Məhkəmə qərarları › İş №2(004)-3368/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3368/2021

07.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3368/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X5 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X5 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 28.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X4 iddiaçı «xxxx» KB ASC-nin mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli evin 19 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli evin 19 nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı “xxxx” KB ASC cavabdehlər X15, X8, X9, Cavabdeh2, Cavabdeh4, X6, Cəfərova (Xalıqova) Səlməxanım Vüqar qızı, X2, Vəliyeva (Xalıqova) Rufanə Vüqar qızı, X10, X14, X11 və Cavabdeh1 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli 2(004)-2011/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər X7, X1 və X3 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 25.02.2014-cü il tarixli UM-01/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 27.02.2014-cü il tarixli 02/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 115.577,45 ABŞ dolları, faiz borcu üzrə 45.081,63 ABŞ dolları, cərimə borcu üzrə 944,58 ABŞ dolları, cəmi 161.603,66 ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat pul vəsaitinin müştərək qaydada tutulub “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə X12 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və Cavabdeh2 və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinə yönəldilmiş, X12 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 85.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, Cavabdeh2 və Cavabdeh4 məxsus Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 74.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 161.603,66 ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının «xxxx» Kommersiya Bankı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin müvafiq olaraq X15, Cavabdeh2 və Cavabdeh4 verilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzili açıq hərracda satıldıqdan sonra, ən geci bir ay ərzində cavabdehlərin bu daşınmaz əmlakları boşaltmaları qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli 2(004)-2011/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar “xxxx” KB ASC Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli evin 19 nömrəli mənzilini açıq hərracdan satın almış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********47-05101-093028 reyestr nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli evin 19 nömrəli mənzilini tam mülkiyyət hüququ üzrə “xxxx” KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 12.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddia tələbinin cavabdehlərin Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli evin 19 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzili açıq hərracda satıldığına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli 2(004)-2011/2018 nömrəli qətnaməsinin icrası davam etdirilməklə, cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X11 yaşadıqları Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzili əmlakları ilə birlikdə boşaltmalıdırlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X4 Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi (qeydiyyatdan çıxarılmaları) isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli 2(004)-2011/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi və Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli evin 19 nömrəli mənzilinin “xxxx” KB ASC-nin mülkiyyətində olmasına dair 12.03.2021-ci il tarixli çıxarış Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təqdim edilməklə həyata keçirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinin açıq hərracdan satılmasından ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X4 həmin mənzili əmlakları ilə birlikdə boşaltmalarına dair (mənzildən çıxarılmalarına) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli 2(004)- 2011/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia tələbinin Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli evin 19 nömrəli mənzilinə cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X4 istifadə hüququna xitam verilməsi hissəsi iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmış mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılması ilə əlaqədardır. Bu da cavabdehlərin artıq həmin mənzil üzərində hər hansı əmlak hüququnun mövcud olmamasına dəlalət edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etməsi, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən cavabdehin iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasından imtina edildiyi təqdirdə isə, inzibati orqanın hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət vermək hüququ izah olunmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X11 yaşadıqları Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzili əmlakları ilə birlikdə boşaltmaları hissəsində isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli 2(004)-2011/2018 nömrəli qətnaməsinin icrasının davam etdirilməsi üçün iddiaçı «xxxx» KB ASC, həmin qətnaməni icra edən icra məmuruna müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 153.2.2, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, X14 və X5 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar