Məhkəmə qərarları › İş №2(004)-3273/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3273/2020

22.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3273/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “196” Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “196” Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bnüyadzadə küçəsi, 39 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.m qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən "196 saylı xxx"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"xxx" ilə aramızda imzalanmış müqavilənin şərtlərinə görə "196 saylıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxBakı səhəri. Yasamal rayonu, D.Bünvadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 50 (əlli) kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini ona satmışdır. İstinad edilən müqavilənin 2.1-ci bəndinə görə "xxx" bu müqavilənin 1.3-cü bəndində göstərilən 50 kv.m qeyri-yaşayış sahəsinin 3-cü şəxslərin hüquqlarından azad olmasına, həmin sahəsin girov və xxxbaşqa şəxslərə satılmamasına təminat verir. Müqavilənin 2.2-ci bəndinə görə "xxx" öhdəsinə götürür ki, "xxxxx"xxxsatmış olduğu 50 kv.m qeyri-yaşayış sahəsinin cizgi-plan sənədlərini dəqiq çəkərək, öz möhürü ilə təsdiq edib "xxxxx"xxxtəhvil verir. Həmin sahəyə sərbəst giriş çıxışı təmin etmək üçün satmış olduğu qeyri-yaşayış sahəsinə girişi (pilləkən) təmin edir. Müqavilənin 2.3-cü bəndində qeyd edilir; "xxxxxxxxxxxx"xxx"-nın Yasamal rayonu, D.Bünvadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət sahəsi olan 53 saylı mənzilin alqı-satqısına dair2007-ci ildə imzalanmış müqavilə üzrə "xxxxx"xxx"xxx" tərəfindən vurulmuş ziyanın (xxx həmin mənzili təkrar başqa bir şəxsə satdığı və mənzil üçün ödənilmiş 25.000 manat "xxxxx"xxxqaytarılmadığı üçün) əvəzi olaraq imzalanır. xxxxxxxxxxxxtam hüquqlu alqısatqı müqaviləsidir və "xxxxx" xxxxxxxxxxxxəsasında ona satılmış bu əmlaka istədiyi vaxt qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə edə bilər"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"xxx" müqavilə imzalandığı gün "xxxxx"xxxvurmuş olduğu ziyanın əvəzi olan qeyri-yaşayış sahəsini naturada AKT-la təhvil verir. Müqavilənin 2.3-cü maddəsindən göründüyü kimi cavabdeh bundan əvvəlki müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, daha əvvəl mənə satmış olduğu mənzilin pulunu alsa belə mənzili mənə təhvil verməmişdir. Hazırkı müqavilə istinad edilən müqavilə üzrə vaxtilə ödənilmiş pulun dəyəri əvəzinə imzalanmışdır. Lakin cavabdeh müqavilə öhdəliklərini növbəti dəfə yerinə yetirməkdən yayınır. Müqavilə şərtlərinə görə qeyri-yaşayış sahəsi müqavilə imzalandıqdan dərhal sonra ona təhvil verilməli idi. Lakin cavabdeh hər dəfə vaxtı uzatmaqla müqavilə öhdəliklərindən yayınmaqda davam edir. Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə dair iddiaçı tərəfindən cavabdehin ünvanına pretenzixxxməktubu göndərilməsinə baxmayaraq bu günədək heç bir cavab alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia əizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 53 saylı müqaviləyə əsasən "196 saylı xxx"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxilə iddiaçı arasında imzalanmış müqavilənin şərtlərinə görə "196 saylıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxBakı səhəri, Yasamal rayonu, D.Bünvadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 50 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, İddiaçı 196 saylı xxxxxx25000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 196 saylı xxx tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli öhdəlikdən görünür ki, 196 saylı xxx" nın sədri X1 bu iltizamla üzərinə götürür ki, "196 saylı xxx" ilə İddiaçı ilə aralarında xx xxxxxx 2019-cu il tarixdə imzalanmış müqavilə üzrə "xxx” tərəfindən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində tikilmiş 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət olan 53 saylı mənzil üçün 2007-ci ildə İddiaçı tərəfindən ödənilmiş 25000 manat vəsait "196 saylı xxx" tərəfindən xx.xx.2020-ci il tarixədək "xxxxx”'xxxtam qaytarılacaq. İş materiallarında olan 196 saylı xxx tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli İddiaçı tərəfindən imlzalanmış iltizamdan görünür ki, o, "196 saylı xxx" ilə aralarında xx xxxxxx 2019-cu il tarixdə imzalanmış müqavilə üzrə "xxx tərəfindən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində tikilmiş 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət olan 53 saylı mənzil üçün 2007-ci ildə ödədiyi 25.000 manat vəsait "196 saylı xxx" tərəfindən xx.xx.2020-ci il tarixədək ona tam qaytarıldığı təqdirdə xx xxxxxx 2019-cu il tarixli, həmin binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin ona satılmasına dair müqavilədən imtina edəcək. Göstərilən müddətin son gününədək 25000 manat ona ödənildiyi andan bu iltizamda göstərmiş olduğu öhdəliklər tərəfindən icra ediləcəkdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixli, 53saylı müqaviləyə əsasən "196 saylı xxx"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxilə iddiaçı arasında imzalanmış müqavilənin şərtlərinə görə "196 saylıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxBakı səhəri, Yasamal rayonu, D.Bünvadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 50 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, İddiaçı 196 saylı xxxxxx25000 manat məbləğində pul ödəmişdir. Lakin 196 saylı xxx" nın sədri X1 "196 saylı xxx" ilə İddiaçı ilə aralarında xx xxxxxx 2019-cu il tarixdə imzalanmış müqavilə üzrə "xxx” tərəfindən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində tikilmiş 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət olan 53 saylı mənzil üçün 2007-ci ildə İddiaçı tərəfindən ödənilmiş 25000 manat vəsait "196 saylı xxx" tərəfindən xx.xx.2020-ci il tarixədək "xxxxx”'xxxtam qaytarılacağı barədə üzərinə öhdəlik götürsə də, öhdəliyi yerinə yetirə bilməmişdir. Belə ki, iş materiallarında nə mübahisəli mənzilin iddiaçıxxxtəhvil verilməsini, nə də iddiaçı tərəfindən cavabdehə ödənilmiş 25000 manat pulun geri qaytarılmasını təsdiq edən heç bir sənəd yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 39 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.m qeyri-yaşayış sahəsi naturada iddiaçıxxxtəhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və xxxbaşqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və xxxayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin Azərbaycan Respublikası KonstitusixxxMəhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və xxxayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və xxxmüəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoxxxbilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və xxxadətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və xxxöhdəliklərin icrasını təhlükəyə məruz qoxxxbiləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh “196”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə həmin qeyri yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. Odur ki, iddia tələbi təmin edilməlməklə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 39 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.m qeyri-yaşayış sahəsi iddiaçıxxxtəhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 39 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.m qeyri-yaşayış sahəsi naturada iddiaçıxxxtəhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı ApellyasixxxMəhkəməsinə apellyasixxxşikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar