Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3389/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Zeynalov Nihad Niyazi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "xxxx" ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsinin vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "xxxx" ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi şifahi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı işə aidiyyəti üzrə Yasamal rayon məhkəməsində baxıla bilməz. Odur ki, mülki işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı vəsatətə etiraz edərək işə Yasamal rayon məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Məhkəmə vəsatəti araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və mülki iş baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin hüquqi ünvanı üzrə verilə bilər. “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə alınmış məlumatdan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqi ünvanı Səbail rayonu, digər cavabdeh "xxxx" ASC-nin isə hüquqi ünvanı Nəsimi rayonunda yerləşir. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməli və mülki iş baxılması üçün cavabdehlərdən birinin hüquqi ünvanı üzrə Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "xxxx" ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(004)-3389/2020 saylı mülki iş baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3389/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3389/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver