verdiyi vədi yerinə gətirə bilmişdir. Nəsimi rayon Məhkəməsinin apardığı istintaq zamanı da Cavabdeh ondan borc pul aldığını etiraf etmişdir. Cavabdeh 9500 manat puldan cəmi 3500 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh X1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqitatçısı Rəşad İmamverdiyevin 26 oktyabr 2020-ci il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda olan Cavabdeh izahatından görünür ki, həqiqətən də İddiaçı 10 aya yaxındır tanıyır, onunla yaxın ortaq tanışların vasitəsi ilə tanış olmuş, əvvəllər aralarında olan münasibətlər yaxşı olmuş, heç bir münaqişələri və ya ədavətləri olmamışdır. Həqiqətən də 2020-ci ilin fevral ayından avqust ayınadək olan müddət ərzində, hissə-hissə olmaqla sonuncu dəfə də Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən aptekin qarşısında Rövşən ilə görüşərkən işləmədiyi üçün maddi vəziyyətinin pis olmasını, bu səbəbdən kirayələrdə qaldığını, habelə borclu olduğu şəxslərin borclarını tələb etməsini bildirərək ondan ümumilikdə 9500 manat borca pul almışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2020-ci ilin fevral ayında 9500 manat borc vermişdir. Cavabdeh da bu qədər borcu olduğunu Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqitatçısı Rəşad İmamverdiyevin 26 oktyabr 2020-ci il tarixli qərarında olan izahatında öz təsdiqini tapmışdır. Ona görə də, iddia tələbi təmin edilərək Cavabdeh 6.000 (altı min) manat məbləğində pul vəsaiti və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəisnə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6.000 (altı min) manat məbləğində pul vəsaiti və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar