Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3408/2024 05.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh1 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərCavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 nömrəlimənzildən istifadə hüquqlarına xitamverilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 gəlini və Cavabdeh2 isə oğludur. Mülkiyyətində olanBakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 253, mənzil 13 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla təsdiq olunur. Cavabdehlər həmin mənzildə heç vaxt yaşamadıqları üçün istifadə hüquqları olmamışdır. Əslində cavabdehlərin mülkiyyətində olan mənzilində heç bir formada istifadə hüquqları yoxdur. Cavabdehlərin mənzilə qeydiyyatı isə formal xarakter daşıyır və heç bir hüquqi nəticə yaratmır. Hesab edir ki, cavabdehlər tərəfindən onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 X1 mülkiyyətində olan ünvan 2 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 33,9 kv/m olan mənzil xx.xx.2013-cü il tarixində ********** nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq X1 adına qeydiyyata alınmışdır. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 548320 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X2 10 dekabr 2022-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 5535 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Orucov”, arvada “Orucova” soyadı verilmişdir. Yasamal Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli 2(004)-3388/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında 10 dekabr 2022-ci il tarixdə 5535 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X3 iddiaçı Cavabdeh1 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 235 manat sabit pul məbləğində və 3 yaşınadək 100 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 33,9 kv/m olan mənzil xx.xx.2013-cü il tarixində xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq X1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 ilə iddiaçının oğlu Cavabdeh2 10 dekabr 2022-ci il tarixdə nikaha daxil olmuşdular. Cavabdeh1 iddiaçının razılığı ilə sonuncunun mülkiyyətində olan mənzilə pasport qeydiyyatına düşmüşdür. Yasamal Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli 2(004)-3388/2024 saylı qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 arasında 10 dekabr 2022ci il tarixdə 5535 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İddiaçının bildirdiyinə görə oğlu və gəlini həmin mənzildə heç vaxt yaşamadıqları üçün istifadə hüquqları olmamışdır. Cavabdehin mənzilə qeydiyyatı isə formal xarakter daşıyır. Hazırkı iddianın əsasından görünür ki, iddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir, bunun üçün isə cavabdehin "mənzildən çıxarılması" tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnun olmadığı müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Odur ki, hazırki mübahisəyə dair məhkəmə qətnaməsi Cavabdeh1 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki,X1 Cavabdeh1 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh1 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3408/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3408/2024
05.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver