Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3321/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüquqlarının tanınması və mirasın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə , müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 vəfatından sonra miras qalmış əmlakına, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 13 saylı evin 32 saylı mənzilinə dair vərəsəlik hüquqlarının tanınması və vərəsələr arasında bərabəropayda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 vəfatından sonra miras qalmış əmlakına, yəni Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 13 saylı evin 32 saylı mənzilinə, “Mersedes Benz” 3500 markalı ** KM *** qeydiyyat nişanlı avtomobilə, qonorara və bank hesabında olan vəsaitə dair vərəsəlik hüquqlarımın tanınması və vərəsələr arasında bərabər payda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, 11 avqsut 2021-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 vəfatından sonra miras qalmış əmlakına, yəni “Mersedes Benz” 3500 markalı ** KM *** qeydiyyat nişanlı avtomobilə, qonorara və bank hesabında olan vəsaitə dair vərəsəlik hüquqlarımın tanınması və vərəsələr arasında bərabər payda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə İddiaçı Cavabdeh ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.(bu barədə ərizəsi iş materiallarına əlavə edilir.) Məhkəmə iclasında iştirak edən Cavabdeh “vərəsəlik hüquqlarının tanınması və mirasın bölünməsi” tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını və barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Cavabdeh tərəfindən X1 vəfatından sonra miras qalmış “Mersedes Benz 3500” markalı ** KH *** dövlət nömrəli minik avtomobilin satışından əldə olunmuş puldan 2000 (iki min) manat məbləğində pulun ödənilməsini öz öhdəsinə götürür;
2. Cavabdeh tərəfindən X1 vəfatından sonra müəlliflik hüquqlarından alınan qonorarların vərəsələr arasında bölünərək İddiaçı 1/4 hissədə vərəsəlik üzrə payın müəyyən edilməsi və barışıq sazişin bağlandığı gündən İddiaçı 1/4 hissədə qonorar pulun əldə edilməsi hüququ müəyyən edilir;
3. Bu barışıq sazişinə əsasən İddiaçı iddia ərizəsində tələb edilən miras qalmış əmlakına, yəni “Mersedes Benz 3500” markalı ** KH *** dövlət nömrəli minik avtomobilə, bu günə kimi verilən qonorara və bank hesabında olan vəsaitə dair heç bir tələblərin olmadığını bildirir;
4. Barışıq sazişin tərəfləri mülki iş üzrə tələblərindən imtina edərək qeyd olunan mübahisə ilə bağlı gələcəkdə iddia tələblərinin olmadıqlarını bildirirlər;
5. Tərəflər arasında bağlanmış bu barışıq sazişinin şərtləri pozulduqda məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.4-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüquqlarının tanınması və mirasın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 10 avqust 2021-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüquqlarının tanınması və mirasın bölünməsi” barədə iddiasına dair mülki iş üzrə tərəflər arasında 10.08.2021-ci il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh tərəfindən X1 vəfatından sonra miras qalmış “Mersedes Benz 3500” markalı ** KH *** dövlət nömrəli minik avtomobilin satışından əldə olunmuş puldan 2000 (iki min) manat məbləğində pulun ödənilməsini öz öhdəsinə götürür:
2. Cavabdeh tərəfindən X1 vəfatından sonra müəlliflik hüquqlarından alınan qonorarların vərəsələr arasında bölünərək İddiaçı 1/4 hissədə vərəsəlik üzrə payın müəyyən edilməsi və barışıq sazişin bağlandığı gündən İddiaçı 1/4 hissədə qonorar pulun əldə edilməsi hüququ müəyyən edilir;
3. Bu barışıq sazişinə əsasən İddiaçı iddia ərizəsində tələb edilən miras qalmış əmlakına, yəni “Mersedes Benz 3500” markalı ** KH *** dövlət nömrəli minik avtomobilə, bu günə kimi verilən qonorara və bank hesabında olan vəsaitə dair heç bir tələblərin olmadığını bildirir;
4. Barışıq sazişin tərəfləri mülki iş üzrə tələblərindən imtina edərək qeyd olunan mübahisə ilə bağlı gələcəkdə iddia tələblərinin olmadığlarını bildirirlər;
5. Tərəflər arasında bağlanmış bu barışıq sazişinin şərtləri pozulduqda məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüquqlarının tanınması və mirasın bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kərim Xudayev