Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3400/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi X2 maraqlı şəxs qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi cəlb edilməklə “X2 ləğv edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 maraqlı şəxs qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi cəlb edilməklə “X2 ləğv edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək X8 qeyri-kommersiya təşkilatının ləğv edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 qeyri-kommersiya təşkilatı (Bundan sonra “Fond” adlandırılacaq) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 03 iyul məqsədlərinin 2007-ci il tarixdə, 1107-Q18-2411 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərmişdir. Hazırda Fondun əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmir və lazımi əmlakın əldə edilməsi ehtimalı yoxdur. Bu səbəbdən hazırki şəraitdə Fondun öz fəaliyyətini davam etdirməsi mümkün deyildir. Buna görə də Fond ləğv edilməlidir. X2 Nizamnaməsinin 6.2.14-ci və 7.2-ci bəndlərinə görə də Fondun ləğv edilməsi barədə qərar qəbul etmək səlahiyyəti X5 məxsusdur. X2 icra orqanı tərəfindən təqdim edilmiş rəsmi bəyanatda Fondun bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinə malik olduğu bildirilir. X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.1-ci, 59.2-1-ci, 116.2-ci və 116.2.1-ci, ’’ Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 27.2-ci maddələrini, X2 Nizamnaməsinin 6.2.14-ci və 7.2-ci bəndlərini və bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinə malik olması barədə X2 icra orqanının 25 aprel 2025-ci il tarixli rəsmi bəyanatını əsas tutaraq Fondun ləğv edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarla Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası, ünvan 1 ünvanda qeydiyyatda olan Rzayev X1 ləğvi üzrə Təsviyəçi təyin edilmiş, ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlər həvalə edilmiş və Fondun ləğvi barədə məhkəmə qərarının qəbul edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi tapşırılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qeyrikommersiya hüquqi şəxsinin vergi uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnaməsinin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X8 xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxsin adında edilmiş dəyişiklikliyin dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il tarixli, 1107-Q18- 2411 qeydiyyat nömrəli şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsəsən hüquqi şəxs - “Avrasiya Əməkdaşlığı-Azərbaycan” Fondunun yeni adı X4muşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 05/2069/38-14 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrindən çıxarışa əsasən “X8” xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış, qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2025-ci il tarixədək müəyyən olunmuşdur. Qanuni təmsilçi və Fondun prezidenti X10r. İşin materiallarında olan “X2” Himayəçilik şurasının xx.xx.2022-ci il tarixli 2022/024 qərarı ilə xx.xx.2007-ci il tarixdə 1107-Q18-2411 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış X6 nizamnaməsinə əlavə və dəyişiklik edilmiş, Nizamnaməsinin 6.1-ci bəndinə; ‘‘X5 yeni üzvlər X3 sadə səs çoxluğu ilə qəbul edilməsi və ya üzvlükdən çıxarılması’’ilə bağlı dəyişiklik dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Himayəçilik şurasının xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2007-ci il tarixdə 1107-Q18-2411 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış X2 nizamnaməsinin 6.2.5-ci bəndinin “Fondun Prezidentini 3 (üç) il müddətinə seçilməsi’’ ilə bağlı dəyişiklik dövlət qeydiyyatına alınmışdır. İşin materiallarında olan X8 Qeyri-kommersiya Təşkilatının xx.xx.2025-ci il tarixli Rəsmi Bəyanatına əsasən Azərbaycan Respublikasının qanunları əsasında yaradılan və fəaliyyət göstərən X8 qeyri-kommersiya təşkilatı rəsmi şəkildə bəyan edir ki, bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinə malikdir. İşin materiallarında olan X8 Himayəçilik Şurasının xx.xx.2025-ci il tarixli qərarına əsasən X8 Himayəçilik Şurası Azərbaycan Respublikası Mulki Məcəlləsinin 59.2.1-ci, 59.2- 1-ci, 116.2-ci və 116.2.1-ci, ‘‘ Qeyri-hökumət təşkilatları’’ (ictimai birliklər və fondlar) haqqında qanunun 27.2-ci maddələrini, X2 Nizamnaməsinin 6.2.14-cü və 7.2-ci bəndlərinin və bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinə malik olması barədə X2 icra orqanının rəsmi bəyanatını əsas tutaraq xx.xx.2025-ci il tarixdə qərara alır: 1. X2 əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədiyi və lazımi əmlakın əldə edilməsi ehtimalı olmadığı üçün X8 ləğv edilsin. 2. Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası, ünvan 2 ünvanda yaşayan Nümayəndə (Şəxsiyyət vəsiqəsi: AA*******, xx.xx.2025-ci il tarixdə verilib) X2 ləğvi ilə bağlı Təsviyəçi təyin edilsin və ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlər həvalə edilsin; 3. X2 ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilsin; 4. Kreditorların tələblərinin irəli sürülməsi müddəti X2 ləğv edilməsi haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 90 gün müəyyən edilsin; 5. Təsviyəçi 10 gün müddətində müvafiq mətbu nəşrdə X2 ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatı dərc etdirsin; 6. X2 ləğv edilməsi ilə bağh qanunla nəzərdə tutulan digər tədbirlər görülsün. İşin materiallarında olan X8 Himayəçilik Şurasının xx.xx.2025-ci il tarixli iclasının protoluna əsasən ‘‘X2 əmlak vəziyyəti və Fondun ləğv edilməsi’’ barədə məsələsinin müzakirəsinin yekunu olaraq X2 ləğvi ilə bağlı məsələ səsə qoyularaq yekdilliklə qərar qəbul edilmişdir. X8 Himayəçilik Şurasının xx.xx.2025-ci il tarixli qərarına əsasən X8 Himayəçilik Şurası Azərbaycan Respublikası Mulki Məcəlləsinin 59.2.1-ci, 59.2-1-ci, 116.2ci və 116.2.1-ci, ‘‘ Qeyri-hökumət təşkilatları’’ (ictimai birliklər və fondlar) haqqında qanunun 27.2-ci maddələrini, X2 Nizamnaməsinin 6.2.14-cü və 7.2-ci bəndlərinin və bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılmaq üçün ödəmə qabiliyyətinə malik olması barədə X2 icra orqanının rəsmi bəyanatını əsas tutaraq xx.xx.2025-ci il tarixdə qərara alır:
1. X2 əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədiyi və lazımı əmlakın əldə edilməsi ehtimalı olmadığı üçün X8 ləğv edilsin. 2. Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası, ünvan 2 ünvanda yaşayan Nümayəndə (Şəxsiyyət vəsiqəsi: AA*******, xx.xx.2025-ci il tarixdə verilib) X2 ləğvi ilə bağlı Təsviyəçi təyin edilsin və ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlər həvalə edilsin; 3. X2 ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilsin; 4. Kreditorların tələblərinin irəli sürülməsi müddəti X2 ləğv edilməsi haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 90 gün müəyyən edilsin; 5. Təsviyəçi 10 gün müddətində müvafiq mətbu nəşrdə X2 ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatı dərc etdirsin;
6. X2 ləğv edilməsi ilə bağh qanunla nəzərdə tutulan digər tədbirlər görülsün. İşin materiallarında olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin qanunun 23.3.5-ci, 23.3.5.2-ci və 23.3.5.3-cü (maliyyə saksiyasına münasibətdə) maddərində qeyd olunan halların mövcud olmaması barədə xx.xx.2025-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikasının qanunları əsasında yaradılan və fəaliyyət göstərən X8 qeyri-kommersiya təşkilatının debitor və kreditor üzrə heç bir borcu yoxdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq ləğv oluna bilər. 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.3-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 115.1-ci maddəsinə əsasən fond üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictima faydalı məqsədlər güdən təşkilatdır. 116.2-ci maddəsinə əsasən fondun ləğvi haqqında qərarı maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə qəbul edə bilər. Fond aşağıdakı hallarda ləğv edilə bilər: fondun əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədikdə və lazımi əmlakın əldə edilməsi ehtimalı real olmadıqda; fondun məqsədlərinə çatmaq mümkün olmadıqda, bu məqsədlər isə lazımi şəkildə dəyişdirilə bilmədikdə; öz fəaliyyətində fond nizamnamədə nəzərdə tutulan məqsədlərdən yayındıqda; qanunvericilikdə nəzərdə tutulan digər hallarda. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. Həmin Qanunun 20-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər. Qeyri-hökumət təşkilatı ləğv edildikdə həmin qurum tərəfindən əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçi X8 xx.xx.2007-ci ildə dövlət qeydiyyatına alınmışdır. X8 Himayəçilik Şurasının xx.xx.2025-ci il tarixli qərarına əsasən X2 əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədiyi və lazımi əmlakın əldə edilməsi ehtimalı olmadığı üçün X2 ləğv edilməsi qərara alınmışdır. X8 qeyrikommersiya təşkilatının debitor və kreditor üzrə heç bir borcu yoxdur. Hazırda ərizəçi məhkəməyə müraciət edərək X2 ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, X8 qeyri-kommersiya təşkilatı ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X8 qeyri-kommersiya təşkilatı ləğv edilsin. X7 Fondu qeyri-kommersiya təşkilatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aydan Oruclu