Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3287/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı “istifadə hüququna itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı “istifadə hüququna itirilməsi” tələbinə dair iddia ərizəsi və tələbinin dəqiqləşməsi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X1 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə üzərində istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, seriya RX №********** saylı Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1, mənzil 35 saylı mənzil onun iddiaçı olaraq tam mülkiyyətindədir. Belə ki, mülkiyyətində olan mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X3 xx.xx.2002-ci ildən qeydiyyatdadırlar. Cavabdehlər 2015 və 2016-cı ildən Rusiya Federasiyasına daimi olaraq köçmüşlər və orada yaşayırlar. Hal-hazırda cavabdehlər daimi olaraq yaşadıqlarına görə Rusiya Federasiyasının vətəndaşlığını alaraq pasportlarını əldə etmişlər. Cavabdehlər uzun müddətdir ki Rusiya Fedarasiyasına köçdüklərindən Azərbaycan Respublikasına qayıtmamışlar. Bundan başqa o, mülkiyyətində olan mənzilində cavabdehlərin qeydiyyatda olduqlarından kommunal xərcləri illərdir əsassız olaraq artıq ödəyir. Bu isə onun üçün maddi cəhətdən çox çətindir. Bu səbəbdən o mülkiyyətində olan mənzilinə hüquqlarını tam həyata keçirə bilmir, belə ki, cavabdehlər ona bir neçə il bundan qabaq qısa müddət ərzində qeydiyyatdan çıxacaqlarını bildirsə də, lakin onlar əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Ona görə də cavabdehlər ona məxsus mənzildən qeydiyyatından çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X3 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X3 tərəfindən imzalanmış ərizədən görünür ki, onlar iddia tələbini etiraf edərək, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən pasport qeydiyyatından çıxmağa razıdırlar. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaları onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Həmçinin iş materaillarında olan cavabdehlərin etiraf ərizələrindən də görünür ki, onlar mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razıdırlar. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X1 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X1 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3287/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3287/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver