Məhkəmə qərarları › İş №2(004)-3305/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3305/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3305/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7rşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5rşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilin qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinin tələbinə uyğun olaraq əsl olmayan cavabdeh X9, əsl cavabdeh X14 ilə əvəz edilməsini, cavabdeh X11 və onun yetkinlik yaşına çatmayan ailə üzvü - xx.xx.2017-ci il təvəllüdlü X2 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı razılığı ilə Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinin tələbinə uyğun olaraq əsl olmayan cavabdeh X9, əsl cavabdeh X14 ilə əvəz etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilini X3 notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. X14 xx.xx.2019-cüu il tarixli 8İ-10007 reyestr nömrəsi ilə Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş ərizəsi ilə X4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilinin satılmasına razılıq vermişdir. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzili hazırda onun xüsusi mülkiyyətindədir. Cavabdehə məxsus hər hansı bir əşya onun mənzilində yoxdur. Cavabdehin faktiki yaşadığı ünvan ona məlum deyildir. Cavabdehin azyaşlı ailə üzvü ilə birlikdə onun mülkiyyətindəki mənzildə qeydiyyatda qalması onun hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh X14na məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamağına görə bildirişi onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə 32 saylı MKİS tərəfindən xx.xx.2019-cu il tarixli bildirişin üzərində müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilini keçmiş mülkiyyətçi X3 satın almışdır. Cavabdeh X14 xx.xx.2019-cüu il tarixli 8İ-10007 reyestr nömrəsi ilə Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş ərizəsi ilə X4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilinin satılmasına razılıq vermiş və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Cavabdeh azyaşlı ailə üzvü ilə birlikdə hazırkı vaxta kimi iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********54-05101-093053 daşınmaz əmlakın reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı 3 saylı “ASAN Xidmət” Mərkəzinin Azərbaycan Respublikası DİN-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh X14 və onun azyaşlı ailə üzvü - xx.xx.2017-ci il təvəllüdlü X13 Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilində qeydiyyatdadırlar. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyət hüququ hazırda iddiaçıya keçdiyinə, cavabdeh mənzilin satılmasına yazılı razılıq verdiyinə, cavabdehin və onun azyaşlı ailə üzvünün qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını pozduğuna görə cavabdehin və onun azyaşlı uşağının iddiaçının mülkiyyətindəki mənzilə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X11 və onun yetkinlik yaşına çatmayan ailə üzvü - xx.xx.2017-ci il təvəllüdlü X10 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə cavabdeh X11 və onun yetkinlik yaşına çatmayan ailə üzvü - xx.xx.2017-ci il təvəllüdlü X10 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 53 nömrəli evin 4 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar