Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3374/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs DƏDRX-yə qarşı “mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, dövlət reyestrindən çıxarışın qaytarılması” tələbinə iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs DƏDRX-yə qarşı “mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, dövlət reyestrindən çıxarışın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən bağ sahəsi, ünvan 2kı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi ev 5 ünvanda yerləşən 31 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlaklar üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 152.1.9, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs DƏDRX-yə qarşı “mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, dövlət reyestrindən çıxarışın qaytarılması” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı vəkili X1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3374/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3374/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver