Məhkəmə qərarları › İş №2(004)-3309/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3309/2022

05.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3309/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh **********7 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yerinə bərpa olunması, əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi tarixdən iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahat verərək bildirir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində əvvəlcə İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində, sonra isə həmin nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi X3, cəmi 23 il İsmayıllı rayon Talıstan kəndində sosial xidmət işçisi işləmişdir. Axırıncı dəfə onunla cavabdeh arasında 11 avqust 2020-ci ildə birinci ayı sınaq müddəti hesab edilməklə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti bitdiyi hallarda tərəflər arasında əmək müqaviləsinin pozulmasına dair bildiriş olmadığı üçün 11 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi 4 dəfə avtomatik olaraq bağlanmış hesab olunmuşdur. Həmin müqavilənin müddətinin bitdiyi son tarix 11 noyabr 2021-ci il olmasına baxmayaraq, işçi İddiaçı bildiriş 19 noyabr 2021-ci il tarixdə tanış olmaq üçün göndərilmişdir. Lakin Səlimə xanim bildirişdən əvvəl 18 noyabr 2021-ci il tarixdə 18 noyabr 2021-ci tarixli, ********** saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsinə dair əmrlə tanış olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmisə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd edir ki, İddiaçı əmək müqaviləsinin pozulmasına dair bildiriş onun işdən azad edilməsinə dair əmrdən sonra hazırlanıb təqdim edilmişdir. Belə çıxır ki, tərəfin təklifinin işdən azad edilmə ilə heç bir əlaqəsi yoxdur. Bu halda qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə görə əmək müqaviələsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində bildiriş göndərildikdə sonra əmək müqaviləsinə xitam verilməlidir. Əks təqdirdə əmək müqaviləsi növbəti dəfə 3 ay müddətinə üzadılmış hesab olunur. Bütün bunlar cavabdeh tərəfindən təqdim edilən sənədlərdə öz əksini tapmışdır. Belə vəziyyətdə hesab olunur ki, tərəfə bildiriş göndərilməsinə dair qanunvericiliyin normaları pozulmuşdur. Hesab edir ki, Əmək Məcəlləsinin tələbləri kobud pozulduğu üçün İddiaçı işə bərpa olunmalı və müdiriyyət tərəfindən məcburi iş buraxmağa görə keçmiş müddət ərzində əmək haqqısı verilməlidir. Suala cavab olaraq bildirir ki, ayın on səkkizindən sonra iddiaçı işə çıxırdı. Poçt sənədindən də görünür ki, Sosial Xidmət Agentliyi tərəfindən İddiaçı göndərilmiş məktubu poçt əməkdaşı xx.xx.2021-ci il tarixdə qəbul etmiş və xx.xx.2021-ci il tarixdə İddiaçı vermişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, vəkilinin verdiyi izahatı təsdiq edir. Əlavə olaraq bildirir ki, qocalar hazırda da problemləri ilə bağlı onu çağırırlar. Suala cavab olaraq bildirir ki, 19 noyabr tarixində onu işdən çağıraraq əmri vermiş və işdən azad olunduğunu bildirmişlər. Təhvil-təslimdəki onun xətti deyil. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanı ilə Cavabdeh əsasnaməsi təsdiq edilmişdir. Əvvəlki dövrdə olan işçi ilə münasibət agentlik olaraq onlar üçün maraqlı deyildir. Əvvəl fondun tabeliyində olan bütün müəssisələr Cavabdehnə keçmişdir. Əvvəl Cavabdeh anlayışı olmamışdır. Bu zaman köhnə işçilərin bəziləri işdən azad olunmuş, bəziləri isə yenidən işə götürülmüşdür. Onlar üçün işçinin fəaliyyəti xx.xx.2020-ci il tarixdə başlayır. Artıq o, yeni yaranmış qurumun işçisi olaraq fəaliyyət göstərir. Nazirliyə tabe olan hər bir publik hüquqi şəxsdə işçilər üç və ya altı aylıq müddətli əmək müqaviləsi ilə işləyirlər. Filiallarda isə müqavilənin müddəti üç aylıq olur. İddia tələbi təmin olunmamalıdır. Əmək müqaviləsi məcburi xarakter daşımır və müddət bitmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə yazılı və ya şifahi bildiriş göndərilməsi ilə bağlı tələb yoxdur. Əmək müqaviləsinin davam etdirilməsi məqsədi olmamışdır. Həmçinin bu barədə tərəfin məlumatı olmuşdur. Hesab edir ki, aparılmış hərəkətlər qanunidir. Əlavə olaraq bildirir ki, əgər iddiaçı təhvil təslimdəki imzanın ona aid olmadığını bildirirsə, bununla bağlı ekspertiza keçirilə bilər. Poçt sənədini qəbul etmir. Çünki sənəddə rekvizitlər yoxdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Sosial Xidmətlər Agentliyinin 20 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir. Müqavilə birinci ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli, **********7 №-li əmrə əsasən Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında sosial xidmətçi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir və işçiyə son haqq-hesabın ödənilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı İT-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçıxx.xx.2020-ci il tarixli əmrə əsasən Cavabdeh 20 saylı filialında sosial xidmətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli əmrə əsasən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında sosial xidmətçi vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinin müddəti bitmiş, lakin tərəflər əmək münasibətlərini davam etdirdiyindən əmək müqaviləsinin müddəti əvvəl müəyyən olunmuş müddətdə xx.xx.2021-ci il tarixə uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq tərəflər əmək münasibətlərini davam etdirdiyindən əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq tərəflər əmək münasibətlərini davam etdirdiyindən əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən İddiaçı xx.xx.2021-ci il tarixdə vəzifədən azad edilmişdir. İşdən azad edilərkən işçiyə son haqq-hesab ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş, bir neçə dəfə müqavilənin müddəti uzadılmış və xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. İşəgötürən isə qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində əmək münasibətlərini davam etdirməyərək əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh **********7 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yerinə bərpa olunması, əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi tarixdən iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh **********7 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yerinə bərpa olunması, əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi tarixdən iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar