Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3268/2024 23.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2900 manat pul və ödənilmiş 49,40 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi Hundai Elantra markalı, **-OV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 60 manat olmaq şərti ilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsi kobud idarə olunmuş və mühərrik sistemi sıradan çıxmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən onlara zəng edilmiş və avtomobilin nasaz olduğu bildirilmişdir. Evakuator vasitəsi ilə avtomobil servis mərkəzinə gətirilmiş və mühərrikin qızdırılması səbəbi ilə sıradan çıxdığı aşkar olunmuşdur. Mütəxəssislər tərəfindən avtonəqliyyat vasitəsinə dəymiş zərər 2900 manat məbləğində hesablanmışdır. Hadisə baş verən zaman Cavabdeh dəymiş zərəri tezliklə ödəyəcəyini bildirmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir səy göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli avtomobilin icarə müqaviləsindən görünür ki, Hundai Elantra markalı, **- OV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 60 manat olmaq şərti ilə Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin 4.6-cı bəndində qeyd edilmişdir ki, icarədarın ehtiyatsızlığı ucbatından avtomobilə zərər vurulmuşsa avtomobilin təmirinə ayrılmış xərc əvvəlcədən icarədar tərəfindən ödənilir. Həmin müqavilədə icarədara kaskosığortasız avtomobil icarəyə verilmiş və əlavə olaraq qeyd edilmişdir ki, avtonəqliyyat vasitəsinin kasko sığortası yoxdursa, müqavilədə sadalanan kasko sığorta haqqında bütün qaydalar keçərsizdir və avtonəqliyyat vasitsinə icarəyə verənin təqsiri olmadan dəymiş bütün ziyanların qarşılanması icarəçinin öhdəliyinə düşür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, onun tərəfindən icarəyə götürülmüş Hundai Elantra markalı, **- OV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 2900 manat məbləğində ziyanın 7 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Zərər aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Hundai Elantra markalı, **-OV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərər 2900 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı AVTO RENT 727" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. İddiaçındə sürücü-mütəxəssis vəzifəsində çalışır. Maşınların icarəyə verilməsi və geri qaytarılması məsələlərini həll edir, texniki nasazlığını müəyyən edir və nəzarət edir. Həmin maşını xx.xx.2024-cü il tarixdə axşam cavabdehə təhvil vermişdir. Növbəti gün cavabdeh və dostu Murad rayona toya gedərkən ona zəng edərək maşının mühərrikinin qızdırdığını, daha sonra mühərrikin işə düşmədiyini bildirmişlər. Daha sonra onlara köməklik göstərərək evakuator maşını göndərmişlər. Evakuator xərcini də özləri qarşılamışlar. Maşını Binəqədi rayonu ərazisində yerləşən “Məmmədoğlu” servis mərkəzinə aparmışlar. Cavabdeh işlə bağlı rayona getdiyini bildirmişdir. Cavabdeh bankdan kredit götürəcəyini və maşına dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan cavabdehlə əlaqə saxlaya bilməmişlər. X2 whatsapp vasitəsilə verdiyi ifadəsində bildirmişdir ki, hadisə təxminən 2-2,5 ay bundan qabaq baş vermişdir. Həmin gün ağ rəngli, Hyundai Elantra markalı avtomobili Ağdaşdan Bakıya gətirmişdir. Maşının yanında 3 nəfər şəxs var idi. Onlardan ikisi hərbçi idi. Onlar ondan maşının içində gəlmək üçün icazə istəmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə avtomobilin icarə müqaviləsi bağlanmış və Hundai Elantra markalı, **-OV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 60 manat olmaq şərti ilə Cavabdeh icarəyə verilmişdir. Avtomobil Cavabdeh icarədə olduğu müddətdə, xx.xx.2024-cü il tarixdə avtomobilin mühərriki sıradan çıxmış və avtomobilə zərər aktına əsasən 2900 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 manat pul və ödənilmiş 49,40 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə avtomobilin icarə müqaviləsindən görünür ki, Cavabdeh icarəyə verilən Hundai Elantra markalı, **-OV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kasko sığortası olmamışdır. Həmin müqaviləyə avtonəqliyyat vasitəsinin kasko sığortası olmadığı təqdirdə müqavilədə sadalanan kasko sığorta haqqında bütün qaydaların keçərsiz olduğu və avtonəqliyyat vasitsinə icarəyə verənin təqsiri olmadan dəymiş bütün ziyanların qarşılanmasının icarəçinin öhdəliyinə düşməsi barədə qeyd şərt edilmişdir. Cavabdeh həmin qeyd şərt barədə məlumatlandırılmış və müqaviləni imzalamaqla müqavilə üzrə öhdəliklərini və müqavilə şərtlərini qəbul etmişdir. Odur ki, iddiaçı Cavabdeh icarəyə verdiyi Hundai Elantra markalı, **-OV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən maddəni nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçının dövlət rüsumu olaraq ödədiyi 49,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49,40 (qırx doqquz manat qırx qəpik) manat pul alınaraq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3268/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3268/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver