Məhkəmə qərarları › İş №2(004)-3288/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3288/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3288/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2015-ci il tarixli SM5535 №-li “Alqı-satqı və ipoteka” müqaviləsi bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 7, mənzil 55 ünvanında yerləşən mənzili almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən təqdim olunmuş ******* №-li RX seriyalı Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 7, mənzil 55 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir.Bildirir ki, hal-hazırda o, sözügedən mənzildə ailəsi ilə birlikdə yaşayır. Onun mənzilində qeydiyyatda olan və mənzilin əvvəlki sakini olmuş Cavabdeh həmin mənzilin ona satıldığı vaxtdan bəri, yəni - 2015-ci il tarixindən etibarən həmin mənzildə yaşamır.Hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdehin ona məxsus mənzilə istifadə hüququnun olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.Belə ki, xx xxxx 2015-ci il tarixli SM5535 №-li “Alqı-satqı və ipoteka” müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 7, mənzil 55 ünvanında yerləşən mənzil onun mülkiyyətidir. Həmin vaxtdan Cavabdeh sözügedən mənzildə yaşamamışdır. Göründüyü kimi cavabdeh mənzilin satıldığı andan onun üzərində olan istifadə hüququnu itirmiş və sözügedən mənzildə qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh onun mənzilinə qeydiyyatı formal xarakter daşıdığından onun istifadə hüququnun olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.Xüsusi olaraq bildirir ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qeydiyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir.Göstərilənlərə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 7 ünvanında yerləşən 55 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsibarədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərəkiddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) göndərilmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, “xxxxxxxxxx” ASC, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SM5535 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 7 ünvanında yerləşən 55 saylımənzili alıcı-ipoteka qoyan İddiaçı 104822 ABŞ dollarına satmışdır. Həmin mənləğin 47822 ABŞ Dollarınıalıcı-ipoteka qoyan İddiaçı, qalan 57000 ABŞ Dollarını isə kreditor-ipoteka saxlayan “xxxxxxxxxx” ASC tərəfindən ödənilmişdir. Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 7 ünvanında yerləşən 55 saylımənzilİddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2267 nömrəli reyestr kitabının 210952 nömrəli vərəqində qeydiyyata alınmış və sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcılar bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 24 gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, mənzilin keçmiş mülkiyyətçisi olmuş Cavabdeh bu günə kimi qeydiyyatdan çıxmamışdır və mənzildən qeydiyyatdan çıxmaqla bağlı öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin hal-hazırda harada yaşaması müəyyən deyildir. Məhkəmə sübutları araşdıraraq hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 7 ünvanında yerləşən 55 saylımənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 7 ünvanında yerləşən 55 saylımənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar