Məhkəmə qərarları › İş №2(004)-3404/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3404/2021

26.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3404/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X37 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı1, İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X14 cəlb edilməklə avtomobilə dair miras payların müəyyən edilməsi tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı avtomobilin mərhumun xəstəxana xərclərinin çəkilməsi üçün alınmış borcun qaytarılması üçün satılması və cavabdehlərin həmin əmlaka vərəsəlik hüququnun olmamasının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, yeganə varis kimi tam hissədə payın alınması, avtomobilin birgə nikah dövründə alınmış ümumi mülkiyyət olmasının müəyyən edilməsi və qarşılıqlı iddia üzrə iddiaçıların irs almaq hüququnun olmaması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X16 miras qalmış halhazırda Cavabdeh istifadəsində olan 2010-cu il Toyota Land-Cruiser Prado markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobildən iddiaçılara düşən miras payların alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X30 ilə X31 13.05.1983-cü ildə Rusiya Federasiyası Amur vilayətində rəsmi nigaha girərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1983-cü ildə İddiaçı1 və xx.xx.1986-cı ildə İddiaçı2 anadan olmuşlar. İddiaçıların valideynləri barədə nikahın pozulması 04.08.2000-ci ildə 36 saylı aktla Bərdə rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X30 2-ci nikahı Cavabdeh ilə 30.10.2014-cü ildə 507 saylı aktla Bərdə rayon qeydiyyat şöbəsi tərəfində qeydə alınmışdır.X31 30.07.2020-ci ildə rəhmətə getmişdir. Bu barədə Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən 10.08.2020-ci ildə № 460 ölüm aktı tərtib edilərək, AZ-094126 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. X30 24.09.2020-ci ildə rəhmətə getmişdir. Bu barədə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 07.10.2020-ci ildə № 1050 ölüm aktı tərtib edilərək, AZ-122177 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. X20 ölümündən sonra onun aşağıda göstəridiyi əmlakı miras qalmışdır: 2010-cu il ağ mirvari Tayota Land-Cruıser-prado markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobil X20 24.09.2020-ci ildə ölümündən sonra analıqları Cavabdeh varislərə (iddiaçılara) məlumat vermədən, iddiaçıların xəbəri və razılığı olmadan X11ndan miras qalmış 2010-cu il ağ mirvari Tayota Land-Cruıser-pradomarkalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Avtomobilin alqı-satqısı 17 saylı Notariatofisində notarius X17 tərəfindən 08.10.2020-ci ildə rəsmiləşdirilmişdir. Sözügedən avtomobil hazırda kimin istifadəsində olduğunu bilmirlər. X9 miras qoyduğu əmlakla bağlı vəsiyyətnamə qoymamışdır. X30 24.09.2020-ci ildə vəfat etmişdir. Bu barədə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 07.10.2020-ci ildə № 1050 ölüm aktı tərtib edilərək, AZ-122177 saylı Ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçılarvə Cavabdeh X9nun bərabər pay hüquqlu birinci növbəli vərəsələridir. Cavabdeh, X16 miras qalmış Tayota Land-Cruıser- prado markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobili varislərə məlumat vermədən, iddiaçıların razılığını almadan satması (özgəninkiləşdirməsi) bir varis kimi iddiaçıların hüquqlarını pozmuşdur. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən ilkin iddianın rədd edilməsi, X16 miras qalmış Land-Cruiser Prado markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mərhumun xəstəxana xərclərinin çəkilməsi üçün alınmış borcun qaytarılması üçün satılması və cavabdehlərin həmin əmlaka vərəsəlik hüququnun olmamasının müəyyən olunması barədə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum xəstəxanada olarkən Cavabdeh onun müalicə edilməsi üçün 30000 manatdan çox xərc çəkmişdir. Bunu təsdiq edən qəbzlər vardır. Bu məbləği Cavabdeh verən şahidlər bunu təsdiq edə bilərlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, X5 miras qalmış ünvan 1ində yerləşən ümumi sahəsi 165.6 kv.m olan fərdi yaşayış evinə və ünvan 1ində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 irs alması barədə Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin miras əmlaklardan pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin miras əmlaklarda qarşılıqlı iddia üzrə cavabdehlərin payının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payına əlavə edilərək onun yeganə vərəsə kimi tam hissədə pay alması hüququnun təmin edilməsini, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 26.06.2015-ci il tarixli AC509980 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBX9FJ3AK015389, mühərrikin nömrəsi 2TR0898699 və buraxılış ili 2010-cu il olan TOYOTA LAND-CRUİSER- PRADO MİNİK markalı **-ZJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin X9 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə alınmış ümumi mülkiyyət olmasının müəyyən edilməsini, həmin avtomobilin X9na məxsus olan miras qalmış 1/2 hissəsinə dair qarşılıqlı iddia üzrə iddiaçıların irs almaq hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X30 qarşılıqlı iddia üzrə cavabdehlərin anası X31 ilə 13.05.1983-cü il tarixdə X39 vilayətində rəsmi nikaha girərək ailə qurmuşlar. Həmin nikahdan ırşılıqlı iddia üzrə cavabdehlər xx.xx.1983-cü il təvəllüdlü İddiaçı1 və ’.09.1986-cı il təvəllüdlü İddiaçı2 doğulmuşlar. Həmin nikah 04.08.2000-ci il rixdə Bərdə rayon qeydiyyat şöbəsində pozulmuşdur. X30 . 10.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq inci dəfə ailə həyatı qurmuşdur. Rəna Qaraşova 30.07.2020-ci il tarixdə, Saleh Qaraşov ş 24.09.2020-ci il tarixdə rəhmətə getmişdir. X44 miras qoyduğu ılakla bağlı vəsiyyətnamə qoymamışdır. Saleh Qaraşovun ölümündən sonra ondan ağıdakı əmlaklar miras qalmışdır: DƏDRX tərəfindən 09.08.2016-cı il tarixdə X24 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv.m olan fərdi yaşayış evi, DƏDRX tərəfindən 09.08.2016-cı il tarixdə X24 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsi, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 26.06.2015-ci il tarixli AC509980 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBX9FJ3AK015389, mühərrikin nömrəsi 2TR0898699 və buraxılış ili 2010-cu il olan TOYOTA LAND-CRUİSER- PRADO MİNİK markalı **-ZJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ümumi mülkiyyətdəki Saleh Qaraşova məxsus 1/2 hissəsi. Mübahisəli nəqliyyat vasitəsi 26.06.2015-ci il tarixdə Cavabdeh ilə Saleh rasovun birgə nikah dövründə ailənin birgə vəsaiti ilə əldə edildiyi üçün ümumi ilkiyyət olmuş, əmlakın yarısı Cavabdeh məxsus olmuşdur. Saleh Qaraşov ürək çatmamazlığından 24.09.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat edənə qədər müəyyən müddət müalicə almışdır. Saleh Qaraşovun ölümünə qədər onun tün müalicə xərclərini, dəfn xərclərini və yas mərasimlərini Cavabdeh müxtəlif şəxslərdən aldığı 30.000 manatdan çox borc hesabına tək çəkmişdir. Qarşılıqlı iddia üzrə ardehlər tərəfindən bu xərclərə hər hansı vəsait sərf olunmamışdır və alınan borclardan məlumatlı olmuşlar. Cavabdeh ilk iddia üzrə iddiaçılara məlumat vermədən, onların xəbəri və razılığı olmadan həmin avtomobili satması həqiqətə uyğun Saleh Qaraşovun ölümündən sonra Cavabdeh bu borcları qaytarmaq üçün bahisəli avtomobili satmış və satış nəticəsində əldə etdiyi bütün vəsaiti alınmış borcların qaytarılmasına sərf etmişdir. Hazırki vaxtadək hələ də həmin borcları və faizlərini tam ödəyib qurtara bilməmişdir. Belə olan halda, Avtomobilə haqq iddia edən ilk iddia üzrə iddiaçılar, X44un borcları üzrə də məsuliyyət daşıdıqlarını bilməlidirlər. Bu maddi məsuliyyətin həddi ilk iddia üzrə iddiaçıların pay tələbindən yüksəkdir. Belə ki, avtomobil 28.000 manata satılmışdır və onun 2/6 hissəsinin dəyəri təxminən 9.300 manat təşkil etdiyi halda, alınmış borcların 2/3 hissəsi 20.000 manatdan çoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri onun tərəfindən X44un müalicəsinə çəkilmiş xərcləri təsdiq edir. İş üzrə iddiaçılar isə bu xərclərdə iştirak etmələrini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişlər. İlk iddia üzrə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızma qarşı “miras əmlak tələbi barədə” ilk iddialarında ataları X16 miras qalmış hal-hazırda Cavabdeh istifadəsində olan 2010-cu il buraxılışlı “Toyota Land-Cruiser-Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən onlara düşən miras payların alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İlk növbədə, həmin avtomobil hazırda Cavabdeh istifadəsində deyil. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən məhkəmə sorğusuna verilmiş 25.05.2021-ci il tarixli cavab məktubu və ona əlavə olunmuş sənədlərdən təsdiq olunur ki, avtomobil 09.10.2020-ci il tarixdə X4, həmin şəxs tərəfindən də öz növbəsində 21.10.2020-ci il tarixdə X1. Hazırda vicdanlı alıcı olan sonuncu şəxsin istifadəsindədir. Digər tərəfdən, mübahisəli avtomobil 08.10.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh adına yeganə vərəsə kimi reyestrdə qeydə alınmış və həmin Şəhadətnamə qüvvədə olduğu halda ilk iddia üzrə iddiaçıların avtomobilə dair hər hansı tələb irəli sürmələri əsassızdır. İlk iddia üzrə iddiaçılar özlərini vərəsə hesab etdikləri halda atalarının ölümündən sonra 3 ay müddətində mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən olunmuş hərəkətləri yerinə yetirməli idilər və ya maraqlı şəxslər kimi bundan ötrü müvafiq əsas olduğunu bildikləri gündən iki ay ərzində mirasın qəbul edilməsi ilə əlaqədar mübahisə aça bilərdilər. Lakin onlar tərəfindən qeyd edilən hər iki müddət ötürülmüşdür.Göründüyü kimi, hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdehlər Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədiklərindən onların adma verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli və onların payı qanun üzrə vərəsəliyə çağırılmış Cavabdeh payına əlavə edilməlidir. Bundan başqa, qarşılıqlı iddia üzrə cavabdehlər X44dan qalmış mirası qanunla müəyyən olunmuş müddətdə qəbul etmədiklərindən, o cümlədən faktiki qəbul etmədiklərindən onlar həmin mirasdan pay almaq hüquqlarını itirmiş hesab edilməli və miras qalmış daşınmaz əmlaklara dair onların adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Cavabdeh tərəfindən miras həm vaxtında müraciət edilməklə, həm də faktiki sahiblik yolu ilə qəbul edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdehlər Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədiklərindən onların adma verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli və onların payı qanun üzrə vərəsəliyə çağırılmış Cavabdeh payına əlavə edilməlidir. Göründüyü kimi, vicdanlı əldə edənin hüquqları qanunla qorunur. Əldə edilmiş əmlakın ondan alınması yolverilməzdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 izahatında ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini qəbul etməmişdir. Məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında ilkin iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia tələbini müdafiə etmişdir. Məhkəmədən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 izahatında Toyota Land-Cruiser Prado markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 29000 manata Cavabdeh aldığını, Cavabdeh tanımadığını, Etibar adlı şəxs vasitəsi ilə tanıdığını bildirmişdir. Qeyd etmişdir ki, avtomobili alanda arxa hissəsi vurulmuşdu. Sonradan avtomobili 21.10.2020-ci il tarixdə X2. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi Gülalıyev Musa Səlimxan oğlu izahatındaqardaşının Toyota Land-Cruiser Prado markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 19000 manat nağd və 20000 manat dəyərində “Hyundai Sonata” markalı avtomobili verməklə ümumi olaraq 39000 manata X10 aldığını, alqı-satqı zamanı onun da iştirak etdiyini bildirmişdir. Məhkəmənin baxış iclasında şahid qismində iştirak edən X6 bildirmişdir ki, Cavabdeh onun xalasıdır. Əliyev Elşən onunla birlikdə mərhum yoldaşının xəstəxanaya yerləşdirilməsi və sonra o rəhmətə gedəndə onun dəfn mərasimində iştirak etmişdir. Cavabdeh xəstəxana məsrəfləri ilə bağlı Əliyev Elşəndən ona borc tapmağını dəfələrlə istəmişdir. Xəstəxanaya hər gün depozitlə pul qoymaq tələb olunurdu. Bahalı dərmanlar alınırdı. Cavabdeh maşını da borcu qaytarmaq üçün satmışdır. Məhkəmənin baxış iclasında şahid qismində iştirak edən X27 ifadəsində bildirmişdir ki, X15 il ondan 5000 manat borc istəmişdir. Səbəbini deməmiş, pul lazım olduğunu bildirmişdir. X27 ona 5000 manat pul vermişdir. Yaxın müddətlərdə borcunu qaytarmışdır. Qeyd etmişdir ki, iclasda iştirak edən şəxsləri tanımır. Məhkəmənin baxış iclasında şahid qismində iştirak edən X36 ifadəsində bildirmişdir ki, Cavabdeh onun uzaqdan qohumudur. Sentyabr ayında xəstəxanaya getmişlər. Saleh müəllimi uzaqdan görmüşdür və saat 5-6-ya qədər gözləmişlər, sonra getmişlər. Oğlu da orada olmuşdur. Afət xanım pul axtarmışdır. Sentyabr ayının 15-i onların evinə gəlmiş, yoldaşının yanında Cavabdeh 5000 manat borc vermişdir. Maşını satmış, oktyabr ayında pulu Babayev Amilə qaytarmışdır. Məhkəmənin 08 iyul 2021-ci il tarixli baxış iclasında şahid qismində iştirak edənMəmmədov Fərid Tahir oğlu ifadəsində bildirmişdir ki, Afət xanım onun bacısının yoldaşının xalasıdır. Saleh müəllim xəstəxanada olanda ona qan vermişdir. Əliyev Elşən bir gün M.Fəridə zəng etmiş, borc lazım olduğunu bildirmişdir. Xalasına 10000 manat borc verməsini istəmişdir. O, Cavabdeh 10000 manatı xəstəxanada vermişdir. Sonra maşın satılmış, oktyabr ayında borcunu qaytarmışdır. İ-ЖО №407366 nömrəli, 13 may 1983-cü il tarixdə 196 nömrəli akt qeydi ilə qeydə alınmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 və X31 13.06.1983-cü il tarixdə nikaha daxil olmuşlar. İİ-ЖО №299111 nömrəli, 18 avqust 1983-cü il tarixdə 901 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. X11 və anası X25r. AZ-İİ №104863 nömrəli, 09 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 24.09.2020-ci il tarixdə ürək çatışmamazlığı səbəbi ilə vəfat etmişdir. AZ-İİ №094126 nömrəli, 10 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 30.07.2020-ci il tarixdə şəkərli diabet səbəbi ilə vəfat etmişdir. İş materiallarında olan 17 saylı notariat ofisində X20 adına açılmış vərəsəlik işinin təsdiq olunmuş surətinə əlavə edilmiş 2V-105 nömrəli, 16 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X20 vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən 09.08.2016 tarixdə X24 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evidən, torpaq sahəsi tərəfindən 09.08.2016 tarixdə X24 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın 2/3 hissəsi açıq saxlanılmışdır. Həmin vərəsəlik işinə əlavə edilmiş 27 aprel 2021-ci il tarixli, 2V-116 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 X20 vərəsələridirlər. Onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən 09.08.2016 tarixdə X24 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evidən və DƏDRX tərəfindən 09.08.2016 tarixdə X24 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın 1/3 hissəsinə 2V-105 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işində olan ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışa əsasən görünür ki, 09.08.2016-cı il tarixdə X20 ünvan 3ində yerləşən fərdi yaşayış evinə tam payı tanınmışdır. Vərəsəlik işində olan vərəsə İddiaçı1 tərəfindən yazılmış 16.10.2020-ci il tarixli, 115/2020 saylı ərizəyə əsasən X20 daşınar və daşınmaz əmlak üzrə vərəsələri İddiaçı1, Cavabdeh, X26r. Vərəsəlik işində olan 16.04.2021-ci il tarixli arayışa əsasən 09.08.2016-cı il tarixdə X20 ünvan 3ində yerləşən torpaq sahəsinə tam mülkiyyət payı tanınmışdır. Vərəsəlik işində olan 16.04.2021-ci il tarixli, 84İİ/41 nömrəli ərizəyə əsasən görünür ki, X20 ünvan 2i ünvanında yerləşən torpaq sahəsi üzrə vərəsələri İddiaçı1 və İddiaçı2dur. Vərəsəlik işində olan Cavabdeh ərizə ilə Bakı şhəri 17 saylı notariat ofisinin notariusuna ərizə ilə müraciət edərək ünvan 3i ünvanındaki fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəmişdir. Vərəsəlik işində olan AZ-İ № 992077 nömrəli, 30 oktyabr 2014-cü il tarixdə 507 nömrəli akt qeydi ilə qeydə alınmış nikah haqqında şəhadətnaməyə əsasən X30 və X32 30.10.2014cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Vərəsəlik işində olan 2V-171 nömrəli 08 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, Cavabdeh, X20 qanun üzrə vərəsəsidir. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 26.06.2015-ci il tarixli AC509980 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBX9FJ3AK015389, mühərrikin nömrəsi 2TR0898699 və buraxılış ili 2010-cu il olan Toyota Land-Cruiser Prado minik markalı 90ZJ980 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Vərəsəlik işində olan Cavabdeh 08 oktyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, X16 miras qalmış Toyota Land-Cruiser Prado minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh ondan başqa vərəsələr olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsi tərəfindən daxil olmuş 25.05.2021-ci il tarixli, 016-58883-1221 nömrəli cavab məktubuna əlavə edilmiş çıxarışa əsasən görünür ki, X30 26.06.2015-ci il tarixdə şəhadətnamə əsasında Toyota Land-Cruiser Prado minik markalı avtomobili əldə etmişdir. 09.10.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmışdır. 2V-171 nömrəli şəhadətnamə əsasında X20 qanuni vərəsəsi Cavabdeh 09.10.2020-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Alqı-satqı müqaviləsi əsasında 09.10.2020-ci il tarixdə mübahisə predmeti olan avtomobili əldə etmişdir. 21.10.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış, avtomobil X14 tərəfindən əldə edilmişdir. Avtomobil hal-hazırda X7 qeydiyyatındadır. İş materiallarında olan 03.03.2021-ci il tarixli, 016-9916Q-4221 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsi tərəfindən İddiaçı1 cavab məktubuna əsasən görünür ki, Toyota Land-Cruiser Prado markalı, ** ZJ *** qeydiyyat nişanlı avtomobil qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh adına rəsmiləşdirilmişdir. 26.06.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən görünür ki, X28 minik markalı avtomobil X24 məxsusdur. 09.10.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən görünür ki, X28 minik markalı avtomobil Cavabdeh məxsusdur. 09 oktyabr 2020-ci il tarixli AR DİN BDYPİ Qİİ-yə təqdim edilmiş ərizəyə əsasən görünür ki, Cavabdeh buraxılış ili 2010-cu il, ** ZJ *** dövlət qeydiyyat nişanlı, JTEBX9FJ3AK015389 BAN nömrəli avtomobili mülkiyyətçisi dəyişməklə, X18 təhvil vermişdir. 09 oktyabr 2020-ci il traixli alqı-satqı müqaviləsinə əsasən, nəqliyyat vasitəsi Cavabdeh tərəfindən 28000 manata satılmışdır. AD № 855742 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən görünür ki, nəqliyyat vasitəsinin sahibi X19r. 21 oktyabr 2020-ci il tarixli AR DİN BDYPİ Qİİ-yə təqdim edilmiş ərizəyə əsasən görünür ki, buraxılış ili 2010-cu il, ** UY *** dövlət qeydiyyat nişanlı, JTEBX9FJ3AK015389 ban nömrəli avtomobil X14 tərəfindən alınmışdır. 21 oktyabr 2020-ci il traixli alqı-satqı müqaviləsinə əsasən, nəqliyyat vasitəsi X23 tərəfindən 43000 manata satılmışdır. Qaraşov Saleh üçün göstərilmiş xidmətə görə Mediland hospitala 07.09.2020-ci il tarixli, 93145 nömrəli qəbzə əsasən 3900 manat, 18.09.2020-ci il tarixli qəbzə əsasən 4000 manat, 12.09. 2020-ci il tarixli qəbzə əsasən 4000 manat, 09.09. 2020-ci il tarixli qəbzə əsasən 4000 manat, 02.09. 2020-ci il tarixli qəbzə əsasən 1200 manat, 24.09. 2020-ci il tarixli qəbzə əsasən 1260 manat, 23.09. 2020-ci il tarixli qəbzə əsasən 1200 manat, 03.09.2020-ci il tarixli qəbzə əsasən 3594 manat məbləğində ödənişlər edilmişdir. 07.09.2020-ci il tarixli, 2920 nömrəli satış çekinə əsasən görünür ki, müayinə xidməti üçün "xxxx" MMC-nə 115 manat məbləğində ödəniş edilmişdir. Qaraşov Saleh üçün göstərilmiş xidmətə görə X47-ə 31.08.2020-ci il tarixli qəbzə əsasən 35 manat, 31.08.2020-ci il tarixli qəbzə əsasən 9 manat, 02.09.2020-ci il tarixli qəbzə əsasən 39 manat, 31.08.2020-ci il tarixli qəbzə əsasən 9 manat, 31.08.2020-ci il tarixli qəbzə əsasən 9 manat, 02.09.2020-ci il tarixli qəbzə əsasən 70 manat, 02.09.2020-ci il tarixli qəbzə əsasən 39 manat məbləğində ödənişlər edilmişdir. 02.09.2020-ci il tarixli X47 tərəfindən təqdim edilmiş ödəniş cədvəlinə əsasən ümumi məbləğ 205,93 manat göstərilmiş, 70 manat ödəniş edilmişdir. Mediland Hospital tərəfindən təqdim edilmiş 4533 protokol nömrəli xidmət çek siyahısına əsasən yekun məbləğ 406 manat müyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X9 24.09.2020-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri arvadı Cavabdeh, uşaqları İddiaçı1 və İddiaçı2dur. Miras əmlak ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evidən, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən və Toyota Land- Cruiser Prado minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 27 aprel 2021-ci il tarixli, 2V-116 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə vərəsələrin ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evi və ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsinə hər bir vərəsənin 1/3 hissədə payı, 2V-171 nömrəli 08 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə vərəsə Cavabdeh Toyota Land-Cruiser Prado minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tam payı tanınmışdır. Avtomobil 09 oktyabr 2020-ci il tarixdə X4, 21.10.2020-ci il tarixdə isə Şamil Qurbanov tərəfindən X1. Hal-hazırda Toyota Land-Cruiser Prado minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Buhaldaisəişin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İşin materiallarından görünür ki, ilkin iddiaçılar miras qalmış mübahisəli əmlaka vərəsəlik hüququnun olmasını iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan etməsi ilə açılır. - 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. - 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 11 sentyabr 2000-ci iltarixli 167 saylı qərarının 96-cı bəndində də göstərilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzusuna uyğun olaraq verilir. Vərəsələrdən birinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi digər vərəsələri mirasın qalan hisəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununun «Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun verilmə müddətləri» adlanan 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Qeyd edilən qanunda vərəsəlik hüququ haqqında şəhadətnamənin vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilməsi, əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamənin altı aydan tez də verilə bilməsi təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh 17 saylı Notariat Ofisinə ərizə ilə müraciət etdikdən sonra qanunla müəyyən edilmiş müddəti gözlənilsə və iddiaçların da mərhumun vərəsəsi olması faktı məlum olduğu halda şəhadətnaməyə adı qeyd olunsa idi onun miras əmlakda vərəsə payının müəyyən edilməsi mümkün olardı. Lakin notariusun çox tez bir zamanda, Cavabdeh adına avtomobilə dair müvafiq vərəsəlik şəhadətnaməsini verməsi ilə iddiaçıların faktiki olaraq miras əmlakda vərəsəlik hüquqlarını rəsmiləşdirmək kimi hüquqlarını həyata keçirə bilməsi kimi hüquqlarından məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AzərbaycanRespublikasıKonstitusiyaMəhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuş vəqanunverici daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. “X12 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin qərarda həmçinin göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı”. Beləliklə, məhkəmə iş üzrə tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçılar mübahisə prdmeti olan X28 markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin iddia üzrə Cavabdeh istifadəsində olduğunu qeyd etmişlər. Lakin, işə əlavə edilmiş sübutlara əsasən müəyyən edilir ki, avtomobil alqı-satqı müqaviləsi əsasında digər şəxsə satılmışdır. Hal-hazırda X7 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, əgər əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Belə olan halda, məhkəmə ilk iddianın təmin edilməməsi qənəatinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Afət X3 miras qalmış Land-Cruiser Prado markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mərhumun xəstəxana xərclərinin çəkilməsi üçün alınmış borcun qaytarılması üçün satılması və cavabdehlərin həmin əmlaka vərəsəlik hüququnun olmamasının müəyyən olunması hissəsində əsassız hesab edir. Belə ki, avtomobilə dair vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə tələb olmadığından və ilk iddia hazırkı mərhələdə təmin edilmədiyindən, qarşılıqlı iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. X5 miras qalmış ünvan 1ində yerləşən ümumi sahəsi 165.6 kv.m olan fərdi yaşayış evinə və ünvan 1ində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 irs alması barədə Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, vərəsəlik işindən də müəyyən olundu ki, ilk iddia üzrə iddiaçı qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etməklə, miras əmlak üzərində 1/3 hissədə hər bir vərəsəyə dair payların müəyyən edilməsini xahiş etmiş və müvafiq vərəsəlik şəhadətnaməsi verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin miras əmlaklardan pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin miras əmlaklarda qarşılıqlı iddia üzrə cavabdehlərin payının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payına əlavə edilərək onun yeganə vərəsə kimi tam hissədə pay alması hüququnun təmin edilməsi tələbinə dair qeyd edilir ki, Cavabdeh X5 miras qalmış ünvan 1ində yerləşən ümumi sahəsi 165.6 kv.m olan fərdi yaşayış evinə və ünvan 1ində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 irs alması barədə Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi barəsində iddiası rədd edildiyindən iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 26.06.2015ci il tarixli AC509980 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBX9FJ3AK015389, mühərrikin nömrəsi 2TR0898699 və buraxılış ili 2010-cu il olan TOYOTA LAND-CRUİSER-PRADO MİNİK markalı **-ZJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin X9 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə alınmış ümumi mülkiyyət olmasının müəyyən edilməsi hissəsində də rədd edilməlidir. Belə ki, maşın alqı-satqı müqaviləsi əsasında satılmışdır və bu halı mübahisələndirə bilməz. Avtomobilin birgə nikah dövründə əldə olunub-olunmamasının müzakirə edilməsi əsassızdır. İddia tələbi bu hissədə rədd olunduğu üçün həmin avtomobilin X9na məxsus olan miras qalmış 1/2 hissəsinə dair qarşılıqlı iddia üzrə iddiaçıların irs almaq hüququnun olmaması hissəsində də rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddia müddətinin tətbiqi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçılar miras əmlaka dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar, bununla da artıq iddia müddətini ötürməmişlər. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbləri rədd edilsin. Qarşılıqlı iddia tələbləri rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vrilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar