Məhkəmə qərarları › İş №2(004)-3262/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3262/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3262/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri icra Hakimiyyətinə qarşı mənzilin təhvil verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri icra Hakimiyyətinə qarşı mənzilin təhvil verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov ükçəsi, 40-da yerləşən 6 saylı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 122 saylı mənzilin ona təhvil verilməsi, 1000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri icra Hakimiyyətinə qarşı mənzilin təhvil verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(004)-3262/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən də görünür ki, hazırki mübahisə üzrə təhvil verilməsi tələb edilən mənzil Bakı şəhəri, Nizami rayonunda yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi, mənzilin təhvil verilməsi ilə bağlı olduğundan, məhkəmə tərəfindən işin obyektiv və icra intizamına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə və eləcə də, mübahisəli mənzilin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşməsini nəzərə alaraq, mülki iş müstəsna aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri icra Hakimiyyətinə qarşı mənzilin təhvil verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(004)-3262/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar