Məhkəmə qərarları › İş №2(004)-3403/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3403/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3403/2023 13.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı X1 və Cavabdeh firmasının vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 10:20-ə təyin edilmişdir. İddiaçı X2 məhkəmənin hazırlıq iclasında iddia tələbini müdafiə etdi və bildirdi ki, iddia ərizəsini Cavabdeh firmasının xx.xx.2016-cı il tarixli müqavilədə göstərilən ünvan 1 ünvanı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda müəyyən edilir ki, Cavabdeh firmasının hüquqi ünvanının Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi ev 18 ünvanıdır. Bu səbəbdən işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdeh firmasının vəkili Vəkil məhkəmənin hazırlıq iclasında şifahi vəsatət verərək bildirdi ki, Cavabdeh firması (VÖEN **********) hüquqi şəxs kimi AZ1078, Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi ev 18 ünvanda qeydiyyata alınmışdır. Odur ki, mülki işin cavabdehin hüquqi ünvanı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı iş ərazi aidiyyatı üzrə baxılması üçün Cavabdeh firmasının (VÖEN **********) hüquqi ünvanı - AZ1078, Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi ev 18 ünvanı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS”-dən xx.xx.2023-cu il tarixdə çap edilmiş vergi ödəyicisinin məlumatlarından müəyyən edilir ki, Cavabdeh firması (VÖEN **********) AZ1078, Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi ev 18 ünvan üzrə xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh firmasının ünvanını ünvan 7 ilə Bakı şəhəri Yasamal rayon Məhkməsinə müraciət etmişdir. Mülki iş aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Hazırda cavabdehin vəkili işin cavabdehin hüquqi ünvanı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsini tələb edir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 44.2.1, 44.2.2, 45, 263264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, Cavabdeh firmasının (VÖEN **********) hüquqi ünvanı - AZ1078, Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi ev 18 ünvanı üzrə ərazi aidiyyəti qaydasında baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar