Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3327/2023 04.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxsi DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxsi DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizəi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr ərzində Ağdam rayonu, Xıdırlı kənd ərazi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İnqlab” üzümçülük sovxozunda işləmiş, lakin, həmin illərə dair iş stajını təsdiq edən hüquq müəyyən edici sənəd yoxdur. Bu səbəbdən, Ərizəçi xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr ərzində Ağdam rayonu, Xıdırlı kənd ərazi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İnqlab” üzümçülük sovxozunda fəhlə işləməyi faktının təsdiq edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə ərizənin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə xüsusi icraat qaydasında məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə “formal həqiqət” prinsipi rəhbər tutulmaqla məhkəmənin arbitr rolunda iştirak etməsi nəzərə alınaraq tərəflərdən hər hansı birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Məhkəmə qeyd edir ki, sübutetmə fəaliyyətinə dair ərizəçi tərəfindən məhkəməyə hər hansı vəsatət verilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin həssas qrupa aid şəxslər kateqoriyasına daxil olması nəzərə alınmaqla ərizəçinin xahişinə (vəsatət) uyğun olaraq, məhkəmənin aktiv fəaliyyəti həyata keçirilə bilərdi. Lakin, araşdırma zamanı ərizəçi tərəf şifahi formada da olsa hər hansı prosessual fəallıq göstərməmişdir. Tələb üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Məhkəmə qərarı qanuni və əsaslı olmaqla sübutlara əsaslanmalıdır. Qanuna hörmət prinsipinə ilk öncə məhkəmələr riayət etməlidirlər ki, subyektlərdən də bunu yüksək intizamla tələb edə bilsinlər. Qanunvericiliyin imperativ olan aydın, müəyyən olan tələbləri (xüsusən sübutetmə prosesində) hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, tələb üzrə ərizəçi tərəfindən sübutetmə fəaliyyəti həyata keçirilməmiş, tələb barədə əsaslı, mötəbər sənəd, sübut və ya material (lar) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X7 və X6 izahat verərək Ərizəçi xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr ərzində Ağdam rayonu, Xıdırlı kənd ərazi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İnqlab” üzümçülük sovxozunda işləməsini təsdiq edən xüsusatları bildirməmişlər. X3 və X2 özlərinin müvafiq dövr ərzində “İnqlab” üzümçülük sovxozunda işləməsinə dair hüquqmüəyyən edici sənədlər iş materiallarına əsasən mövcud deyildir. Şahidlərdən yalnız X4 əmək kitabçasında olan qeydlərə əsaəsn müvafiq dövrə uyğun olaraq qismən, yəni 1979-1986-cı illərdə “İnqlab” üzümçülük sovxozunda işləməsi müəyyən edilir. Lakin, X7 izahatında şahid qismində detallı, aydın formada izahat verməmiş, tələb üzrə əhəmiyyət daşıyan xüsusatları xatırlamadığını bildirmişdir. Digər iki şahidin müvafiq dövrdə sözügedən savxozda işləməsinə dair heç bir hüquq müəyyən edici sənəd olmamaqla bərabər, onlar da ərizəçinin 1980-1993-cü illər üzrə “İnqlab” üzümçülük sovxozunda işləməsi xüsusatını müəyyən etmək istiqamətində əsaslı izahatlar verməmişlər, ərizəçinin, hətta özlərinin də təxmini olaraq hansı dövrdə sözügedən sovxozda işlədiklərini xatırlamadıqlarını bildirmişlər. Mülki iş üzrə yeganə sübut qismində çıxış edən şahid ifadələri natamam olmaqla tələbin təmin olunması üçün yetərli hesab edilməmiş, ümumiyyətlə təxmini, dolayı da olsa ərizəçinin sözügedən sovxozda onlarla birlikdə işləməsini təsdiq etməmişlər. Məhkəmə nəzərə alır ki, sözügedən dövrün üzərində xeyli zaman keçib, lakin, bu hal o demək deyil ki, şahid (lər) özünün və ya şahidlik etdiyi şəxsin təxmini işlədiyi illəri və ya dövrü bilməsin, bunu xatırlamasın. Nəzərə almaq lazımdır ki, ərizədə tələb olunan dövr kifayət qədər böyük olmaqla 13 illik müddəti əhatə edir. Şahidlərin xatırlamamağı normal hal hesab oluna bilər, lakin, məhkəmə qətnaməsi sübutlar əsasında çıxarılmalı, məhkəmənin öz mülahizəsi ilə müəyyən etdiyi hallarla əsaslandırılmamalıdır. Məhkəmələr qanunun tələblərini şərtsiz tətbiq etmək və sübutetmə fəaliyyətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun təşkil etməklə mükəlləfdirlər. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Qərarında göstərilən hüquqi əsaslar və Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində qeyd olunan xüsusatlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, ərizə əsassızdır, ərizədə qeyd olunan hallar sübuta yetirilmir, ərizəçi sübutetmə fəaliyyətini təşkil edə bilməmişdir və ərizə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxsi DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3327/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3327/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver