Məhkəmə qərarları › İş №2(004)-3368/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3368/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3368/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cəlb olunmaqla cavabdeh "xxxx" QSC-yə qarşı "əmlakın girovdan azad edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" ASC cəlb edilməklə Cavabdeh QSC-yə qarşı "öhdəliyin qoyulması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin yüklülükdən azad edilməsi və X1 borclular siyahısından çıxarılması öhdəliyinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə İddiaçı2 ilə "xxxx" ASC arasında 03/0008/KTK saylı kredit və ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı2 60 ay müddətinə 110.000 manat məbləğində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə İddiaçı1 ilə xx.xx.2019-cu ildə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə görə İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 3/12 -də yerləşən, 36 saylı, 3 otaqlı mənzil qeyd olunan kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2- 3(103)-141/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AKİA-nın vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kreditlər üzrə tələb hüququnun Cavabdeh QSC-yə ötürülməsi ilə bağlı müvafiq sənədlərin təhvil təsliminə dair 10 nömrəli, xx.xx.2020-ci il tarixli akta əsasən 95.333,36 (doxsan beş min üç yüz otuz üç manat 36 qəpik) əsas, 391,53 (üç yüz doxsan bir manat 53 qəpik) kredit borcu İddiaçı2 tərəfindən xx.xx.2022-ci il tarixində tam olaraq bağlanmışdır. Lakin İddiaçı2 ona ayrılmış kredit borcunu vaxtından əvvəl ödəsə də, ona ayrılmış kreditin qaytarılmasının təminatı kimi girov qoyulmuş İddiaçı1 məxsus ünvan 1 saylı mənzil hələ də girovdan azad olunmamış, İddiaçı2 adı isə borclular siyahısından çıxarılmamışdır. İşin faktiki halları nəzərə alınmaqla məhkəmə tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirir ki, iddiaçılarla cavabdeh arasında bağlanmış kredit və ipoteka müqaviləsinə əsasən borc öhdəliyi tam şəkildə icra edilməsinə baxmayaraq hazıradək ipoteka qoyulmuş mənzil yüklülükdən azad edilməmişdir. Mübahisənin həlli ilə bağlı cavabdeh LPO "xxxx" ASC-nin tələb hüquqları BOKT Cavabdeh QSC-yə keçdiyindən tərəfindən sonuncuya rəsmi qaydada müraciət ünvanlanmışdır. BOKT Cavabdeh QSC isə əmlakın yüklülükdən azad edilməsinə razılıq verilməsi üçün AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə xx.xx.2023-cü il tarixli məktub göndərmişdir. Həmin məktubdan da görünür ki, İddiaçı2 tərəfindən ödənilmiş vəsait Cavabdeh QSC tərəfindən Agentliyin hesabına köçürülmüşdür. Lakin Agentlik tərəfindən əmlakın yüklülükdən azad edilməsinə dair razılıq verilmədiyindən Cavabdeh QSC tərəfindən də onlara imtina verilmişdir. Cavabdeh QSC-nin ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Agentlik razılıq verilməməsinin səbəbini 618,17 (altı yüz on səkkiz manat on yeddi) manat faiz borcunun qalıq qalması kimi göstərmişdir. Lakin qeyd olunan borcla razılaşmır. Belə ki, iddiaçılar tərəfindən bağlanmış müqavilələr üzrə öhdəlik tam şəkildə icra edilmişdir. Bu hal Cavabdeh QSC-nin Ucar filialının verdiyi xx.xx.2022-ci il arayışla öz təsdiqini tapır. Həmin arayışda göstərilmişdir ki, kredit borcu xx.xx.2022-ci il tarixdə tam olaraq bağlanmışdır. Lakin Azərbaycan Kredit Bürosunun sistemindən əldə etdiyi çıxarışdan görünür ki, əsassız olaraq İddiaçı2 borcunun qalması barədə məlumat saxlanılır və hazıradək cavabdeh tərəfindən bu məlumat silinməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən iddiaçının nümayəndə-vəkili əlavə olaraq bildirmişdir ki, kredit borcunun təminatı olaraq 3 əmlak ipoteka ilə yüklü edilmişdir. Onlardan ikisi girovdan azad edilmiş, mübahisə predmeti olan əmlak isə girovda saxlanılmışdır. Borc tələbi ilə bağlı “Aqrarkredit" QSC tərəfindən iddiaçılara qarşı tələb irəli sürülməmişdir. Bank borcun olmamasını etiraf etməsinə baxmayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən razılıq verilmədiyi üçün mənzilin yüklülükdən azad edilməsindən imtina edilmişdir. Hesab edir ki, iddiaçılarla müqavilə öhdəliklərindən irəli gələn mübahisə sırf Cavabdeh QSC arasında yarandığından ona münasibətdə iddianın təmin eddilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirir ki, Agentlik kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət büdcəsindən sahibkarlar üçün güzəştli şərtlərlə kredit vəsaiti ayrılmışdır. "xxxx" ASC-nin müraciətinə əsasən həmin şərtlər daxilində vətəndaşlara kredit məbləği verilmişdir. Lakin kredit müqaviləsi üzrə ödənişlərin vaxtlıvaxtında həyata keçirilməsinə bank özü nəzarət etmişdir. Dolayısı ilə kredit müqaviləsi üzrə borclu vəsaitləri birbaşa olaraq Agentliyə deyil bank vasitəsilə ödəmişdir. Bank isə Agentliyə kredit borcları üzrə hesab verir. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-141/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Agentliyin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar BOKT Cavabdeh QSC-yə keçmişdir. "xxxx" ASC ləğv edildikdən sonra isə onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Hazırki mübahisə üzrə tərəfindən aparılan araşdırma zamanı müəyyən etmişdir ki, Agentliyin istifadəsində olan elektron sistemdə İddiaçı2 kredit müqaviləsi üzrə 618,17 manat faiz borcunun qalıq qalması barədə məlumat vardır. Lakin hesab edir ki, bu iddiaçı ilə bağlı məsələ deyildir, çünki iddiaçı tərəfindən "xxxx" QSC-yə tam şəkildə vəsait köçürülsə də Əmanətlərin Sığortalanması Fondu tərəfindən Agentliyin hesabına faiz borcuna münasibətdə 618,17 manat vəsait köçürülməmişdir. Ona görə də Agentliyin hesabında 618,17 manat faiz borcu açıqda qalmışdır. Hazırda Agentliyə məxsus sistemdə borc görünür. Qeyd olunan vəsait dövlət büdcəsinə aid olduğundan bərpa olunmasını xahiş edir. Nümayəndə verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, işin hallarında problemin mənbəyinin Əmanətlərin Sığortalanması Fondunda olması ortaya çıxır, onlar banka ödənilən vəsaiti köçürmədiyindən, bank da Agentliyə həmin məbləği ödəməmişdir. Hazırkı mübahisənin həlli ilə bağlı məhkəmə tərəfindən qəbul ediləcək yekun aktın nəticəsindən asılı olaraq gələcəkdə Agentlik tərəfindən bank və ya Agentliyin Əmanətlərin Sığortalanması Fonduna qarşı qalıq qalan faiz borcu ilə bağlı tələb irəli sürüləcəyini düşünür. Bank tərəfindən əmlakın yüklülüyünün aradan qaldırılmasına dair icazəsi yalnız Agentliyin razılığı ilə mümkündür. İddiaçının 618,17 manat qalıq borcunun olmasına dair məhkəməyə əlavə sübut təqdim edə bilmir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-141/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Agentliyin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar BOKT Cavabdeh QSC-yə keçmişdir. Bundan sonra LPO "xxxx" ASC ilə BOKT Cavabdeh QSC arasında xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı tərtib edilmiş, eyni zamanda həmin tarixə borcalanların sıyahısı çıxarılaraq təsdiq edilmişdir. Müvafiq sənədlər təhlil edildikdə aşkar edilir ki, xx.xx.2020-ci il tarixə borcalan hazırki iş üzrə İddiaçı2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1.978,47 (bir min doqquz yüz yetmiş səkkiz manat qırx yeddi qəpik) manat faiz borcu qalmışdır. Hətta hesabdan çıxarışdan müəyyən edilir ki, iddiaçı sonradan da ödənişlər etmişdir. Qeyd olunan tarixdən sonra isə iddiaçı ödənişlərini birbaşa olaraq BOKT Cavabdeh QSC-yə ödəmişdir. Hazırda Agentliyin iddia etdiyi 618,17 manat qalıq borcu barədə məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh BOKT Cavabdeh QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh BOKT Cavabdeh QSC ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0008/KTK saylı kredit müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, bank tərəfindən müştəriyə illik 7% dərəcəsi ilə 60 ay müddətinə 110.000 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC ilə borcalan qismində X2 və zamin qismində İddiaçı1, X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0008/KTK saylı zaminlik müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, zaminlər borcalanın xx.xx.2019-cu il tarixli, 03/0008/KTK saylı kredit müqaviləsi üzrə öhdəliyini bank qarşısında yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. - ipoteka saxlayan qismində "xxxx" ASC, ipoteka qoyan qismində İddiaçı1 və borc alan qismində İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0008/KTK saylı ipoteka müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, İddiaçı1 "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0008/KTK saylı kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 3/12, ünvanında yerləşən ümumi sahəsi 64,8 m2 olan 3 otaqlı 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-141/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar Cavabdeh QSC BOKT-a keçirilmişdir. - LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh QSC BOKT və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2021-ci il tarixli, 01 nömrəli sazişə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC tərəfindən borcalanlarla bağlanmış kredit müqavilələri üzrə "xxxx" ASC-yə məxsus bütün hüquq və öhdəliklər, həmçinin kredit müqavilələrinin təminatı olan ipoteka, girov və zaminlik müqavilələri üzrə hüquq və öhdəliklər Cavabdeh QSC BOKT-a ötürülmüşdür. - Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-141/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə tələb hüququnun Cavabdeh QSC-yə ötürülməsi ilə bağlı müvafiq sənədlərin təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli, 10 nömrəli akta əsasən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2020ci il tarixdə banka olan borcu 95.555,36 manat əsas, 391,53 manat faiz borcu olmaqla, cəmi 95.724,72 manat təşkil edir. - Cavabdeh QSC-nin Ucar filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 277 nömrəli arayışa əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)- 141/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə tələb hüququnun Cavabdeh QSC-yə ötürülməsi ilə bağlı müvafiq sənədlərin təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli, 10 nömrəli akta əsasən İddiaçı2 95.555,36 manat əsas, 391,53 manat faiz borcu olmaqla, cəmi 95.724,72 manat kredit borcu xx.xx.2022-ci il tarixdə tam şəkildə ödənilmişdir. - Cavabdeh QSC BOKT tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 13- 7/3-8/38 saylı məktubdan müəyyən edilir ki, sahibkar tərəfindən, yəni İddiaçı2 tərəfindən ödənilmiş vəsait Cavabdeh QSC tərəfindən Agentliyin hesabına köçürülmüşdür. Cavabdeh QSC BOKT İddiaçı2 əmlakların yüklülükdən azad edilməsinə dair müraciətinə əsasən Agentliyin razılığının alınmasını nəzərə alaraq Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsini Agentlikdən xahiş etmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh QSC BOKT-a ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubudan görünür ki, Agentlik qarşısında öhdəlik tam icra edilmədiyindən, yəni 618,17 manat faiz borcu qaldığından əmlakların yüklülükdən azad edilməsi ilə bağlı razılıq verilməsindən imtina edilmişdir. - Cavabdeh QSC BOKT tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 13- 7/2-3-7/1084/223 saylı məktubdan görünür ki, Agentlik tərəfindən 618,17 manat faiz borcunun olması səbəbiylə əmlakların yüklülükdən azad edilməsindən imtina edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı2 ilə "xxxx" ASC (hazırda ləğv prosesindədir) arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və bu müqavilə əsasında ona 110.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla digər İddiaçı1 və digər şəxs (X5) arasında zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0008/KTK saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 3/12, ünvanında yerləşən ümumi sahəsi 64,8 m2 olan 3 otaqlı 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-141/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar Cavabdeh QSC BOKT-a ötürülmüşdür. Apellyasiya məhkəməsinin qərarının icrası ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə müvafiq sənədlərin təhvil verilməsi ilə bağlı müvafiq hərəkətlər edilmiş və bununla əlaqədar olaraq akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli akta əsasən "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə tələb hüququnun Cavabdeh QSC-yə ötürülməsi ilə bağlı müvafiq sənədlərin təhvil verilməsi zamanı İddiaçı2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 95.724,72 manat kredit borcu qalmışdır. Bundan sonra Cavabdeh QSC-nin Ucar filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, İddiaçı2 kredit müqaviləsi üzrə borcu tam şəkildə bağlanmışdır. Hazırda iddiaçılar kredit müqaviləsi üzrə borcun tam ödənildiyini bildirərək kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş və İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 3/12, ünvanında yerləşən ümumi sahəsi 64,8 m2 olan 3 otaqlı 36 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsini və X1 borclular siyahısından çıxarılması öhdəliyinin BOKT Cavabdeh QSC-nin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək işin halları ilə bağlı müvafiq etiraz və ya sübutlarını təqdim etməmişdir. Lakin xx.xx.2023-cü il tarixli məhkəməyə daxil olmuş ərizəsində cavabdeh BOKT Cavabdeh QSC iddiaçı X1 borcunun olmasını təsdiq etməmiş, dolayısı ilə iddia tələbinə etiraz etməyərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh QSC BOKT-a ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən 618,18 manat faiz qalıq borcunun olmasını əsas gətirərək razılıq verilmədiyini göstərmiş və qeyd olunanları nəzərə olaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi isə kredit münasibətləri üzrə borcun yarandığını, buna görə də əmlakın ipoteka yüklülüyünün götürülməsi ilə bağlı razılığın verilmədiyini, lakin həmin qalıq borcun yaranmasının vətəndaş – Abdurahmanov Abdurahman deyil, bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan qaynaqlandığını bildirir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi Abdurahmanov Abdurahman ilə "xxxx" ASC arasında, "xxxx" ASC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında kredit münasibətləri yaranmışdır. Abdurahmanov Abdurahman bankla aralarında yaranmış kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etmiş və ona borcunun tam ödənilməsi haqqında "xxxx" ASC-nin səlahiyyətlərinin ötürüldüyü Cavabdeh QSC-nin Ucar filialı tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Buna baxmayaraq, kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaklardan İddiaçı1 məxsus mənzilin yüklülükdən azad edilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən razılıq verilmədiyindən mümkün olmamışdır. Belə ki, Agentlik tərəfindən Abdurahmanov Abdurahmanın faiz borcunun qaldığı bildirildiyindən və onun tərəfindən müvafiq razılıq verilmədiyindən bank tərəfindən ipoteka yüklülüyünün qaldırılması ilə bağlı hərəkətlərin aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X3 Abdurahman barəsində faiz borcunun qaldığını bildirməsi əsassızdır. Ümumiyyətlə qeyd olunan 618,18 manat faiz qalıq borcunun hazırda da mövcud olmasına dair cavabdehlər tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, ilk növbədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Abdurahmanov Abdurahman arasında birbaşa olaraq kredit və ya digər öhdəlik münasibətləri yaranmamışdır. Bu halda Agentliyin iddia etdiyi borcun Abdurahmanov Abdurahmana məxsus olması və hansı yolla yaranması mübahisəlidir. Bundan başqa, Agentlik tərəfindən qeyd olunan borcun mövcud olması, hansı yolla yaranması və Abdurahmanov Abdurahmana məxsus olması barədə hər hansı sübut təqdim edilməmişdir. Bu halda Abdurahmanov Abdurahman ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə münasibətlərdən irəli gələn borc tamamilə ödənildiyindən və hazırda "xxxx" ASC-nin səlahiyyətlərinin ötürüldüyü Cavabdeh QSC BOKT qarşısında Abdurahmanov Abdurahmanın hər hansı borc öhdəliyi qalmadığından kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmişdir. Belə olan halda əsas öhdəliyə xitam verildikdə, ondan irəli gələn əlavə öhdəliklərə də xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Cavabdeh QSC BOKT qarşısında tələbi təmin edilməli onun borclular siyahısından çıxarılması dair qeydiyyat aparılmalı, eyni zamanda ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak yüklülüyündən azad edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” qanununun 528-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və digər hallarda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, ipoteka öhdəliyi əsas öhdəliklə bağlı əlavə öhdəlik sayılır. Yalnız borc öhdəliyinin aradan qalxması halında əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddia təmin edilməli, İddiaçı1 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 3/12, ünvanında yerləşən ümumi sahəsi 64,8 m2 olan 3 otaqlı 36 saylı mənzil ipoteka yüklülüyündən azad edilməli və X1 borclular siyahısından çıxarılmasına dair qeydiyyatın aparılması öhdəliyi cavabdeh BOKT Cavabdeh QSC-nin üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı1 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 3/12, ünvanında yerləşən ümumi sahəsi 64,8 m2 olan 3 otaqlı 36 saylı mənzil ipoteka yüklülüyündən azad edilsin və X1 borclular siyahısından çıxarılmasına dair qeydiyyatın aparılması öhdəliyi Cavabdeh QSC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar