Məhkəmə qərarları › İş №2(004)-3273/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3273/2023

11.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3273/2023 11.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının verilməsi, son haqq-hesabın ödəniloməsi, dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının verilməsi, son haqq-hesabın ödəniloməsi, dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 09:00-a təyin edilmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsində texniki səhvə yol verərək cavabdehin adını səhv qeyd edib. Belə ki, o, Cavabdeh MMC əvəzinə iddia ərizəsində "xxxx" MMC-ni qeyd etmişdir. Əslində iddia tələbini Cavabdeh MMC-yə qarşı irəli sürmüşdür. Məhkəmə zamanı Cavabdeh MMC-nin (VÖEN **********) hüquqi ünvanının AZ1007, ünvan 1ən edildi. Bu səbəbdən işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili İddiaçı məhkəmə iclasında vəsatət verərək bildirdi ki, İddiaçı Cavabdeh MMC-də işləmişdir. İddia ərizəsində Cavabdeh MMC-nin adı texniki səhvlə "xxxx" MMC kimi göstərilmişdir. Cavabdeh MMC-nin (VÖEN **********) hüquqi ünvanı AZ1007, ünvan 2 ki, mülki işin cavabdehin hüquqi ünvanı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin nümayəndəsinin mülki işin ərazi aidiyyatı üzrə göndərilməsinə dair vəsatətini, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı iş ərazi aidiyyatı üzrə baxılması üçün Cavabdeh MMC-nin (VÖEN **********) AZ1007, ünvan 4 ünvanı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS”-dən xx.xx.2023-cu il tarixdə çap edilmiş vergi ödəyicisinin məlumatlarından müəyyən edilir ki, Cavabdeh MMC (VÖEN **********) AZ1007, Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi ev 11/13 mənzil 71 ünvan üzrə xx.xx.2020-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh MMC-nin adını texniki səhvlə "xxxx" MMC kimi göstərmişdir. "xxxx" MMC (VÖEN **********) AZ1141, ünvan 6 ünvan üzrə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İddiaçının iddia tələbi işlədiyi Cavabdeh MMC-yə (VÖEN **********) qarşı yönəldiyinə və Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisinə düşdüyünə görə hazırkı işə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxıla bilməz. Odur ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdehin hüquqi ünvanı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 44.2.1, 44.2.2, 45, 263264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının verilməsi, son haqq-hesabın ödəniloməsi, dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, Cavabdeh MMC-nin (VÖEN **********) AZ1007, ünvan 4 ünvanı üzrə ərazi aidiyyəti qaydasında baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar