Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3397/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmməd qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmməd qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmməd qızı, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 39 saylı mənzildən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 29 saylı mənzili xx.xx.2020-ci ildə AN-1 № ******* nömrəli Alqı-satqı vasitəsilə almış və ona verilmiş və xx xxxxxx 2020-ci il tarixli çıxarışla mülkiyyət hüququ tanınmışdır və hazırda da istifadəsindədir. O, alqı-satqı edən zaman ona notariat orqanında bildirilmişdir ki, mənzildə qeydiyyatda olan şəxslər yoxdur. Lakin bir müddətdən sonra o, MKİS-dən məlumat almışdır ki, onun mənzilində qeydiyyatda olanlar var. O, bu zaman dərhal ASAN xidmət mərkəzindən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alan zaman onun mənzilində cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 Məhəmməd qızı. Cavabdeh3 yə Cavabdeh4 pasport qeydiyyatında olmaları məlum olmuşdur. Cavabdehlər onun mənzilində yaşamır və mülkiyyətində olan mənzildə qeydiyyatda qalması ona maddi və hüquqi cəhətdən ziyan vurduğundan və mülkiyyət hüququnu pozaraq mülkiyyətində olan mənzilə sərbəst idarə edilməsində, sərbəst şəkildə sərəncam verməyinə maneə yaradır. Ona görə də cavabdehlər ona məxsus mənzildən qeydiyyatından çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı İddiaçı və satıcı X2 arasında AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilədair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmməd qızı, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 39 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 39 saylı mənzil X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaları onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmməd qızı, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 39 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmməd qızı, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 39 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3397/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3397/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver