Məhkəmə qərarları › İş №2(004)-3297/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3297/2021

14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3297/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1937-ci ildə Azərbaycan Respublikasının Şəki (Nuxa) rayonunun Göybulaq kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X4, ana qrafasında X3 göstərilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1937-ci ildə Azərbaycan Respublikasının Şəki (Nuxa) rayonunun Göybulaq kəndində anadan olmuşdur. 1956-cı ildə ailə qurmuş və bir müddətdən sonra ailəvi olaraq köçərək hazırda yaşadığı Bakı şəhəri Yasamal rayonu B.Məcidov küçəsində yerləşən 21 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Ona 1981-ci ildə Oktyabr (Yasamal) rayon icraiyyə komitəsi tərəfindən verilmiş pasportu dəyişdirərək Azərbaycan Respublikasının yeni vəsiqəsilə əvəz edilməsi səbəbindən aidiyyəti orqanlara müraciət etmişdir. Lakin sənədlərinin kötüyü arxivdən çıxmadığı üçün imtina etmişlər. Hətta o Azərbaycan Respublikasının vətəndaşı olmağının müəyyən olunması barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və onun 17 yanvar 2020-ci il tarixli ******* saylı qərarla Azərbaycan Respublikasının vətəndaşı olmağı müəyyən edilmişdir. Daha sonra o şəxsiyyət vəsiqəsi almaq üçün 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmişdir və bu zaman ondan doğum haqqında şəhadətnamə istəmişdirlər. O isə özündə olan doğum haqqında şəhadətnaməni təqdim etmişdir. Lakin onda olan şəhadətnamədə bərpa sözü yazıldığı üçün Qeydiyyat şöbəsində ondan arayış gətirmək tələb edilmişdir. O isə bu zaman yaşadığı ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş və ona onun doğum haqqında şəhadətnaməsinin olmadığını bildirmişdirlər. Daha sonra o doğum haqqında şəhadətnamənin bərpa edilərək qeydə alınması üçün aidiyyəti orqan olan Maraqlı şəxsnə müraciət etmişdir. Lakin maraqlı şəxs olan Maraqlı şəxs onun doğum haqqında şəhadətnaməsinin akt qeydlərinin bərpa edilməsi üçün onun əvvəllər olmasını müəyyən edən sənəd olmadığından və Şəki rayon Qeydiyyat şöbəsi üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, Habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 20.12.1951 -ci il tarixli doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bütün bu səbəblərdən də onun doğum haqqında şəhadətnaməsinin akt qeydinin bərpa edilməsindən imtina etdilər və aidiyyəti üzrə məhkəməyə müraciət etməsini bildirdilər. Bu səbəbdən də, aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda Ərizəçi onu da bildirir ki, onun xx.xx.1937-ci ildə anadan olmasını təqdim etdiyi doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və 1981-ci ildə Oktyabr ayında (Yasamal) rayon İcraiyyə komitəsi tərəfindən verilmiş pasport da təsdiq edir. Ərizəçi və onun vəkili Vəkil məhkəmə iclasında ərizəsini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Sovet Sosialist İttifaqı Respublikasının XVİ-JQ 588130 nömrəli vətəndaş pasportunun surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1937-ci il tarixdə Azərbaycan SSR Şəki rayonunun Göybulaq kəndində anadan olmuşdur. İş materiallarında olan Nuxa rayon VVAQ bürosu tərəfindən verilmiş İ-İE 050622 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Ərizəçi 22.10.1956-cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikah haqqında akt qeydləri kitabında 324 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Nuxa rayon VVAQ bürosu tərəfindən verilmiş İE 695858 saylı doğum haqqında şəhadətnamənin (bərpa) surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1937ci il tarixdə Azərbaycan SSR Şəki rayonunun Göybulaq kəndində anadan olmuşdur və bu barədə 20.12.1951-ci ildə doğum aktlarının qeydiyyatı kitabında 1349 saylı akt qeydi aparılmışdır. Atası X4, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 17 yanvar 2020-ci il tarixli 715408 saylı Qərarının surətindən görünür ki, xx xxxxxx 1937-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 23.01.2021-ci il tarixli 05/76 78/15 nömrəli məktubunun məzmunundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsi üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 20.12.1951-ci il tarixli doğum haqqında akt qeydi aşkar edilmədiyindən və akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1937-ci il tarixdə Azərbaycan Respublikasının Şəki (keçmiş Nuxa) rayonunun Göybulaq kəndində anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1937-ci il tarixdə Azərbaycan Respublikasının Şəki (keçmiş Nuxa) rayonunun Göybulaq kəndində anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası - “X4”, anası- “X3” kimi göstərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar