Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-339/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X6 oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Tovuz Rayon Məşğulluq Mərkəzinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “tərəfindən iddiaçıya müqavilə əsasında verilmiş 21 baş tələf olmuş xırda buynuzlu qoyunların yenisi ilə əvəz olunması və iddiaçıya dəymiş 1500 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 qeyd etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanan 2020-ci il 29 avqust tarixli 2020-ÖM/027 nömrəli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin 3.2.6-cı bəndinə əsasən, özünüməşğulluğa cəlb edilmiş şəxs təhvil aldığı əmlakda hər hansısa bir qüsur aşkar edərsə, bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkillər və s.) əmlakı təhvil aldıqdan sonra ən geci 30 (otuz gün) ərzində mərkəzə təqdim etməlidir. Göründüyü kimi özünüməşğulluğa cəlb edilmiş şəxs əgər əldə etmiş olduğu aktivlərdə hər hansısa bir qüsur müəyyən edərsə, bu halda onun tərəfindən edilməli olan konkret hərəkətlər müqavilə ilə müəyyən olunmuşdur. İddiaçı tərəfindən iş üzrə iddia ərizəsinə əlavə edilən müayinə aktlarını müvafiq olaraq 2020-ci il üçün 12 noyabr, 6 dekabr,17 dekabr, 2021 -ci il üçün isə 8 fevral tarixlidir. İddiaçı və cavabdeh arasında bağlanan 2020-ci il 29 avqust tarixli 2020-ÖM/027 nömrəli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin 1 nömrəli Əlavəsi tərəflər arasında həyata keçirilən təhvil-təslim prosedurunu aktlaşdırmışdır və qeyd edilən aktdan da aydın olmaqdadır ki, Agentliyin 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən iddiaçıya 2020-ci il 29 avqust tarixində istifadəyə yararlı və sağlam 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 (dörd yüz) kq yem verilmişdir. Qeyd edilən aktivlərin verilməsini iddiaçı 2020-ci il 29 avqust tarixli təhvil-təslim aktını imza etməklə təsdiqləmişdir. İddiaçı tərəfindən iddia edildiyi şəkildə verilən aktivlərdə hər hansısa qüsur olması faktı mövcud olsaydı, bu zaman iddiaçı tərəfindən qeyd edilən ilk müayinə aktı 2020-ci il 12 noyabr tarixində yox, daha əvvəlki tarixdə tərtib edilərdi. Belə ki, faktiki olaraq 2020-ci il 29 avqust tarixində istifadəyə verilən aktivlərdə iddia edilən qüsurlar məhz ilk dəfə noyabr ayında ortaya çıxmışdır. Habelə yuxarıda qeyd edilən müayinə aktlarının mətninin sadə təhlilindən də müəyyən olunmaqdadır ki, istifadəyə verilən aktivlərin tələf olması onların yararsız və ya qüsurlu olması ilə əlaqəli olmayıb, qeyd edilən aktivlərin baxımsız və saxlanılma şəraiti pis olan mühitdə saxlandığı üçün baş vermişdir. Belə ki, 2020-ci il 6 dekabr tarixli müayinə aktında qeyd edilmişdir ki, istifadəyə verilən aktivlər “baxımsız, xəstəhaldır”. Analoji olaraq 2021 -ci il 8 fevral tarixli müayinə aktının mətnindən də müəyyən olunur ki, müayinə zamanı heyvanların baxımsız, xəstə və saxlanma şəraitinin yararsız olduğu təsbit edilib. Göründüyü kimi istifadəyə verilən aktivlərə müqavilənin 2 nömrəli əlavəsi olan “Xırdabuynuzlu heyvanların (qoyunların) saxlanılması, yetişdirilməsi və yemləndirilməsinə dair” Təlimata uyğun olaraq baxılmamış, onların bu təlimatın, habelə qoyunçuluq təsərrüfatında və tərəflər arası münasibətlərin xarakterindən də müəyyən olunan saxlanılma şəraiti şərtləri təmin edilməyərək tələf olmaları üçün zəmin yaradılmışdır. Qeyd edilən bu faktlar iddiaçının iddia ərizəsinə əlavə etdiyi müayinə aktlarından da müəyyən edilməkdədir. Habelə yuxarıda qeyd edildiyi kimi təhvil verilən aktivlərdə qüsurların aşkar olunması halı ilə bağlı tərəflər arasında bağlanmış müqaviləyə əsasən 30 (otuz) gün müddətində mərkəzə məlumat verilməli idi. Ancaq bu halda verilən aktivlərin dəyişdirilməsi və ya aktivlərdə ortaya çıxan qüsurların aradan qaldırılması halı mümkün ola bilərdi. İddiaçı tərəfindən isə iddia edilən qüsurlarla bağlı Mərkəzə məlumat verilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Mərkəzə aktivlərdə sonradan ortaya çıxan qüsurlarla bağlı məlumat verərkən bir sıra təsdiqedici sənədlərin təqdim olunması zərurəti vardır. Belə ki, məhz mübahisə üzrə qeyd edilən aktivlərdə əgər heyvanların xəstə və ya digər şəkildə qüsurlu olması halı ortaya çıxardısa, bu zaman iddiaçı tərəfindən buna dair müayinə aktı, foto şəkil Mərkəzə təqdim edilməli idi. Əgər iddia edilən qüsur aktivlərin tələf olmasına gətirib çıxarıbsa, bu zaman müayinə aktı və foto şəkillə bərabər heyvanın “Yarma protokolu” da Mərkəzə təqdim edilməli və qeyd edilən heyvanın hansısa səbəbdən tələf olması pataloji olaraq əsaslandırılmalı idi. Ancaq iddiaçı tərəfindən qeyd edilən formada 30 (otuz) günlük müddət ərzində Mərkəzə məlumat verilməmişdir. Belə olduğu təqdirdə, habelə müayinə aktlarından heyvanların baxımsız qalması və saxla şəraitinin standartlara cavab verməməsi müəyyən olunduğu üçün iddia tələbi əsassız olmaq etibarilə rədd edilməlidir. İddiaçı tərəfindən ona dəyən maddi ziyanla bağlı hissədə qeyd edilməlidir ki, istifadəyə verilən heyvanlara alınan yemlərə sərf edilən vəsait, habelə müəyyən dövrlər üçün zoobaytarlıq xidmətindən yararlanaraq qeyd edilən heyvanların peyvəndlənməsi konkret bu mübahisə üzrə tərəflər arasında bağlanan müqavilədə öngörülən xərclərdir. Belə ki, istifadəyə verilən aktivlər maddi xarakterli olmayıb onların bioloji olaraq sağlam olması və istifadəyə yararlılığının davamlılığını təmin etmək üçün onların “Xırdabuynuzlu heyvanların (qoyunların) saxlanılması, yetişdirilməsi və yemləndirilməsinə dair” Təlimatda nəzərdə tutulan qaydada yemlənməsi, habelə müvafiq peyvəndlərinin vurulması özünüməşğulluğa cəlb edilmiş şəxsə münasibətdə bir növ öhdəlik xarakteri daşımaqdadır. Çünki tərəflər arasında qeyd edilən məzmunda yaranan münasibətlərdə Agentlik aktivləri şəxslərin mülkiyyətinə verməyərək onları sadəcə istifadə və sahiblik üçün şəxslərə təqdim edir. Belə olduğu halda onlara etibar edilmiş və müqavilə öhdəlikləri üzrə müəyyən edilmiş qaydada istifadəyə verilən aktivlərə öz mülkiyyəti kimi davranmaq proqrama cəlb edilmiş şəxslər üçün zəruri xarakter daşımaqdadır. İddia ərizəsinin sadə təhlilindən isə müəyyən olunmaqdadır ki, iddiaçı iddia etdiyi maddi zərərlər heyvanların tələf olması arasındakı səbəb-nəticə əlaqəsini əsaslandırmamış, habelə mülkiyyəti Agentlikdə olan heyvanların tələf olmasında Agentliyin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyək əsassız ittihamlar irəli sürmüşdür. Aydın məsələdir ki, maddi ziyanla bağlı iddia tələblərində baş vermiş zərərlə bu zərəri doğurduğu iddia edilən hərəkət və ya hərəkətsizlik arasında səbəb-nəticə əlaqəsi olmalı və mülki iş üzrə bu əlaqənin isbatı yükü iddiaçının üzərində qalmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ona məşğulluq xəstə qoyunlar vermişdir. Həmin qoyunlara o, yem almış, saxlamış, otarmışdır. Onların xəstə olmasından onun xəbəri olmayıb. Dövlətin ona ayırdığı bu qoyunları onlar iddiaçıya yarasız halda veriblər. 5 ay ərzində hamısı tələf olmuşdur. Ona maddi və mənəvi ziyan dəymişdir. İndi istəyir ki, ona başqa sağlam qoyunlar versinələr və ona dəymiş ziyanı ödəsinlər. Onlarla bağladığı müqavilənin şərtlərini kobud şəkildə pozublar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, aktivlərdə hər hansısa bir qüsur müəyyən edərsə, bu halda onun tərəfindən edilməli olan konkret hərəkətlər müqavilə ilə müəyyən olunmuşdur. Müayinə aktlarının mətninin sadə təhlilindən də müəyyən olunmaqdadır ki, istifadəyə verilən aktivlərin tələf olması onların yararsız və ya qüsurlu olması ilə əlaqəli olmayıb, qeyd edilən aktivlərin baxımsız və saxlanılma şəraiti pis olan mühitdə saxlandığı üçün baş vermişdir. Müayinə aktında qeyd edilmişdir ki, istifadəyə verilən aktivlər “baxımsız, xəstəhaldır”. Analoji olaraq 2021 -ci il 8 fevral tarixli müayinə aktının mətnindən də müəyyən olunur ki, müayinə zamanı heyvanların baxımsız, xəstə və saxlanma şəraitinin yararsız olduğu təsbit edilib. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 22 saylı Ərazi Məşğulluq Mərkəzi ilə İddiaçı arasında bağlanmış 29.08.2020-ci il tarixli, 2020-ÖM/027 li Özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünəməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 2 il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutlan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Mərkəz özünəməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. İş materiallarında olan 29.08.2020-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, 20 baş qoyun, 1 baş qoç, 400 kq yem İddiaçı təhvil verilmişdir. İş materiallarında olan 12.11.2020-ci il tarixli Tovuz Rayon Qovlar şəhər icra nümayəndəsinin müavini, Qovlar baytar sahəsinin müdiri, Qovlar baytar sahə texniki və sosial işçi tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus sosial yardıma verilmiş heyvanlar ambulator müalicəyə götürülmuş və müalicə olunmuş, 5 baş heyvan tələf olmuşdur. İş materiallarında olan 06.12.2020-ci il tarixli Tovuz Rayon Qovlar şəhər icra nümayəndəsinin müavini, Qovlar baytar sahəsinin müdiri, Qovlar baytar sahə texniki və sosial işçi tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus sosial yardıma verilmiş heyvandan 6 baş heyvan tələf olmuşdur. İş materiallarında olan 17.12.2020-ci il tarixli Tovuz Rayon Qovlar şəhər icra nümayəndəsinin müavini, Qovlar baytar sahəsinin müdiri, Qovlar baytar sahə texniki və sosial işçi tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus sosial yardıma verilmiş heyvandan 4 baş heyvan tələf olmuşdur. İş materiallarında olan 08.02.2021-ci il tarixli Tovuz Rayon Qovlar şəhər icra nümayəndəsinin müavini, Qovlar baytar sahəsinin müdiri, Qovlar baytar sahə texniki və sosial işçi tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus sosial yardıma verilmiş heyvandan 6 baş heyvan tələf olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İddiaçı ünvanladığı 29.09.2021-ci il tarixli məktubundan görünür ki, özünüməşğulluq proqramı çərçivəsində Tovuz rayon Məşğulluq Mərkəzi tərəfindən İddiaçı bilə-bilə xəstə xırda buynuzlu heyvanların verilməsi barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 Qaynar Xətt əlaqə mərkəzinə daxil olmuş müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq baxılmış və göstərilən xüsusatlar təsdiqini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının İddiaçı oğİuna ünvanladığı 08.06.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış, müraciətin araşdırılması məqsədilə onunla əlaqə saxlanılmışdır. Bildirilmişdir ki, İddiaçı özünüməşğulluq proqramı çərçivəsində xırdabuynuzlu heyvandarlıq sahəsində biznes fəaliyyəti ilə məşğul olmaq üşün müraciət etmiş və 21.12.2018-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Məşğulluq altsistemində işaxtaran kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin ğzünüməşğulluğunu təşkili Qaydası”na uyğun olaraq onun təsərrüfat şəraitinə baxış keçirilmiş və özünəməşğulluü proqramına cəlb edilmək üçün uyğun hesab edilmişdir. İddiaçı 29.09.2020-ci ildə 2020/ÖM -027 №-li müqaviləyə əsasən aktivlərlə təmin olunmuşdur. İddiaçı aktivlər verilən zaman müqavilənin 3.2.6-cı bəndində göstərildiyi kimi hər hanı qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) 30 gün müddətində filiala təqdim etdiyi halda aktivlərin dəyişdirilməsi aparıla bilər. Lakin, o müqavilənin 3.2.6-cı bəndində göstərilən şərtə əməl etmədiyi üçün aktivlərin dəyişdirilməsi prosesi aparılmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qoyunlar ona verildikdən 1 həftə sonra onların qoca və xəstə olduğunu bildiyini, dərhal Tovuz Rayon Məşğullu Mərkəzinin baş müfəttişinə müraciət etdiyini bildirsə də, iş materialları ilə qeyd edilən heyvanların idiaçıya verildikdən 1 həftə sonra xəstə və qoca olduğunun aşkar olunması, həmçinin Mərkəzin baş müfəttişinə məlumat verməsi iş materialları ilə müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış 29.08.2020-ci il tarixli müqavilədən də göründüyü kimi İddiaçı aktivlər verilən zaman bildirilmişdir ki, müqavilənin 3.2.6-cı bəndində göstərildiyi kimi hər hansı qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) 30 gün müddətində filiala təqdim etdiyi halda aktivlərin dəyişdirilməsi aparıla bilər. Buna görə də məhkəmə hesab edir ki, tələf olmuş qoyunların yenisi ilə əvəz olunması ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə 1500 manat məbləğində maddi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ona dəymiş maddi zərələ bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 tərəfindən iddiaçıya müqavilə əsasında verilmiş 21 baş tələf olmuş xırda buynuzlu qoyunların yenisi ilə əvəz olunması və iddiaçıya dəymiş 1500 manat maddi ziyanın ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkiyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 tərəfindən iddiaçıya müqavilə əsasında verilmiş 21 baş tələf olmuş xırda buynuzlu qoyunların yenisi ilə əvəz olunması və iddiaçıya dəymiş 1500 manat maddi ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-339/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-339/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver