Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3298/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızına verdiyi 19000 manat dəyərində qızılların pulunun, o cümlədən gecikmə üçün illik 5 faiz olmaqla 7600 manat, dövlət rüsumu 30,40 manat, cəmi 26630,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ilin iyun ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Yasamal bazarının yaxınlığnda Cavabdeh pulunu hissə-hissə vermək adı ilə 19000 manat dəyərində qızıl-zinyət əşyalarını vermişdir. Cavabdehin pulunu qaytarmadığını görən o, polisə müraciət etmiş, iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq izahatı alınmışdır. İddiaçı polisə izahatında da bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır, fərdi qaydada geyim əşyalarının satışı ilə məşğul olur. 2013-cü ilin axırlarına qədər Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsində yerləşən geyim əşyalarının satışı mağazasını işlətmiş, Cavabdeh ilə həmin mağazada geyim əşyalarının satışı ilə məşğul olan zaman tanış olmuşdur. Cavabdeh orada, həmin mağazada işləyən zaman daim geyim əşyaları götürərək vaxtı vaxtında həmin geyim əşyalarının pulunu verərək onda özünə qarşı inam və etibar yaratmışdır. Həmin vaxt Cavabdeh “Davud” klinikasında həkim laborant vəzifəsində işləyirmiş. Könül onun yanına gələndə özünü daim imkanlı və yaxşı imkanlı ətrafı olan şəxs kimi təqdim etmişdir. Ondan geyim əşyaları satın alan zaman o, Könülə bildirmişdir ki, kiçik həcmdə qızıl əşyaları da satır. Bunu bilən Könül ona bildirmişdir ki, o, qızıl zinət əşyaları da almaq istəyir. 2013-cü ilin may ayının 26-da Könül onun yaşadığı ünvan 1 ünvanına gəlmiş, orada özünə almaq üçün 5000 manat dəyərində bir ədəd qızıl qolbaq, bir dəst qızıl üzük və sırğa, qolbaq götürmüşdür. Həmin vaxt Könül həmin qızılların dəyəri olan 5000 manat pulun 500 manatını vermiş və bildirmişdir ki, həmin qızıl əşyasının pulu olan qalıq 4500 manat pulu üç gün müddətində gətirib verəcək. Könül söz verdiyi qalıq 4500 manat pulu ona beş gün müddətində gətirib vermişdir. Bununla da onda özünə qarşı bir daha etibar və inam yaratmışdır. 2013-cü ilin iyun ayının əvvəllərində Könül ondan aldığı 5000 manatlıq qızılların pulu olan qalıq 4500 manatı verən zaman evində ona demişdir ki, bacısı üçün də qızıl əşyaları almaq istəyir və 3000 manat dəyərində qızıl əşyası olsa yaxşı olar. O da Könülə qızıl sep və bir dəst qızıl üzük, sırğa təklif etmişdir. Könül də həmin qızıl əşyalarına baxıb bəyənmiş, həmin qızıl əşyalarının dəyərini 3000 manata razılaşmışlar. Könül həmin qızıl əşyalarının 3000 manat pulundan 300 manat beh vermişdir. Demişdir ki, 2700 manat pulu alacağı var, iki gün ərzində verər, o da razılaşmış, Könül dediyi vaxtda da qalıq qalan 2700 manat pulu ona vermişdir. Buna görə də onda Könülə qarşı inam ve etibar möhkəmlənmişdir. 2013-cü ilin iyun ayının ortalarında Könül ona zəng vuraraq demişdir ki, yenidən qızıl əşyası almaq istəyir və bunun üçün də onun evinə gəlmək istəyir. Könül həm də demişdir ki, yanında iş yoldaşları da var. Bir az keçmiş Könül iş yoldaşları Kəminə və Arzu adlı qadınlarla birlikdə onun yaşadığı ünvan 2 ünvanına gəlmişlər. Könül bildirmişdir ki, bacısı X10 işləyir, o da qızıl zinyət əşyası almaq istəyir. Bunun üçün də Könül ondan alacağı malları nisyə olaraq almaq istədiyini bildirmişdir. O da Könülə inam və etibarı olduğundan, özünə qarşı inam və etibar yaratdığından ona bildirmişdir ki, nisyə olaraq qızıl zinyət əşyası sata bilər. Bununla da Könül ondan həmin gün yaşadığı evdə cəmi 8000 manat dəyərində bir ədəd qızıldan briliyant qaşlı üzük, qolbaq, sırğa, sep, kulon dəsti, bir ədəd əlavə qızıl qolbaq götürmüşdür. Həmin qızılların ümumilikdə çəkisi 88,9 qram olmuş, demişdir ki, həmin qızıl əşyalarını bacısına göstərəcək, əgər bacısı bəyənsə həmin qızıl əşyalarının pulunu üç ay müddətində hissə-hissə verəcəkdir. O da razılaşmışdır. Həmin vaxtı orada Kəminə və Arzu adlı xanımlar da olmuşlar. Həmin günün sabahısı Könül zəng edərək bildirmişdir ki, bacısı həmin qızıl əşyalarını bəyənmişdir. Ona görə də həmin qızıl əşyalarını alır, 2013-cü ilin iyun ayının ortalarında Könül ona zəng vuraraq demişdir ki, o, işlədiyi “Davud” Klinikasındadır, işdən çıxa bilmir, ona görə də xahiş etmişdir ki, iş yoldaşları Kəminə və Arzu da geyim əşyaları, zinyət əşyaları almaq istəyir, eləcə də o, özü üçün qızıl zinyət əşyaları almaq istəyir. O, da özündə olan qızıl zinyət əşyalarını və geyim əşyalarını Könülün işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Yasamal bazarının yaxınlığında yerləşən “Davud” Klinikasına aparmışdır. Həmin vaxtı Könülün yanında Kəminə, Arzu adlı iş yoldaşları da olmuş, orada Könülün iş otağında gətirdiyi qızıl əşyalarını və geyim əşyalarını Könülə, Arzu və Kəminəyə göstərmişdir. Könül həmin qızılların içindən ümumi dəyəri 11000 manat olan bir ədəd briliyyant qaşlı üzük, sırğa, boyunbağı, qolbaq dəstini seçib bildirmişdir ki, nisyə olaraq iki-üç ay müddətinə həmin qızıl əşyasını almaq istəyir. O, da demişdir ki, nisyə olaraq götürdüyü 5000 manatlıq qızıl əşyasının pulunu hələ verməmişdir, onda Könül demişdir ki, həmin 8000 manatlıq qızıl əşyası bacısı alıb, hazırkı qızıl əşyasnı isə özü üçün götürür. Könül də onda özünə qarşı inam, etibar yaratdığından o, etiraz etməmişdir. Həmin qızıl əşyasının ümumilikdə çəkisi 132 qram olmuşdur. Razılaşmışlar ki, Könül üç ay müddətində ona həm bacısı üçün aldığı, həm də özü üçün aldığı qızılların pulu olan cəmi 19000 manat pulu verəcək. Həmin vaxtı klinikada özünü “Davud” klinikasının müdiri Davud həkimin qardaşı qızı kimi təqdim edən Arzu ondan nisyə olaraq özü üçün dəyəri 1850 manat olan qızıldan yeddi ədəd halqalar, dəyəri 900 manat olan bir ədəd qızıldan “Şopard” sep, dəyəri 1450 manat olan bir ədəd qızıldan briliyyant qaşlı üzük sırğa dəstini götürmüşdür. Həmin qızılların cəmi çəkisi 97 qram idi, cəmi dəyəri də 4200 manat təşkil etmişdir. Arzu demişdir ki, iki ay müddətində həmin qızılların pulu olan 4200 manatı verəcəkdir. Həmin vaxtı Könül də Arzuya qarant duraraq demişdir ki, “narahat olma mənim iş yoldaşımdır, mənə inandığın qədər ona da inan”. O, da inanmış, Könülün iş yoldaşı Kəminə 1650 manat dəyəri olan bir ədəd qızıldan olub briliyyant qaşlı sırğa üzük dəstini bəyənib almaq istədiyini bildirmişdi. Kəminə xanım da demişdir ki, bir ay müddətində 1650 manat pulu verəcək. O, dəfələrlə Könüldən, Kəminədən və Arzudan ayrı-ayrılıqda ona verməli olduqları qızılların pulunu istəsə də onlar bu gün, sabah deyədeyə nə qızıllarını nə də ki, pullarını qaytarmamışdır. Cinayət işi üzrə araşdırmada şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı 2006-cı ildən tanımış, onunla iş yoldaşı olmuş, İddiaçı ilə Cavabdeh arasında qızıl alqı-satqı münasibətlərinin olmasını bilmiş, 2013-cü ildə 4-5 ay ərzində Cavabdehnm Rövşanədən götürdüyü 23500 manatlıq qızıl əşyalarının pulunun verməməsindən məlumatlı olmuş, onun yanında dəfələrlə Rövşanə pulunu Könüldən istəmiş, lakin Könül müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Lakin bütün qeyd olunanlara baxmayaraq Yasamal RPİ-nin 25 oktyabr 2020ci il tarixli qərarı ilə, işin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, əvvəllər kiçik ticarət, yəni geyim əşyaları daha sonra qızıl-zinət əşyaralarının alqı-satqısı ilə məşğul olmuşdur. Cavabdeh əvvəl geyim əşyaları alıb pulunu vədinə əməl edərək vaxtında qaytarıb, daha sonra müxtəlif qızıl-zinət əşyaları alıb, hətta pulunu 6 aya ödəməyi öhdəsinə götürsə də, daha tez 2 ay ərzində ödəyərək onun etibarını qazanmışdır. 2013-cü ildən ondan hissə-hissəyə ödəmək şərti ilə 19000 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Lakin uzun müddət keçməsinə və dəfələrlə ona müraciət etməyinə baxmayaraq ona olan borcunu qaytarmadığı üçün onun işlədiyi klinikaya getmiş və orada ondan başqa 10-15 nəfər şəxslərin də toplaşdığını görmüşdür. Bu kimi hallara görə cavabdeh işdən azad edilmişdir. Daha sonra Yasamal Rayon Polis İdarəsinə müraciət edərək pulunu tələb edərkən, orada çoxsaylı şikayətlər bir icraatda birləşdirilərək Cavabdeh barəsində cinayət işi başlanıldı. Lakin aparılmış arazşdırmadan sonra cinayət işi üzrə icraata xitam verilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, cavabdeh əvvəllər ididaçıdan xeyli miqdarda mal alaraq alış-veriş edib və iddiaçıda ona qarşı inam yaradıb. İddiaçı isə cavabdehə inanaraq aralarındakı alqı-satqıya dair hər hansı bir akt, müqavilə və yaxud qəbz əldə etməyib. Bundan başqa cavabdeh tərəfindən iş materiallarına etiraz əlavə edilməyərək iddia müddətin keçdiyi bildirilir. Halbuki hazırkı iddia üzrə iddia müddəti keçməyib. Belə ki, iddiaçı polis orqanlarına müraciət edib cavab aldığı gündən iddia müddəti hesablanır. Cavabdeh polis idarəsində olarkən 19000 manat borcunun olduğunu etiraf etmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddiaçının verdiyi izahatdan görünür ki, tərəflər arasında şifahi əqd olub və bu münasibətlər 2013-cü ilin 4-5 ayı ərzində baş verib. İddiaçı tərəfindən qeyd etdiyi borcun ödənilməsi barədə polisə müraciət olunub, Yasamal Rayon Polis İdarəsində cavabdeh barəsində cinayət işi başlanılsa da, aparılmış araşdırmadan sonra iş üzrə icraata xitam verilib. Belə ki, bu fakta dair hər-hansı bir mötəbər sübut mövcud olmayıb. Odur ki, iddiaçının ərizəsi əsassızdır. Bundan başqa iddiaçı iddia müddətini ötürüb. Onun tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə daxil olmayıb. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən şifahi əqdlərə dair iddia müddətləri 3 ildir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, artıq 9 ildir ki, bu mübahisə davam edir. Polis orqanlarında bu işə baxılıb. İstintaq orqanı tərəfindən də müəyyən edilib ki, onun iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. O, iddiaçını alverçi kimi tanıyırdı, klinikaları gəzib mallarını satırdı. 2019-cu ildə iddiaçıdan qızıl-zinət əşyaları almışdır. O, iddiaçı Rövşanədən özü üçün 2000-3000 manat dəyərində qızl-zinət əşayaları, bundan başqa çanta, bəzi geyim almışdır. O, Rövşanədən, geyim, çanta və 2000-3000 manat dəyərində qızıl-zinət əşayaları alıb pulunu qaytarmışdır. Birinci dəfə Rövşanədən 2500-2700 manat qızıl-zinət əşyası alıb, buna görə ona təqribən 700-750 manat dəyərində pul verib, qalan pulu isə dərhal qaytarmışdır, daha sonra yenə də qızıl-zinət əşyası götürüb həmin əşyaların da pulunu qaytarmışdır. İddiaçı ilə onların arasında 2013-cü ildən sonra alış-veriş olmayıb. Qızıl-zinət əşyaları 19000 manatlıq olmayıb, 2000-3000 manatlıq olub və bunun pulunuda ona ödəmişdir. Göstərilənləri nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Cavabdeh isə tanıyır. Tərəflərlə münasibəti normaldır. Belə ki, cavabdeh Davud klinikasında işləyirdi, bacısı Rövşanə xırda ticarətlə məşğul idi və balaca dükan götürüb işlədirdi. Həmin vaxt o, bacısına kömək edirdi, həmçinin onun işçisi idi. Könülü də elə oradan tanımışdır. O, dükanda olduğu vaxt Könül ora gəlib-gedir, bəzi geyim, çanta və qızıl-zinət əşyaları alırdı. Bacısı Rövşanə ona bildirmişdi ki, Könül xanım yaxşı qadındır, o, olmasa nə istəsə ona versin. Bundan başqa Könül, Arzu və Kəminə ilə birgə bacısının evində də olublar, hətta onun 19000-20000 manatlıq qızıl-zinət əşyası almasının şahididir. Qızıl-zinət əşyalarının növləri barədə yadında qalanlar, nedelka qolbaqlar, sep idiki, həmin ərəfədə Arzu dedi “bu sepi çox bəyəndim və anama götürürəm”. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçını və cavabdehi tanıyır. Belə ki, özü riyaziyyat müəlliməsidir və iddiaçının qızını riyaziyyat fənnindən hazırlaşdırdığı ərəfədə cavabdehi iddiaçıdan qızıl-zinət əşyaları alarkən görmüşdür. Bundan başqa iddiaçı ilə birgə Cavabdeh evinə gedərək iddiaçı ondan pulunu tələb edib. İddiaçı Cavabdeh 132 qram qızıl-zinət əşyası satmasının şahididir və hətta ididaçıya bu barədə sual vermişdir ki, “tanımadığı adama bu qədər qızılı necə verirsən” cavabında iddiaçı bildirdi ki, “Könül özü həkimdir, aldığı qızılların dəyərini ödəyəcək”. Könülün evinə gedərkən o, iddiaçıya bildirdi ki, Arzu və Kəminəyə görə aldığı qızılların da pulunu özü ödəyəcək. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Yasamal RPİ-nin İstintaq şöbəsinin 26.04.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə istintaq edilən cinayət işinin icraatına xitam verilmiş, İddiaçı, X1 və X2 zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş və onlara mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həmin qərardan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh Rafik qızı ifadəsində bildirmişdir ki, o, İddiaçı 2013-cü ilin may-iyun ayında 19000 manatlıq qızıl-zinət əşyası almamışdır. Göründüyü kimi iddiaçı iddia ərizəsində iddiaçı 19000 manat dəyərində qızılların pulunun, o cümlədən gecikmə üçün illik 5 faiz olmaqla 7600 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıran hallara dair məhkəməyə hərhansı bir tutarlı sübut təqdim etməmiş, yalnız şahid ifadələri ilə kifayətlənmiş, halbuki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nın 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, iddiaçı da iddia tələbini əsaslandırdığı hallara dairə məhkəməyə hər hansı bir sübutu təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mövcüd iddia tələbi “pul tələbi” ilə bağlı olduğundan, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin vəkili iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qeyd edir ki, iddia tələbləridə bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3298/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3298/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver