Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3296/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 3-cü şəxslər X16, X12 və X13 cəlb edilməklə “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 3-cü şəxslər X16, X12 və X13 cəlb edilməklə “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən 53 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, valideynləri ilə birlikdə 1960-cı ilə kimi başqa ünvanda yaşamış və 60-cı ildə hazırda mübahisə olunan mənzili Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən 53 saylı mənzili almışlar. O, 1981ci ilə kimi həmin mənzildə yaşamış və ailə qurmaq səbəbilə mənzildən köçmüşdür. Mənzil anası X3, X13, X14, X16, Cavabdeh və mərhum qardaşı X5 adına idi, lakin anasının vəfatından sonra vərəsəliklə bölünmüş və anası X3 payı 1/18 hissədə onun, 1/18 hissədə vəfat etmiş qardaşı Mahmudov Müzəffər oğlunun, 4/18 hissə isə Cavabdeh olmaqla, 28.06.2018-ci il tarixli Çıxarışla mülkiyyəti tanınmışdır. O isə bir müddət ona düşən otağa oğlu X1. X11 cavabdehin qızı ilə ailəli olduğu üçün və onun cavabdehlə mübahisəsi olduğundan köçməmiş və kirayədə qalmışdır. Hal-hazırda da kirayədə yaşayır, oğlu ilə də cavabdeh arasında mübahisə yarandığından mənzildən çıxaraq Rusiya Federasiyasına getmişdir, lakin ailəsi hazırda da onun otağında yaşamağa davam edir. Kirayə pulunu ödəməkdə çətinlik çəkir və bu səbəbdən də o, öz evinə köçüb yaşamaq məcburiyyətindədir. Lakin cavabdeh buna maneə yaradır. Beləliklə də cavabdeh onun xüsusi mülkiyyət hüququndan sərbəst istifadə hüququnu qanunsuz olaraq ciddi şəkildə pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən 53 saylı mənzilin mülkiyyətində olan 1/18 hissəsinə köçmək və orada yaşamaq istəyir. Lakin cavabdeh həmin mənzilə köçüb yaşamasına iddiaçıya mane yaradır. Həmin mənzilin iddiaçıya məxsus hissəsinə iddiaçı X11 və onun həyat yoldaşını - cavabdehin qızını köçürərək bir müddət özü həmin mənzildən çıxmışdır. Lakin hazırda X21 cavabdeh və onun qızı ilə yaşanan mübahisə üzündən mənzili tərk etmiş və xaricə getmişdir. Hal-hazırda iddiaçıya məxsus hissədə onun gəlini yaşayır. Qarşı tərəf özü də bilir ki, iddiaçı hazırda kirayədə yaşayır və artıq kirayə xərclərini ödəyə bilmir. Buna görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, iddiaçının dediyinə görə ona məxsus olan hissədə oğlu və gəlini yaşamışdır. Oğlu qazanc məqsədi ilə xarici ölkəyə getmiş, lakin heç bir məvacib göndərməyib və mübahisə də bundan sonra yaranıb. Qeyd edilən evdə bir məhəllədə olmaqla 4 ailə yaşayır. İddiaçıya məxsus hissədə qeyd edir ki, hazırda gəlini yaşayır. Lakin həmin evdə paylar konkret olaraq müəyyən deyil, yəni evin hansı hissəsinin kimə məxsus olması bəlli deyildir. Sanitar qovşaq, hamam və s. evdə cavabdeh tərəfindən yaradılıb. Belə olan halda iddiaçının köçəcəyi yer məlum deyildir. Bundan başqa onda olan məlumata görə iddiaçının Masazır ərazisində də evi vardır. O, 1/18 hissədə evin iddiaçıya məxsus olmasını qəbul etdiyini bildirdi. O, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X8 görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən 53 saylı mənzil 1/18 hissədə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən 53 saylı mənzilin 1/3 hissəsi X9, 1/3 hissəsindən 1 otağı (22.0 kv.m) X6, 1/3 hissəsindən qalan hissəsi X7, 1/18 hissəsi X4, 1/18 hissəsi X10, 4/18 hissəsi Cavabdeh, 1/3 hissəsindən qalan hissəsinin bir hissəsi X2 mülkiyyətlərindədir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən 53 saylı mənzilin 1/3 hissəsi X9, 1/3 hissəsindən 1 otağı (22.0 kv.m) X6, 1/3 hissəsindən qalan hissəsi X7, 1/18 hissəsi X4, 1/18 hissəsi X10, 4/18 hissəsi Cavabdeh, 1/3 hissəsindən qalan hissəsinin bir hissəsi X2 mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X8 görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən 53 saylı mənzil 1/18 hissədə İddiaçı mülkiyyətindədir. Həmçinin cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, mənzilin 1/18 hissədə iddiaçıya məxsus olmasını qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan əlavə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3296/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3296/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver