Məhkəmə qərarları › İş №2(004)-3252/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3252/2020

07.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3252/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdeh “Bakı Dövlət Universiteti” X10 nümayəndələri X2, X1, cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X13 X18 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər “Bakı Dövlət Universiteti” X17 və Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X13 X18 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “xəstəlik vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanmış müavinətin və müavinətin verilməsinin gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Bakı Dövlət Universiteti” X17 və Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X13 X18 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “xəstəlik vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanmış müavinətin və müavinətin verilməsinin gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020‑ci il tarixdə məhkəməyə müraciət edərək, xəstəlik vərəqələri əsasında əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar İddiaçı cavabdeh inzibati orqanlar olan Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X13 X18 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və “Bakı Dövlət Universiteti” X18 tərəfindən ödənilməli müavinətlə əlaqədar Əmək Məcəllənin 197-ci maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq ünvanlanmış müraciətlərin bu günə qədər cavablandırılmaması və ödənilməli olan məbləğin iddiaçıya ödənilməməsi nəzərə alınaraq hesablanmış 1.551,72 manat əsas borc, 15.360 manat faiz borcunun vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; öz vəzifə borclarına səhlənkar yanaşmış cavabdeh inzibati orqanların vəzifəli şəxslərinin məsuliyyətinin müəyyən edilməsi, cəzalandırılmaları ilə bağlı aidiyyəti üzrə təqdimatın göndərilməsi, ödənilmiş dövlət rüsumu, kargüzarlıq işlərinin məsrəfləri və digər məhkəmə xərclərinin hər iki cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.1980ci ildən xx.xx.2017-ci ilə kimi Bakı Dövlət Universitetində müxətəlif vəzifələrə qüsursuz xidmət etmiş və xx.xx.2017-ci il tarixdə 1/156 nömrəli əmlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi-baş müəllim işlədiyi zaman xx.xx.2016xx.xx.2016-cı ilə kimi 9 gün, xx.xx.2017-xx.xx.2017-ci ilə kimi 12 gün, xx.xx.2017-xx.xx.2017-ci ilə kimi 12 gün əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar stasionar müalicədə, xx.xx.2017xx.xx.2017-ci ilə kimi 2 ay ərzində ambulator müalicədə olmuşdur. xx.xx.2017-ci il tarixdə işə çıxmış, təzyiqi qaldığına görə MKX-nın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Ümumilikdə 30 gün stasionar, 2 ay isə ambulator müalicədə olmuşdur. BDU ona 14 günlük müavinəti ödəməyib, müalicədə olduğu müddət üçün əmək haqqı ödəyib, əslində sığorta ödənişi etməli idi. Çünki, əmək qabiliyvətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilməlidir. Əmək qabiliyyətini müvəqqəti itirməsi vərəqələrini kadrlar şöbəsinə təqdim etmişdir. O, xx.xx.2017-ci il tarixdə işdən azad edilsə də, 809,72 manat müavinət ödənilməyib. Əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı ona 1887,75 manat ödənilməli olduğu halda, BDU ona 1143 manat ödəyib, 809,72 manatı isə başqa şəxsin hesabına keçirib. Sonradan onun bank hesabına xx.xx.2019-cu il tarixdə 745 manat və xx.xx.2020-ci il tarixdə isə 65 manat pul ödənilib. O, həmin məbləğlərin kim tərəfindən ödənilməsini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialından öyrənməyə çalışsa da, bu barədə ona məlumat verilməmişdir. Hesab edir ki, hesablanmış 1.551,72 manat əsas borc, 15.360 manat faiz borcunun vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Bakı Dövlət Universiteti” X14 nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi-baş müəllim işləmişdir. xx.xx.2017-ci il tarixli 1/156 nömrəli əmrlə iddiaçı işdən azad edilmiş və onun son haqq-hesabı, istifadə etmədiyi məzuniyyətinə görə kompensasiya və əmək haqqı tam ödənilmişdir. İddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar 1887,75 manat müavinət hesablanmış, 1143,10 manat onun hesabına köçürülmüş, 809,72 manat isə hesab nömrəsində texniki səhvə yol verilməklə BDU-nun müəllimi Svetlana Qasımovanın hesabına ödənilib, lakin S.Qasımova vəfat etdiyinə görə həmin məbləği onun hesabından geri almaq mümkün olmayıb. Bu səbəbdən BDU tərəfindən iddiaçının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialında olan hesabına nağd şəkildə xx.xx.2019-cu il tarixdə 745 manat və xx.xx.2020-ci il tarixdə isə 65 manat pul ödənilməklə, 810 manat vəsait iddiaçıya tamamilə ödənilib. BDU-nun iddiaçıya borcu yoxdur. Hesab edir ki, iddiaçının iddiası əsassız, cavabdeh iddiaçıya hər hansı bir maddi zərər vurmamışdır. Həmçinin iddiaçı xx.xx.2017-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq, bir illik müddəti buraxdıqdan sonra xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxandan bir il müddətində əmək haqqının ödənilməsini tələb edə bilər. İddiaçı bu müddəti ötürmüşdür. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh “Bakı Dövlət Universiteti” X14 nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və X2 izahatı ilə razı olduğunu bildirdi, iddiaçının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialında olan hesabına nağd şəkildə xx.xx.2019-cu il tarixdə 745 manat və xx.xx.2020-ci il tarixdə isə 65 manat olmaqla, cəmi 810 manat pul ödənilməsini təsdiq edən mədaxil qəbzlərini və 2017-ci ilin fevral ayı üçün işə davamiyyət tabelini məhkəməyə təqdim edərək bildirdi ki,əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar 1887,75 manat müavinət iddiaçıya tamamilə ödənilmişdir. İddiaçının özü tərəfindən imzalanmış tabeldə 2017-ci ilin fevral ayında işdə olması göstərilib, bu səbəbdən ona əmək haqqı hesablanaraq ödənimlib. Sonradan əmək qabiliyyətini müvəqqəti itirməsi vərəqələri təqdim edildiyi üçün hesablanaraq ödənilib. İddiaçı BDU-nun mühasibatlığına əmək qabiliyyətini müvəqqəti itirməsi vərəqələrini vaxtında təqdim etsəydi, müalicədə olduğu müddətdə ona əmək haqqı əvəzinə, əmək qabiliyyətini müvəqqəti itirməsinə sosial sığota ödənişi verilərdi. İddiaçıya ilk 14 günü BDU-nun, qalan günlər isə DSMF-nin hesabına ödənilib. Hesab edir ki, iddia əsassızdır. BDU-nun iddiaçıya borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X13 X18 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və yazılı etirazını təqdim edərək bildirdi ki, Bakı Dövlət Universiteti (SUN **********7) tərəfindən daxil olmuş əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinə əsasən Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X9 ləğv olunmuş Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş İdarəsi tərəfindən İddiaçı (SSN **********413) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialındakı ******************** nömrəli hesabına xx.xx.2017-ci il tarixdə xx.xx.2017-xx.xx.2017-ci il dövrləri əhatə edən SN 00005 532601 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə **********70110617480264 saylı haqq-hesab cədvəli üzrə 1143,10 manat, həmin tarixdə eyni bankın ******************** saylı hesabına xx.xx.2017-xx.xx.2017-ci il dövrləri əhatə edən SN 00005 532659 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə **********70110617475853 saylı haqq-hesab cədvəli üzrə 809,72 manat müavinət ödənilmişdir. Ödəniş rekvizitləri sığortaedən tərəfindən təqdim edildiyindən hesablar arasındakı uyğunsuzluqlara görə Azərbaycan Respublasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 119-cu bəndinə əsasən müəssisənin müdriyyəti və baş (böyük) mühasibi məsuliyyət daşıyır. Odur ki, iddianın Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X13 X10 Sosial Sığorta və X7 hissəsində rədd edilməsinixahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstiitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinə əsasən Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, İddiaçı Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi-baş müəllim işlədiyi dövrdə xx.xx.2016-xx.xx.2016-cı ilə kimi 9 gün, xx.xx.2017-xx.xx.2017-ci ilə kimi 12 gün, xx.xx.2017-xx.xx.2017-ci ilə kimi 12 gün əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar stasionar müalicədə, xx.xx.2017-xx.xx.2017-ci ilə kimi 2 ay ərzində ambulator müalicədə olmuşdur. İddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar 1887,75 manat müavinət hesablanmışdır. Bakı Dövlət Universiteti (SUN **********7) tərəfindən daxil olmuş əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinə əsasən Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X9 ləğv olunmuş Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş İdarəsi tərəfindən İddiaçı (SSN **********413) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialındakı ******************** nömrəli hesabına xx.xx.2017-ci il tarixdə xx.xx.2017-xx.xx.2017-ci il dövrləri əhatə edən SN 00005 532601 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə **********70110617480264 saylı haqq-hesab cədvəli üzrə 1143,10 manat, həmin tarixdə eyni bankın ******************** saylı hesabına xx.xx.2017-xx.xx.2017-ci il dövrləri əhatə edən SN 00005 532659 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə **********70110617475853 saylı haqq-hesab cədvəli üzrə 809,72 manat müavinət ödənilmişdir. Haqq-hesab cədvəli üzrə hesablanmış 809,72 manat müavinət hesab nömrəsində texniki səhvə yol verilməklə BDU-nun müəllimi Svetlana Qasımovanın hesabına ödənilib, lakin S.Qasımova vəfat etdiyinə görə həmin məbləği onun hesabından geri almaq mümkün olmamışdır. Bu səbəbdən BDU tərəfindən iddiaçının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialında olan hesabına nağd şəkildə xx.xx.2019-cu il tarixdə 745 manat və xx.xx.2020-ci il tarixdə isə 65 manat olmaqla, cəmi 810 manat vəsait iddiaçıya tamamilə ödənilmişdir. Bu məbləğin ödənilməsini cavabdehin məhkəməyə təqdim etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialı tərəfindən verilmiş xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli mədaxil qəbzləri təsdiq edir. BDU-nun iddiaçıya hər hansı borcu yoxdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçının iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edlilmiş 1 illik tələb etmə müddətini də ötürmüşdür. Bu səbəblərdən iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Bakı Dövlət Universiteti” X17 və Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X13 X18 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “xəstəlik vərəqələri əsasında əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar İddiaçı cavabdeh inzibati orqanlar olan Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X13 X18 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və “Bakı Dövlət Universiteti” X18 tərəfindən ödənilməli müavinətlə əlaqədar Əmək Məcəllənin 197-ci maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq ünvanlanmış müraciətlərin bu günə qədər cavablandırılmaması və ödənilməli olan məbləğin iddiaçıya ödənilməməsi nəzərə alınaraq hesablanmış 1.551,72 manat əsas borc, 15.360 manat faiz borcunun vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; öz vəzifə borclarına səhlənkar yanaşmış cavabdeh inzibati orqanların vəzifəli şəxslərinin məsuliyyətinin müəyyən edilməsi, cəzalandırılmaları ilə bağlı aidiyyəti üzrə təqdimatın göndərilməsi, ödənilmiş dövlət rüsumu, kargüzarlıq işlərinin məsrəfləri və digər məhkəmə xərclərinin hər iki cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar