Məhkəmə qərarları › İş №2(004)-3391/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3391/2023

07.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3391/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1rşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasına (VÖEN **********) qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının xx.xx.2022-ci il tarixli 168 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının maliyyə şöbəsinin mühəndisi vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 1982-ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olmuş, X7 üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra xx.xx.1985-ci ildən etibarən Qəbələ Rayon Avtomat Telefon Stansiyasında mühəndis kimi əmək fəaliyyətinə başlamış və 2007-ci ilə kimi həmin qurumda işləmişdir. xx.xx.2007-ci il tarixdə xidməti yerdəyişmə ilə əlaqədar "xxxx" İB-nin X8 Stansiyasına texniki şöbəyə S.Babayevanın sosial məzuniyyəti dövrünə 9-cu dərəcəli elektrik böyük mexanik vəzifəsinə qəbul edilmişdir, xx.xx.2010-cu il tarixdə həmin şöbəyə daimi 9-cu dərəcəli böyük elektrik mexanik vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin xx.xx.2015-ci il tarixli 183 saylı sərəncamına əsasən "xxxx" İB-nin təşkilatı-hüquqi forması dəyişdirilərək "xxxx" MMC-yə çevrilmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC Texniki departament Şəbəkə idarəetmə mərkəzinin Operativ idarəetmə sektoruna (sosial məzuniyyətdə olan X6 yerinə) operativ idarəetmə üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilib və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018ci il tarixdə X8 X4 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə BATSın yeni təsdiq olunmuş ştat cədvəlinə əsasən Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Onun işlədiyi iş daimi xarakterlidir, əvvəllər onunla əmək müqaviləsi müddətsiz bağlanmışdır, xx.xx.1985-ci ildən xx.xx.2018-ci ilə kimi müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Sonradan onunla müddətli əmək müqaviləsi bağlamışlar. 2018-ci ildən iki dəfə əmək müqaviləsi 1 il müddətinə bağlanmış, daha sonra 6 və 3 aylıq müddətlərdə bağlanmışdır. O, əmək müqaviləsinin müddətli bağlanmasına etiraz etsə də, o, müddətli əmək müqavilələrinə və işdən azad olmaya dair ərizəni ona görə imza etmişdir ki, işəgötürən ona bildirmişdir ki, imza etməyəcəyi təqdirdə işdən tamamilə azad ediləcəkdir. Bu səbəbdən o, müqavilələrə və ərizəyə işini itirməmək qorxusu ilə məcbur qalaraq imza etmiş və müddətli müqavilə bağlanmasına razılıq vermişdir. O, bu günə kimi evlənməmişdir, valideynləri və övladları yoxdur. Himayəsində olan yeganə qardaşı isə psixi xəstə olmaqla əlildir, kirayədə yaşayırlar. İşdən çıxarıldığı üçün kirayə pulunu da ödəyə bilmir. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı uzun müddət "xxxx" MMC-də və onun tabeliyində olan müəssisələrdə işləmiş, sonuncu iş yeri isə 2018-ci ildən "xxxx" MMC-nin tabeliyində olan X8 Stansiyasında mühəndis vəzifəsi olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bu səbəbdən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının direktoru vəzifəsini icra edən Talıbzadə Əhmədovun xx.xx.2022-ci il tarixli 168 nömrəli əmri ilə maliyyə şöbəsinin mühəndisi İddiaçı əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmək müqaviləsini uzatmamaq işəgötürənin hüququdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-749/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 168 nömrəli əmri ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə, yəni "xxxx" MMC-nin X8 stansiyasının Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə bərpa edilməsi, "xxxx" MMC tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 50 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3117/2023 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-749/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası rədd edilmişdir. Qətnaməni ləğv edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) "xxxx" MMC deyil, X2malıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırkı tələblə X1rşı yeni iddia qaldırmalıdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1rşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı 1982-ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olmuş, X7 üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra xx.xx.1985-ci ildən etibarən Qəbələ Rayon Avtomat Telefon Stansiyasında mühəndis kimi əmək fəaliyyətinə başlamış və 2007-ci ilə kimi həmin qurumda işləmişdir. xx.xx.2007-ci il tarixdə xidməti yerdəyişmə ilə əlaqədar "xxxx" İB-nin X8 Stansiyasına texniki şöbəyə S.Babayevanın sosial məzuniyyəti dövrünə 9-cu dərəcəli elektrik böyük mexanik vəzifəsinə qəbul edilmişdir, xx.xx.2010-cu il tarixdə həmin şöbəyə daimi 9-cu dərəcəli böyük elektrik mexanik vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin xx.xx.2015-ci il tarixli 183 saylı sərəncamına əsasən "xxxx" İB-nin təşkilatı-hüquqi forması dəyişdirilərək "xxxx" MMC-yə çevrilmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC Texniki departament Şəbəkə idarəetmə mərkəzinin Operativ idarəetmə sektoruna (sosial məzuniyyətdə olan X6 yerinə) operativ idarəetmə üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilib və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə X8 X4 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə BATS-ın yeni təsdiq olunmuş ştat cədvəlinə əsasən Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis keçirilmişdir. İddiaçı eyni iş yeri üzrə xx.xx.1985-ci ildən xx.xx.2018-ci ilə kimi müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Cavabdeh sonradan iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Tərəflər arasında 2018-ci ildən üç dəfə bir il müddətinə, dörd dəfə üç ay müddətinə əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə sonuncu dəfə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının direktoru vəzifəsini icra edən Talıbzadə Əhmədovun xx.xx.2022-ci il tarixli 168 nömrəli əmri ilə X8 Stansiyası maliyyə şöbəsinin mühəndisi İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi X8 Stansiyası maliyyə şöbəsinin mühəndisi vəzifəsi daimi xarakterli iş olduğuna və iddiaçının bu sahədə 33 il müddətinə iş təcrübəsinə malik olduğuna görə, işəgötürən onunla müddətsiz əmək müqaviləsi bağlamalı idi. Çünki, müddətsiz əmək müqaviləsi əsasında eyni müəssisədə, eyni fəaliyyət istiqaməti üzrə xx.xx.1985-ci ildən xx.xx.2018-ci il tarixədək fasiləsiz və qüsursuz işləyən işçinin öz təşəbbüsü ilə könüllü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməsi və xx.xx.2018-ci il tarixdə dərhal yenidən işə qəbul olunmaq üçün ərizə verərək 1 illik, daha sonra isə 3 aylıq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyildir. Belə ki, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğun və zəmanətlidir. Həmçinin müəyyən edilir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. İddiaçı özü də izahatında bildirir ki, iş yerini itirməmək üçün işəgötürənin müddətli əmək müqaviləsi bağlamağa məcbur olmuşdur. Çünki, bundan imtina edəcəyi təqdirdə işçinin işdən azad olunması üçün real təhlükə olmuşdur. Eyni zamanda İddiaçı əmək fəaliyyəti dövründə qüsursuz işləməsi, hər hansı bir nöqsana yol verməməsi işin mübahisəsiz halıdır. Müəssisədə yalnız struktur dəyişikliyi olmuş, eyni X8 Stansiyası əvvəlcə "xxxx" İB-nin tabeliyində olmuş, "xxxx" İB struktur dəyişikliyi ilə bağlı "xxxx" MMC-yə çevriləndən sonra X8 Stansiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyinə verilmişdir. Yəni X8 Stansiyasının tabe olduğu "xxxx" İB sadəcə "xxxx" MMC-yə çevrilmişdir. Bu səbəbdən iddiaçının struktur dəyişikliyi ilə bağlı əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verilmiş və yenidən müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə işçi ilə işəgötürən arasında müddətli əmək müqaviləsi imzalanmışdır. Lakin fəaliyyət istiqaməti daimi xarakter daşıyan müəssisədə eyni vəzifə olmasına baxmayaraq, işçi ilə bir il müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə isə 3 dəfə bir il, 4 dəfə isə üç ay müddətinə müddətinin uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İşçi ilə bağlanmış əmək müqaviləsinin məzmunundan görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və işin bu halı cavabdeh tərəfindən mübahisə olunmur. Struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə (mühəndis) məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin müəsisədə müddətsiz əmək müqaviləsi əsasında uzun illər işləmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələblərinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə əsassız olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran hallar olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsini bağlanması qanunsuzdur və nəticədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 3cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” və “c” bəndlərinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, işçi ilə bağlanmış müddətçiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilərkən və işçi işdən azad edilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğuna görə, işçinin pozulmuş hüquqları bərpa edilməli, iddia təmin edilməli, maliyyə şöbəsinin mühəndisi İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının xx.xx.2022-ci il tarixli 168 nömrəli əmri ləğv edilməlidir. İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının maliyyə şöbəsinin mühəndisi vəzifəsinə bərpa edilməlidir. xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Maliyyə şöbəsinin mühəndisi İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının xx.xx.2022-ci il tarixli 168 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 Stansiyasının maliyyə şöbəsinin mühəndisi vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar